Rezidenturaya qəbul elan edildi
Dövlət İmtahan Mərkəzi (DİM) 2024-2025-ci tədris ili üçün rezidenturaya qəbul elan edib.
Bu barədə DİM məlumat yayıb.
Bilidirilib ki, rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. Namizəd rezidenturaya qəbulun I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 1-ci cəhdində iştirak etmək üçün Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.
Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 2024-cü il 1 apreldən 11 aprel saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (//www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=3) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).
Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir: baza fənləri üzrə biliklərin qiymətləndirilməsi; ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının I cəhdinin 2024-cü il mayın 5-də, II cəhdinin iyunun 23-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının isə avqustun 4-də keçirilməsi planlaşdırılır.
Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun nəticəyə) təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (topladığı bal 40 və daha çox olan) namizədlər buraxılırlar.
Hər bir mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Müsabiqəyə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı bal 50-dən az olmayan namizədlər buraxılırlar.
Qəbul elanının tam mətni «Rezidentura» jurnalının 2-ci sayında dərc olunub. Jurnalın bu sayında namizədlərə kömək məqsədilə ixtisas fənləri üzrə test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri təqdim olunur. Eyni zamanda «Rezidentura» jurnalının bu sayında müsabiqə şərtləri, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası və onun nümunəsi də dərc edilib.
Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Bugün, 15:22
AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib
Bugün, 14:52
Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu
Bugün, 14:24
Taleh Kazımov: "Bankların xidmət tariflərinə müdaxilə etmirik"
Bugün, 13:13
Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur
Bugün, 12:39
Sabah 23 dərəcə isti gözlənilir
Bugün, 11:55
Məcnun Məmmədov: "Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq"
Bugün, 11:30
İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək
Bugün, 10:52
WUF13-ün proqramı açıqlanıb
Bugün, 10:27
Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı - Müraciət
Bugün, 09:39
Bu günün valyuta məzənnələri
Bugün, 09:06
Krıma PUA hücumu zamanı beş nəfər ölüb
Dün, 18:51
Azərbaycan və Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə üzrə görüş keçiriblər
Dün, 18:22
Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb
Dün, 17:50
Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu
Dün, 17:16
Sumqayıtda avtomobil yolu çöküb
Dün, 16:26
Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək
Dün, 15:53
Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib
Dün, 15:23
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Dün, 14:36
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
Dün, 11:31
Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib
Dün, 10:51
Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb
Dün, 10:20
Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur
Dün, 09:51
Azərbaycanda ən populyar mobil cihazlar - SİYAHI
Dün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Dün, 08:56
BİZİM TƏQVİM:Mayın 5-də baş vermiş tarixi hadisələr
4-05-2026, 19:13
İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib
4-05-2026, 19:01
Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb
