BİZİM TƏQVİM: 23 mayda baş vermiş tarixi hadisələr
2001-ci ilin bu günündə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi ləğv edilərək onların bazasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.
Bu nazirlik Azərbaycan ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycanda hər il mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Bəs, mayın 23-də dünyada daha hansı hadisələr baş verib?
1. 1040-cı ilin 23 may tarixindә Dəndənəkan döyüşü baş verib. Mərv yaxınlığında Dəndənəkan adlı yerdə Səlcuq və Qəznəvilər dövlətləri arasında baş verən döyüşdə səlcuqlar qalib gəliblər.
2. 23 may 1568-cı ildə Niderland İspaniyadan ayrılaraq müstəqilliyini elan edib.
3. 1846-cı ilin bu günü Meksika ABŞ-a müharibə elan edib. Nəticədə məğlub olan Meksika 1847-ci ildə sülhə razılıq verib və 1848-ci ildə ABŞ ilə müqavilə imzalanıb. Müqavilənin şərtlərinə Meksikanın 55 faizinin (Texas, Yuxarı Kaliforniya və s. ərazilərin) ABŞ-a verilməsi daxil idi.
4. 1904-cü ilin bu günündə Avstriyanın paytaxtı Vyana şəhərində yunan-Roma güləşi üzrə ilk dünya çempionatı keçirilib. Yarışda iki çəki dərəcəsində 26 atlet mübarizə aparıb. Yunan-Roma güləşi üzrə ilk dünya çempionları isveçli Severin Alkvist (75 kiloqrama qədər) və avstriyalı Rudolf Arnold (75 kiloqramdan yuxarı) olublar.
5. 1919-cu ilin 23 may tarixindә İzmirin Antanta Dövlәtlәri tәrәfindәn işğal edilmәsi ilә bağlı İstanbulun Sultanәhmәd sәmtindә mitinq keçirilib. Mitinqdә 200 min adam iştirak edib.
6. 23 may 1923-cü ildə Azərbaycan Mərkəzi Dövlət Kitabxanasının (indiki Milli Kitabxana) təntənəli açılışı keçirilib. Kitabxana Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin binasında yerləşirdi. 1939-cu ildə kitabxanaya mütəfəkkir, yazıçı-dramaturq M.F.Axundzadənin adı verilib. 1960-cı ildə kitabxana Xaqani küçəsindəki indiki binasına (memar Mikayıl Hüseynov) köçüb. 2004-cü ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Milli Kitabxana” statusu alıb.
7. 23 may 1933-cü ildə Türkiyə Böyük Millət Məclisində qəbul olunan müvafiq qanunla Havayolları Dövlət İşlətmə İdarəsi - indiki Türk Hava Yolları yaradılıb. İlk illər Milli Müdafiə Nazirliyinə bağlı olan qurum cəmi 23 sərnişin yerinə malik 5 təyyarə ilə avqust ayında xidmətə başlayıb. 2022-ci ildə Türk Hava Yolları 388 təyyarəsi ilə dünyada ən böyük 9-cu avaişirkət olub. 129 xarici ölkədə 340 hava limanına uçuşlar həyata keçirir.
8. 23 may 1949-cu ildə Almaniya Federativ Respublikasının Konstitusiyası qəbul edilib və Almaniyanın ikiyə bölünməsi rəsmiləşib. ABŞ, Britaniya və Fransanın nəzarətində olan sektorlarda AFR-in (Qərbi Almaniya) yaradılmasından sonra SSRİ-nin nəzarətində olan Şərqi Almaniyada sosialist yönlü dövlət – Almaniya Demokratik Respublikası (7 oktyabr 1949-cu il) yarandı. 1990-cı ilin 3 oktyabrında iki respublika yenidən birləşib.
9. 1988-ci ilin bu günü dünya şöhrətli futbolçu Mişel Platini karyerasını sona çatdırıb.
10. 1992-ci ilin 23 may tarixindә İstanbula 117 il xidmәt edәn Qalata Körpüsü dağıdılıb.
11. 23 may 1992-ci ildə Azərbaycan Respublikası Rusiya ilə diplomatik əlaqələr qurulub.
12. 1992-ci ilin bu günündə Azərbaycanla Vatikan arasında diplomatik əlaqələr qurulub.
Mayın 23-də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. 23 may 1524-cü ildə Şah İsmayıl Xətai 36 yaşında vəfat edib.
1524-cü ilin baharında – Novruzdan az sonra, Şah İsmayıl böyük qoşunla Qarabağ düzündə cərgə üsulu ilə ov edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur. Saysız-hesabsız vəhşi heyvanları Şahdağında ovlayıb, Ərdəbilə tərəf geri qayıdır. Lakin yolda ağır xəstələnir və Ərdəbildən tələm-tələsik Təbrizə yola düşür. Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Şah ismayıl 23 may 1524-cü ildə vəfat edir. Nəşini Ərdəbilə gətirib Şeyx Səfi məqbərəsində dəfn edirlər.
2. 1906-cı ilin 23 may tarixindә Norveçin mәşhur yazıçısı vә şairi Henrik İbsen vәfat edib.
3. 23 may 1935-ci ildə Azərbaycanlı teatr və kino aktyoru, Xalq artisti Muxtar Maniyev anadan olub.
4. 1945-ci ilin 23 may tarixindә gestapo rәhbәrlәrinin kömәkçisi vә Hitlerin Avropadakı yәhudilәri mәhv etmә proqramının memarı Henrix Himler intihar edib.
5. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyev 1958-ci ilin 23 mayında dünyaya gəlib.
6. Azərbaycan aktyoru və kinorejissoru, Xalq artisti Şəmsi Bədəlbəyli 1987-ci ilin bu günündə dünyasını dəyişib.
7. 1996-cı ilin 23 may tarixindә Türkiyәli müğәnni vә aktyor Tanju Okan vәfat edib.
Bizim.Media
Bugün, 18:51
Azərbaycan və Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə üzrə görüş keçiriblər
Bugün, 18:22
Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb
Bugün, 17:50
Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu
Bugün, 17:16
Sumqayıtda avtomobil yolu çöküb
Bugün, 16:26
Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək
Bugün, 15:53
Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib
Bugün, 15:23
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bugün, 14:36
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
Bugün, 11:31
Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib
Bugün, 10:51
Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb
Bugün, 10:20
Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur
Bugün, 09:51
Azərbaycanda ən populyar mobil cihazlar - SİYAHI
Bugün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Bugün, 08:56
BİZİM TƏQVİM:Mayın 5-də baş vermiş tarixi hadisələr
Dün, 19:13
İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib
Dün, 19:01
Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb
Dün, 18:39
Dövlət Komitəsində kollegiya iclası keçirilib, tapşırıqlar verilib
Dün, 16:42
Bir qrup xalçaçı "Tərəqqi" medalı ilə təltif edilib - SƏRƏNCAM
Dün, 16:21
İntensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
Dün, 15:09
Naxçıvanda “Zəngəzur yolu: tarixin izi ilə” mövzusunda konfrans keçirilib
Dün, 14:13
İran ordusu: ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb
Dün, 13:20
Sabah yağış yağacaq - PROQNOZ
Dün, 11:22
Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başlayıb
Dün, 10:35
DYP skuter istifadəçilərinə müraciət edib
Dün, 09:46
İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
Dün, 08:54
"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək
Dün, 08:22
Xorultudan qurtulmağa kömək edən hansı məhsullar VAR?
