Arvadını qətlə yetirən Qaçay təcridxanada yanaraq ölüb - Ailə faciəsi...

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində arvadını xüsusi amansızlıqla qətlə yetirən 40 yaşlı Qaçay Şahməmmədov iki il sonra özü də istintaq təcridxanasında ölüb.
Ailə faciəsi ilə bağlı cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.
İttihama görə, Qaçay 2022-ci ildə 16 il evli olduğu 36 yaşlı Rimma Tarıverdiyevanı qıcqanclıq zəminində öldürüb. Hadisə baş verən vaxt uşaqları da evdə olub. Bu səbəbdən Qaçay uşaqların yatmasını gözləyib, arvadını gecəyarı öldürmək qərarına gəlib. Ekspert rəyləri ilə də təsdiq edilib ki, təqsirləndirilən şəxs yataq otağında arvadına 26 bıçaq zərbəsi vurub.


İbtidai istintaqın gedişində təqsirləndirilən şəxsin psixi durumu ilə bağlı tibbi ekspertizalar keçirilib. Həkim rəyləri ilə Qaçayın cinayəti anlaqsız vəziyyətdə törətdiyi məlum olub.
Bundan sonra istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarı ilə Q.Şahməmmədov saxlanıldığı istintaq təcridxanasından çıxarılaraq Respublika Psixatriya Xəstəxanasına yerləşdirilib.
İş materiallarında yazılıb ki, Qaçay xeyli müddət xəstəxanada müalicə aldıqdan sonra yenidən 3 saylı Bakı İstintaq Təcridxanasına qaytarılıb. Faciəsi də bundan sonra başlayıb. O, təcridxanaya qayıtdıqdan sonra orada 2 və 3-cü dərəcəli yanıq xəsarətləri alıb. Dərhal müalicə müəssisəsinə çatdırılıb.

Q.Şahməmmədovun təcridxanada hansı şəraitdə ağır dərəcəli yanıq xəsarətləri alması barədə istintaq materiallarında heç nə yazılmayıb. Ölüm haqda rəydən görünür ki, təqsirləndirilən şəxs yanıq və böyrək xəstəliyi səbəbindən müalicə olunduğu tibb müəssisəsində vəfat edib.
Təqsirləndirilən şəxsin ölümündən sonra prokurorluq məhkəməyə işlə bağlı qərar göndərib. Sözügedən sənəddə Q.Şahməmmədovun cinayət məsuliyyətindən azad edilməsi, ölümü ilə əlaqədar iş üzrə icraata xitam verilməsi məsləhət görülüb. Qərara hakim Aynurə Rzayevanın sədrliyi ilə baxılıb.
Qətlə yetirilən Rimma Tarıverdiyevanın hüquqi varisi qismində tanınmış valideyni məhkəmədə qızının Qaçaydan boşanmaq istədiyini bildirib. Dediyinə görə kürəkəni ailəsinin dağılmasını istəmədiyinə görə yalvarıb, sonradan evlilikləri davam edib.
Qaçayın qanuni nümayəndəsi qismində tanınmış atası isə mərhum oğlunun gəlinini niyə öldürdüyünü bilmir. Sadəcə onu qeyd edib ki, hadisə günü oğlu ona zəng edərək, “Durma, gəl. Öldürdüm, gəl, uşaqlara sahib çıx, polisə xəbər vermişəm”, - deyib.
Məhkəmə dəlil və sübutları tədqiq etdikdən, tərəfləri dindirdikdən sonra müttəhimin cinayəti anlaqsız vəziyyətdə törətməsinə əmin olub.
Qərara əsasən, Qaçay Şahməmmədov cinayət məsuliyyətindən azad edilib. Qanunun tələbinə uyğun olaraq müttəhimin ölməsi ilə əlaqədar iş üzrə icraata xitam verilib.(Qafqazinfo)
Dün, 16:29
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
Dün, 15:58
Bəhreyn XİN İranın hücumları barədə: Təhlükəsizlik raketlər və PUA-larla əldə edilmir
Dün, 12:56
Bazar gününün havası açıqlanıb
Dün, 11:56
Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
Dün, 11:32
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib
Dün, 10:58
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb
Dün, 08:57
BİZİM TƏQVİM:6 iyunda baş vermiş tarixi hadisələr
Dün, 08:32
Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb
5-06-2026, 18:13
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
5-06-2026, 17:29
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
5-06-2026, 16:38
Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
5-06-2026, 16:14
Bakıda TDT mərkəzi banklarının Şurasının toplantısı olub, tədbirə ev sahibliyi Türkiyəyə ötürülüb
5-06-2026, 15:48
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM
5-06-2026, 15:18
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib
5-06-2026, 14:35
İlham Əliyev: Azərbaycan ekoloji problemlərlə bağlı öhdəliyə tam məsuliyyətlə yanaşır
5-06-2026, 12:57
Şənbə günü Bakıda 30 dərəcə isti olacaq
5-06-2026, 12:26
Murat Kurum: Türkiyə COP31-də Bakı hədəfi başda olmaqla öhdəliklərin icrasını prioritet hesab edir
5-06-2026, 11:20
İyunun 15-də Super Təzə Ay hadisəsi olacaq
5-06-2026, 10:41
Pakistan Azərbaycanın iqlim gündəliyinin irəli aparılması səylərini yüksək qiymətləndirib
5-06-2026, 10:16
Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib
5-06-2026, 09:44
Göyçayda 9 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb
5-06-2026, 09:23
Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq
5-06-2026, 08:52
Avropa Minifutbol Federasiyası sosial şəbəkədə Azərbaycan millisi ilə bağlı paylaşımlar edib
4-06-2026, 18:06
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
4-06-2026, 16:40
Polşa Ukrayna və Belarus yaxınlığında hava məkanını bağlayır
4-06-2026, 15:58
Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib
4-06-2026, 13:54
Keşlədə obyekt yanır