“Son zəng”: Azərbaycan adına böyük işlərə çağırış - TƏHLİL
Gündəm / Cəmiyyət
Oxunub: 0
14 Haz 2024 | 15:04
“Son zəng”: Azərbaycan adına böyük işlərə çağırış - TƏHLİL

Bu gün Azərbaycanın təhsil ocaqları daha bir səhifəni başa vurdu. Daha bir gənc nəsil müstəqil həyata yola salındı. Hər gün eşitdikləri zəng bu gün fərqli mahiyyət daşıyır. Bu zəng yeni günün, yeni dövrün başladığından xəbər verir.

Ona görə də “Son zəng”, həm də “ilk zəng”dir. Azərbaycanda minlərlə ailədə bu gün on bir il gözlənilən bayramdır.

Cari tədris ilində ümumi təhsil müəssisələrində 102 120 nəfər XI sinfi, 150 445 nəfər IX sinfi, 137 862 şagird birinci sinfi bitirir. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 87 569 uşaq təhsil alıb. 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 706 935 nəfər təşkil edib.

Yeri gəlmişkən, Azərbaycan əhalisinin sayı isə ilin əvvəlindən 12 min 801 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il may ayının 1-i vəziyyətinə 10 milyon 193 min 571 nəfərə çatıb. Azərbaycan əhalisinin təxminən 10 faizi ümum təhsil müəssisələrində oxuyub, bir faizə yaxın vətəndaş isə bu il məzun olub.

Builki “Son zəng” Azərbaycanın bütün bölgələrində çalınıb. Cari tədris ilinin məzunları ərazi bütövlüyü və suverenliyi təmin olunan müstəqil dövlətin vətəndaşı olaraq təhsili başa vururlar.

1988-ci ildən 44 günlük müharibə bitənədək Azərbaycan məktəblilərinin bəziləri təhsil ala bilməyib. Onların uşaqlığı qaçqın düşərgəsində, vaqonlarda və yollarda keçib. Həmin uşaqların heç məktəb dostları, yoldaşları da olmayıb, olubsa da az xatırlayırlar. Həmin dövrün şagirdlərinin, məzunlarının yadında keçid dövrü, qaçqınlıq, torpaqların işğalı kimi məyusedici hadisələr və faciələr qalıb.

Onlar heç müəllimlərini də yaxşı xatırlamır. Onlar üçün həmin illər qorxulu və qarışıq yuxu kimidir.

Ermənistanın və havadarlarının Azərbaycan torpaqlarında törətdikləri cinayətlərlə həmin dövrün uşaqlarında - yeniyetmə və gənclərində məktəblə bağlı bütün gözəl xatirələrini, hisslərini də "işğal ediblər". Bu cinayətlər nəticəsində Qarabağ və Şərqi Zəngəzurda 993 təhsil müəssisəsi tamamilə dağılıb.

Bu gün Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparmış, şəhid olmuş, həlak olmuş və vəfat etmiş müəllimləri də yad etmək istərdik. İkinci Qarabağ müharibəsində torpaqların azad edilməsi uğrunda döyüşlərə şəhid olanlar arasında müəllimlər də var. Bu savaşda şəhid olmuş müəllimlərin bir neçəsinin adını dərin hörmət və rəhmətlə yad edirik: Vəliyev Vüqar 2020-ci il oktyabrın 17-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində, Famil Əhmədzadə 2020-ci ilin sentyabrın 27-ə Talış və Suqovuşanda, Rəşad Məmmədov və Elvin İmaməliyev Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Etiram Hüseynli oktyabrın 21-də Qubadlı döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib. Qoşqar Ömərov noyabrın 4-də Şuşanın Daşaltı kəndində, Vidadi İsrafilov Şuşa istiqamətində, Elxan Rzayev noyabrın 1-də Qubadlıda gedən döyüşlərdə, Xalid Nəciyev Laçında, Səfiyan istiqamətində şəhid olub. Elgün Quliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı, Tural Rəhimov oktyabrın 22-də Qubadlının azad olunması uğurunda gedən döyüşlərdə, Rəvan Lətifov noyabrın 6-da Daşaltı-Şuşa istiqamətində, Quliyev Əvdil noyabrın 6-da Şuşakənd istiqamətində düşmən tərəfindən açılan snayper atəşi ilə şəhidlik zirvəsinə ucalıblar. Rabil İsmayılov noyabrın 3-də Xocavənddə, Emil Qurbanov oktyabrın 29-da Qubadlının düşməndən azad olunması uğrunda döyüşdə, Müzəffərli Kənan isə oktyabrın 27-də Zəngilan uğrunda gedən döyüşlərdə şəhid olub.
“Son zəng”: Azərbaycan adına böyük işlərə çağırış - TƏHLİL

Müstəqil Azərbaycan dövlətinin qurulmasında, ərazi bütövlüyü və suverenliyin təmin olunmasında gəncliyin oynadığı başlıca rol danılmazdır. Bu amallar uğrunda mübarizə aparmış minlərlə gəncin qanı Vətən torpaqlarına qarışıb.

Bu, yeni nəsil üçün həm də Azərbaycan adına görüləcək işlər üçün qürur və örnək mənbəyidir.

Builki məzunlar və ondan sonrakı nəsil qürurla dünyanın istənilən ölkəsində Azərbaycan vətəndaşı olduqlarını söyləyə və onunla fəxr edə biləcəklər.

Ərazi bütövlüyü və suverenliyin təmin olunmuş Azərbaycan Respublikası əmanət olmaqla yanaşı həm də, onlar üçün yeni borc və vəzifə müəyyən edir. Daha qüdrətli, demokratik, güclü Azərbaycan dövləti qurmaq yeni nəslin başlıca vəzifəsidir. Onlara bir əsrdən sonra ərazi bütövlüyü və hədəfləri baxımından yeni bir Azərbaycan verilib. Əvvəllər arzularda belə inanılmayan bir hadisə baş verib. Onu yeni hədəflərə aparmaq bu gün “Son zəng”i çalınan məzunların işi olacaq. Yeni nəsil həm də itirilmiş, hələ də başqalarının tapdağı altında qalan Vətən torpaqlarında qanuni haqqının təmin olunmasında əsas rollardan birini oynayacaq. Qarabağda və işğaldan azad edilən torpaqlarda yenidən qurma və quruculuq işlər görülür. Yeni məktəblər tikilir.
“Son zəng”: Azərbaycan adına böyük işlərə çağırış - TƏHLİL

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev “Son zəng” tədbirində iştirak edərkən deyib ki, bu ilin sentyabrında Şuşada, Xocalıda, Xankəndidə, Malıbəyli kəndində, Kərkicahan qəsəbəsində, Cəbrayılda, Kəlbəcərdə məktəblərin açılması planlaşdırılır. Onun sözlərinə görə, 20-dən artıq məktəb tikilmə mərhələsindədir: "Növbəti mərhələlərdə köç planına uyğun onların da açılışı nəzərdə tutulur". Sakinləri öz yurdlarına qayıtmış yerlərin bəzilərində artıq “Son zəng” də çalınıb. Bu zənglər işğalçıların tapdağından təmizlənən torpaqlarda başlayan yeni həyatın səsidir. Odur ki, yeni nəsli daha böyük işlər gözləyir. Görülən işlər həm də regional və qlobal əməkdaşlığa xidmət edir.

Onlara bütün Azərbaycan adına görəcəkləri böyük işlərdə uğurlar arzulayırıq.

“Son zəng” də yeni nəsil üçün bu kimi böyük hədəflər uğrunda görüləcək işlərə çağırışdır. “Son zəng”iniz, böyük işlər uğrunda atacağınız addımlarınız mübarək, MƏZUNLAR!(Report)
Dün, 19:13
İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib
Dün, 19:01
Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb
Dün, 18:39
Dövlət Komitəsində kollegiya iclası keçirilib, tapşırıqlar verilib
Dün, 16:42
Bir qrup xalçaçı "Tərəqqi" medalı ilə təltif edilib - SƏRƏNCAM
Dün, 16:21
İntensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
Dün, 15:09
Naxçıvanda “Zəngəzur yolu: tarixin izi ilə” mövzusunda konfrans keçirilib
Dün, 14:13
İran ordusu: ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb
Dün, 13:20
Sabah yağış yağacaq - PROQNOZ
Dün, 11:22
Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başlayıb
Dün, 10:35
DYP skuter istifadəçilərinə müraciət edib
Dün, 09:46
İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
Dün, 08:54
"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək
Dün, 08:22
Xorultudan qurtulmağa kömək edən hansı məhsullar VAR?
2-05-2026, 15:53
Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib
2-05-2026, 14:48
Cevdet Yılmaz Ermənistana səfər edəcək
2-05-2026, 14:24
Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb
2-05-2026, 12:50
Sabah hava yağmursuz keçəcək - PROQNOZ
2-05-2026, 12:04
Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb
2-05-2026, 11:21
Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb
2-05-2026, 10:55
Xəzərdə zəlzələ olub
2-05-2026, 10:17
Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub
2-05-2026, 09:44
Dünya bazarlarında neftin qiyməti açıqlanıb
2-05-2026, 09:12
Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək
1-05-2026, 18:44
Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - Fotolar
1-05-2026, 18:28
Naxçıvan Muxtar Respublika Xəstəxanasına direktor təyin edildi
1-05-2026, 18:02
Buraxılış imtahanının nəticələri ELAN OLUNDU
1-05-2026, 17:26
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat