Emin Əmrullayev: Azərbaycanda ilk dünyəvi məktəb məhz Şuşada açılıb

Azərbaycanda ilk dünyəvi məktəb məhz Şuşada açılıb, Şuşa məktəbi Azərbaycan təhsil sistemi üçün də önəmli, tarixi məkandır.
Bunu sentyabrın 16-da Şuşa şəhəri 1 saylı tam orta məktəbdə ilk dərs günündə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir Şuşada illər sonra tədrisin bərpa olunmasını tarixi bir gün kimi dəyərləndirib:
"Biz sizinlə bu tarixi günləri, tarixi anları bir yerdə yaşayırıq. Əminəm ki məktəblilərimizin xatirəsində bu gün daim qalacaq. Çünki bu çox vacib bir gündür. Düşünürəm ki, sizin üçün bu tarixi günün bir hissəsi olmaq həqiqətən də qürurlu analardır. Şuşa məktəbi Azərbaycan təhsil sistemi üçün də önəmli, tarixi bir yerdir, məkandır. Bildiyiniz kimi, Azərbaycanda ilk dünyəvi məktəb məhz Şuşada açılıb.
Eyni zamanda məhz bu gündə bəlkə də bu üzdən də Azərbaycanın müasir təhsil tarixinin başlanmasının çox önəmli bir mərhələsi Şuşa şəhəriylə bağlıdır. Məhz Şuşa işğaldan azad olunduqdan sonra, Şuşa şəhərində təməli qoyulan ilk binalardan biridə Şuşa məktəbiydi. Bu məktəbin tikintisi bilirsiniz ki, çox qısa zaman ərzində tamamlandı. Məktəb ən müasir standartlarla tikilərək bu gün sizin ixtiyarınıza verilir. Mübaliğəsiz deyə bilərəm ki Şuşa məktəbi Azərbaycan tədris sistemində, ən müasir və bizim arzu etdiyimiz məktəblər səviyyəsindədir".
E.Əmrullayev çıxışında cari tədris ilində işğaldan azad edilən ərazilərdə açılacaq yeni məktəblərdən də bəhs edib:
"Azərbaycanın suverenliyinin tam olaraq bərqərar olmasından sonra ilk tədris ilidir. Bir neçə gündən sonra Xankəndidə də məktəb açılışımız olacaq. Bu tədris ilində biz Cəbrayıl və Kəlbəcər şəhərlərində, eyni zamanda, bir sıra kəndlərimizdə yeni məktəblərimizin açılışı planlaşdırılır. Hər bir məktəb açılışı yüzlərlə ailəyə sevinc bəxş edir".("Report")
Dün, 18:44
Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - Fotolar
Dün, 18:28
Naxçıvan Muxtar Respublika Xəstəxanasına direktor təyin edildi
Dün, 18:02
Buraxılış imtahanının nəticələri ELAN OLUNDU
Dün, 17:26
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat
Dün, 16:38
Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı
Dün, 15:57
Partlayışda yaralanan həkim sağdır - RƏSMİ AÇIQLAMA
Dün, 15:26
Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
Dün, 14:47
Nazir: "Azərbaycan aqrar innovasiyaların tətbiq olunduğu məkana çevrilib"
Dün, 14:11
Məhkəmə və digər aktların məcburi icrası üçün məlumat mübadiləsi üzrə əməkdaşlıq sazişi ratifikasiya edilib
Dün, 13:17
Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Dün, 12:46
Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq
Dün, 12:17
"Gənclər evi" sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək
Dün, 11:48
Bazar günü bu yollar tam bağlanacaq - SİYAHI
Dün, 11:16
Milli Məclisin iclası başladı
Dün, 10:09
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb
Dün, 09:41
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb
Dün, 09:04
Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq
30-04-2026, 18:28
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
30-04-2026, 17:56
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
30-04-2026, 17:14
Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib
30-04-2026, 16:56
“İqlim haqqında” qanun layihəsi hazırlanıb
30-04-2026, 16:16
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb - FOTO
30-04-2026, 15:56
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
30-04-2026, 15:26
I sinfə qəbul başlayır
30-04-2026, 14:57
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
30-04-2026, 12:40
Mayın ilk günündə 25 dərəcə isti olacaq
30-04-2026, 12:00
"Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidməti istifadəyə verilib