Rusiya hökuməti erməni milli qəhrəmanı satqın elan etdi - FOTO
Gündəm / Dünya
Oxunub: 896
9 May 2019 | 13:37
Rusiya hökuməti erməni milli qəhrəmanı satqın elan etdi - FOTO
Rusiyanın Xarici İşlər Nazirliyi "Nasizmin təriflənməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiya və qarşılıqlı dözümsüzlüyün artmasına səbəb olan digər praktikaların vəziyyəti haqqında" bir hesabat yayımlayıb.

Hesabatda Ermənistanın keçmiş prezidentı Serj Sarqsyanın rəhbərlik etdiyi Respublika Partiyası Qaregin Njde kimi birmənalı olmayan millətçi siyasi xadimin xatirəsinin əbədiləşdirmək üçün addım atmaqda qınanılır.

Bizimyol.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi ermənilərin milli qəhrəman saydığı Njdeni Üçüncü Reyx ilə əməkdaşlıqda ittiham edir. O, hesabatda açıq-aşkar satqın kimi təqdim olunub.

Rusiya hökuməti erməni milli qəhrəmanı satqın elan etdi - FOTO

Hesabatda deyilir: "Ermənistandakı siyasi təşkilatların arasında milliyyətçi oriyentasiya 2018-ci ilin payızında qeydə alınmış "Sasna Tsrer" partiyası ilə fərqlənə bilər. "Sasna Tsrer" ideologiyasının əsasında Ermənistan Respublikasının "cinayətkar rus-türk sövdələşməsinin məhsulu" (1921-ci il Moskva anlaşması) kimi tanınması və "yeni bir dövlətin yaradılması" üçün mübarizə dayanır. Partiyanın bəyan etdiyi məqsəd dövlətin indiki ərazisi və Dağlıq Qarabağ daxil olmaqla "yeni Ermənistan yaradılması" və milli referendum yolu ilə vətəndən kənarda yaşayan ermənilərin birləşdirilməsidir. Partiya proqramlarında "Rusiya müstəmləkəçiliyinin pozduğu" hüquqlarının bərpası məsələsini və Naxçıvan və Axuryan çayının qərb hissəsinə erməni nəzarətinin qaytarılmasını xüsusi vurğulayır".

Partiyanın ideoloji sənədlərində qeyd olunur ki, milli azlıqlar (ruslar, assuriyalılar, kürdlər, yunanlar və başqaları) erməni cəmiyyətinə yaxşı inteqrasiya olunub və insan haqları sahəsində problem yaşamır.

Hesabatda adı çəkilən Qaregin Njde 1886-cı ildə Naxçıvan qəzasında dünyaya gəlin. Erməni milli ideologiyasının banilərindən sayılır. Bütün ömrünü "Böyük Ermənistan" ideyasına həsr edib. Üçüncü Reyxlə əməkdaşlığına görə Rusiyada da sevilmir.
Bugün, 12:22
Metroda zarafat edənlər cərimələnəcəklər - Ciddi xəbərdarlıq
Bugün, 11:34
Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb
Bugün, 10:56
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bugün, 10:03
BİZİM TƏQVİM:16 mayda baş vermiş tarixi hadisələr
Bugün, 09:17
Biləsuvarın bəzi ərazilərində üç saat işıq olmayacaq
Dün, 18:45
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
Dün, 17:49
Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır
Dün, 17:17
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Dün, 16:48
Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib
Dün, 16:03
Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub
Dün, 15:32
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb
Dün, 15:14
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Dün, 13:03
Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır
Dün, 12:26
BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır
Dün, 11:56
Tramp iki günlük səfərindən sonra Çini tərk edib
Dün, 11:19
İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib
Dün, 10:35
Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək
Dün, 09:52
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
Dün, 09:23
Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək
Dün, 08:49
Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq
14-05-2026, 18:22
Bakıda WUF13-lə bağlı xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
14-05-2026, 17:38
Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır
14-05-2026, 17:11
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
14-05-2026, 16:35
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
14-05-2026, 16:05
Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir - İCMAL
14-05-2026, 13:05
Sabah 30 dərəcə isti olacaq
14-05-2026, 12:29
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib