Günün qoroskopu: Gərəksiz əşyalardan qurtulmağa çalışın
Gündəm / Cəmiyyət / Sosial
Oxunub: 0
25 Tem 2024 | 09:04
Günün qoroskopu: Gərəksiz əşyalardan qurtulmağa çalışın


Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik

Qoç - təxəyyül və yaradıcı yanaşma tələb edən işlərdə uğur əldə edə bilərsiniz. Rutin və cari işlərin yerinə yetirilməsinə aktiv olun. Sürətlə yerinə yetirilməsi mümkün olmayan işlərə başlamayın. Bu gün vədlər verməyin, boynunuza öhdəliklər götürməyin. Vədləri yerinə yetirmək hiss etdiyinizdən də çətindir.

Şəxsi münasibətlərin gələcək perspektivləri barədə düşünün. Ehtimal edilən yenilikləri müzakirə edin. Yaxın ətrafınızdakı insanların qayğısına qalın.

Ən ağır problemlərin həlli mümkünür. Bədbin olmayın, ruhdan düşməyin.

Buğa - şəxsi münasibətlər üçün əlverişli gündür. Yaxın ətrafınızdakı insanları anlamağa, onları düşündürən məsələlərdən hali olmağa çalışın. Yeni tanış olduğunuz şəxslərlə rəvan münasibətlər qurun. Fərqli görüşlər olacaq və onlardan biri həyatınızda önəmli rol oynayacaq.

Günün ikinci yarısının enerji potensialı yüksəkdir. Yeni təəssüratlar, hisslər istəyirsiniz. Təşəbbüslər üçün münasib zamandır. Uzun müddətdən bəri başlamağa cürət etmədiyiniz layihəni reallaşdırın.
 

Əkizlər - günün ilk yarısı ünsiyyət, ailədəki problemin həlli, danışıqlar və yeni işin, sifarişin müzakirəsi üçün əlverişlidir. Əhvalınız yaxşıdır. Pozitiv emosiyalarınızı ətrafınızdakı insanlarla bölüşməyə paxıllıq etməyin. Əyləncə və istirahət fikirlərini unudun.

Günün ikinci yarısı yeni problemlər vəd edir. Emosional fon dəyişir. Əsəbiləşməyin, təlaşa qapılmayın. Xırda və mənasız məsələlər sizi təbdən çıxarmasın. Etibar etdiyiniz insanın dəstəyi xüsüsi aktuallıq kəsb edir.

Sevdiyiniz insanla danışın. Onun sizə deməyə sözü var.

Xərçəng - gün uğurlu başlanacaq. Səhər saatlarından etibarən məhsuldar çalışın, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün səy göstərin. Hədəf və niyyətlərə varmaq ilk baxışdan çətin təsir bağışlasa da, durmayın, irəliləyin.

Bütün işləri təkbaşına, müstəqil görməyə lüzum olmadığını anlamağa çalışın. Yardım və ya dəstək arayırsınızsa, sözünüzü yerə salmayacaq insana müraciət edin.

Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Ciddi səylər tələb edən işlər planlaşdırmayın. Axşam saatlarında bir qədər istirahət edin. Rəğbət bəslədiyiniz insanlarla görüşün, aktual məsələləri müzakirə edin.

Şir - yaradıcılıq üçün yeni imkanlar yaranır. Gündəlik məsələlərin həllinə məsuliyyətlə yanaşın. Soyuqqanlı və təmkinli davransanız, rəqiblərlə müqayisədə daha çox iş görə bilərsiniz. Problemlərin həllinə yaradıcı yanaşın.

Dəvət aldığınız tədbirlərə qatılmağı unutmayın.

Günün ikinci yarısında yeni müttəfiq, həmfikir və ya dost qazana bilərsiniz. Səmimi olun, yalandan uzaq durun. İmiclə eksperimentlər etmək olar. Rəğbət bəslədiyiniz insanla təmaslarda diqqətli davranın.

Qız - gün uğursuz başlasa da, saatlar keçdikcə işlərin məcrasında dəyişikliklər olacaq. Günün ikinci yarısına doğru isə yeniliklər və dəyişikliklərin intensivliyi artacaq. Ətrafınızda baş verən olaylara sərt müdaxilə etmədən məqsədə doğru irəliləməyə üstünlük verin. Yeni sifarişin alınması, təklifin səslənməsi istisna deyil.

Günün ikinci yarısında mürəkkəb işlə məşğul olmaq, qarışıq situasiyanı çözmək olar. Prosesləri təhlil etsəniz, olayların əsl səbəblərini və real məcrasını görə biləcəksiniz. Bəzi hadisələrin izləri ötənlərdə yaşananlara aparır.
 

Tərəzi - çoxdan bəri planlaşdırdığınız işə başlamaq zamanıdır. Qətiyyətli olun, iradəli davranın. Yanınızdakı insanlardan birinə etibar edə bilərsiniz. Mühüm məlumatın və ya önəmli informasiyanın alınması istisna deyil. Yaxın perspektivdə yaşamınızda dəyişikliklərə səbəb olacaq hadisə ola bilər.

Günün ikinci yarısında yaşam potensialının səviyyəsi yüksəkdir. Yorğunluq hiss etmirsiniz. Axşam saatlarında aktiv istirahəti seçin.

Yeni hədəfləri müəyyənləşdirə bilərsiniz.

Əqrəb - ətrafınızdakı insanlarla kəskin mübahisələr etməyin. Dəyər verdiyiniz insanlarla münasibətləri sərtləşdirməyin, ünsiyyətdə problemlər yaratmayın. Bəzi adamların sözləri və ya əməlləri sizdə qıcıq yaratsa da, sərt danışmayın. Rəqiblərlə bədxahların sayını artırmayın.

Günün ikinci yarısında yaşamın bir sıra sahələrinə maraq artacaq. İndiyədək laqeyd qaldığınız məqamlardan biri indi ön plana çıxır. Alış-verişdə bədxərclik etməyin. Dəvət aldığınız yerdə xeyli pozitiv emosiyalar ala bilərsiniz.
 

Oxatan - məqsədə doğru aparan yolda sizin yeganə düşməniniz süstlük və ya tənbəllik olacaq. Aktiv olun, enerjili çalışın. İşsiz oturmayın, bədbinliyə qapılmayın. Yaxınlarınız yardım üçün müraciət etsələr, onların sözlərini yerə salmayın. Səmimi və qayğıkeş davransanız belə, əməlləriniz unudulmayacaq.

Günün ikinci yarısında şəxsi münasibətlərdə təşəbbüskar olun. Situasiyanı əhəmiyyətli şəkildə dəyişmək üçün şansı əldən verməyin. Yaxın ətrafınızdakı insanlar sizə gözlənilən miqyasda və həcmdə dəstək verə bilməyəcəklər.
 

Oğlaq - günün ilk yarısında yaxın ətrafınızdakı insanlara üstünlüyünüzü göstərməyə çalışmayın. Nəyi nə zaman etməyin gərəkdiyini anlamağa çalışın. Mövqelərinizdən geri çəkilməyin. Haqlısınızsa, nahaqqın qələbəsinə imkan verməyin. Fikir və mövqelərinizi mümkün qədər ustalıqla söyləyin. Belədə dediklərinizə qulaq asacaqlar.

Günün ikinci yarısında pozitiv təmayüllərin təsiri güclənəcək. Əhvalınız yaxşılaşacaq. Mürəkkəb işləri başa vurun, mühüm görüşü unutmayın. Alış-veriş üçün münasib zamandır. Mebel və ya interyer predmetləri almaq olar.

Dolça - istənilən formada kommersiya fəaliyyəti üçün uğurlu zamandır. Gərəksiz əşyalar və mənasız hisslərdən qurtulmağa çalışın. Layihə və ya işinizlə maraqlanan insanla təmasları aktivləşdirin. Yeni işgüzar tərəfdaşlıqla bağlı danışıqlar aparın. Gəlir mənbələrinin sayını artırın.

Şəxsi münasibətlərdə hər şey o qədər də yaxşı deyil. Yaxınlarınızın hərəkətlərinin motivlərini anlamağa səy göstərin. Açıq söhbətlər situasiyanın məcrasını aydınlaşdırmayacaq. Narahat olmayın, ciddi problemlər yaranmayacaq. Təlaş üçün səbəb yoxdur.

Balıqlar - yeni münasibətlərə başlamaq üçün əlverişli zamandır. Təmaslar və ünsiyyətdə aktiv olun. Danışıqlar apardığınız şəxs səmimiliyinə şübhə etməməlidir.

Nöqsanlarınızı pərdələməyin, hisslərinizdə qeyri-səmimi davranmayın. Sadəcə, özünüz olun. Belədə hər şey yaxşı olacaq.

Günün ikinci yarısında məqsədə çatmaq üçün fəal olun, məhsuldar çalışmağa can atın. Yaxın ətrafınızdakı insanlarla qayğıkeş olun.

Sevdiyiniz insanla münasibətlərinizdəki kiçik problemi aradan qaldırın.

Axşam saatları böhrandan çıxış zamanıdır.
Dün, 18:03
Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq
Dün, 17:22
Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb
Dün, 16:40
İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib
Dün, 15:52
"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb
Dün, 15:15
Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir
Dün, 14:45
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
Dün, 14:21
Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək
Dün, 12:57
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
Dün, 12:24
Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib
Dün, 11:46
Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir
Dün, 11:08
Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib
Dün, 10:34
Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB
Dün, 10:15
İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir
Dün, 09:50
Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb
Dün, 09:10
Rusiya "Ukrayna Dəmir Yolları"nın Kiyevdəki anbarına zərbə endirib, yeddi nəfər həlak olub
31-08-2026, 18:54
Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH
31-08-2026, 18:13
Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub
31-08-2026, 16:55
Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir
31-08-2026, 16:25
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB
31-08-2026, 15:50
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
31-08-2026, 15:12
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib
31-08-2026, 14:37
Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib
31-08-2026, 14:16
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
31-08-2026, 13:52
Əli Əsədov Oljas Bektenovu təbrik edib
31-08-2026, 13:16
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
31-08-2026, 12:55
Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər
31-08-2026, 12:06
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib