Dövlət Proqramı üzrə xaricdə təhsil alacaq tələbələrin növbəti siyahısı açıqlanıb
Gündəm / Təhsil
Oxunub: 0
13 Ağu 2024 | 10:17
Dövlət Proqramı üzrə xaricdə təhsil alacaq tələbələrin növbəti siyahısı açıqlanıb

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üzrə həyata keçirilən sənəd qəbuluna dair növbəti siyahı açıqlanıb.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, siyahıya əsasən, daha 205 namizəd proqram iştirakçısı adını qazanıb.

Beləliklə, növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə 375 nəfər olmaqla ümumilikdə 500 namizəd xaricdə təhsil alacaq.

Təqaüd qazanan 500 gəncin 135-i universitetlər üzrə dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq. Cari ildə təqaüd hüququ əldə etmiş namizədlərdən 15 nəfəri "Columbia University", 7-si "Harvard University", 7-si "University of Cambridge", 6-sı “Yale University”, 5-i "University of California, Berkeley", 4-ü "National University of Singapore", 3-ü "University of Oxford", 3-ü "ETH Zurich", 3-ü "University of Chicago" və digər nüfuzlu universitetlərdə təhsil alacaq.

Elm və Təhsil Nazirliyi ilə bağlanılacaq müqavilənin müvafiq şərtinə əsasən, proqram iştirakçısı təhsili bitdikdən sonra 2 ay ərzində ölkəyə qayıtmalı və 5 il müddətinə əmək fəaliyyəti ilə məşğul olmalıdır.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə qazanan, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahısı mövcuddur. 2024–2025-ci tədris ili üzrə proqram iştirakçısı adını qazanmış namizədlərdən bu və ya digər səbəbdən imtina edənlər olarsa, Seçim Qaydalarının 4.20-ci bəndi rəhbər tutulmaqla həmin siyahıya istinadən növbəti iştirakçılar seçiləcəklər.

Xatırladaq ki, Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən sözügedən proqramın müddəti uzadılıb, təhsil alacaq tələbələrin sayı 400-dən 500-dək artırılıb.
2-05-2026, 15:53
Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib
2-05-2026, 14:48
Cevdet Yılmaz Ermənistana səfər edəcək
2-05-2026, 14:24
Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb
2-05-2026, 12:50
Sabah hava yağmursuz keçəcək - PROQNOZ
2-05-2026, 12:04
Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb
2-05-2026, 11:21
Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb
2-05-2026, 10:55
Xəzərdə zəlzələ olub
2-05-2026, 10:17
Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub
2-05-2026, 09:44
Dünya bazarlarında neftin qiyməti açıqlanıb
2-05-2026, 09:12
Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək
1-05-2026, 18:44
Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - Fotolar
1-05-2026, 18:28
Naxçıvan Muxtar Respublika Xəstəxanasına direktor təyin edildi
1-05-2026, 18:02
Buraxılış imtahanının nəticələri ELAN OLUNDU
1-05-2026, 17:26
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat
1-05-2026, 16:38
Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı
1-05-2026, 15:57
Partlayışda yaralanan həkim sağdır - RƏSMİ AÇIQLAMA
1-05-2026, 15:26
Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
1-05-2026, 14:47
Nazir: "Azərbaycan aqrar innovasiyaların tətbiq olunduğu məkana çevrilib"
1-05-2026, 14:11
Məhkəmə və digər aktların məcburi icrası üçün məlumat mübadiləsi üzrə əməkdaşlıq sazişi ratifikasiya edilib
1-05-2026, 13:17
Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
1-05-2026, 12:46
Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq
1-05-2026, 12:17
"Gənclər evi" sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək
1-05-2026, 11:48
Bazar günü bu yollar tam bağlanacaq - SİYAHI
1-05-2026, 11:16
Milli Məclisin iclası başladı
1-05-2026, 10:09
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb
1-05-2026, 09:41
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb
1-05-2026, 09:04
Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq