Günün qoroskopu: Yaşamın rutinliyinə dəyişikliklər edin

Qoç - Ünsiyyətdə səmimiyyət, qayğıkeşlik, dürüstlük yeni dostlar tapmağa yardım edəcək. Bu gün başlanacaq münasibətlər ciddi olmayacaq. Ətrafınızdakı insanlar barədə səthi, tələsik qərarlar verib düşünsəniz, sonradan pərişan qala bilərsiniz.
Sizə dəyər verən insanın məsləhətlərini qulaqardı etməyin.
Günün ikinci yarısı tamamilə yeni sahədə və ya istiqamətdə qüvvələri sınamaq üçün əlverişlidir. Müstəqil, azad seçim edin. Bu gün kiminsə manipulyasiyalarının, fırıldaqlarının qurbanı olsanız, uzun müddət başqalarının əlində marionetka qalacaqsınız.
Axşam saatlarında normal istirahət edin.
Buğa - Həddən artıq çox işə başlayaraq özünüzü ifrat yorğunluğa düçar etməyin. Yorğunluq nəticəsində əhvalınızın pisləşməsi, xroniki ağrıların kəskinləşməsi riski var. Uzunmüddətli səfər və ya yol, həddən artıq çalışmaq məsləhət deyil. Aktiv istirahət əvəzinə sakit relaksı seçin.
Günün ikinci yarısında ehtiyatı əldən verməyin. Yeni tanış olduğunuz insanlara tam etibar etməyin, başqalarının sirlərini açmağa can atmayın. Bütün bunlar ciddi problemlərə səbəb ola bilər. Axşam saatlarına uzaq səfərə yollanmayın.
Səhhətinizə fikir verin.
Əkizlər - Gün o qədər də pis deyil. Amma xırdalıqlara və təfərrüatlara gərəkdiyindən artıq fikir verməyin. Olduqca ağır, ciddi, çözülməz təsir bağışlayan problemləri az sonra unudacaqsınız. Təlaşa qapılsanız, yaxınlarınızdan biri ilə münasibətlər pisləşəcək. Onlarla tərəfdaşlıq edərək maneələri dəf etmək daha optimal variantdır.
Günün ikinci yarısı əks cins mənsubu ilə ünsiyyət üçün əlverişli zaman deyil. Ətrafınızdakı insanlara qarşı həddən ziyadə tələbkar olmayın. Əks təqdirdə adekvat cavab alacaqsınız. Köç, daşınmaz əmlakla bağlı problemlərin həlli, məişət texnikası və mebel almaq üçün yaxşı vaxt deyil.
Axşam saatlarında ailəvi istirahətə üstünlük verin.
Xərçəng - Düşünülməmiş addımlar atmaq istəyi güclü olsa da, belə davranmayın. Soyuqqanlı və təmkinli hərəkətlər problemlərin sayının artmasının qarşısını alacaq. Ətrafınızdakı insanların emosiyaları ilə oynamayın. Ailə işlərini unutmayın. Yaşlı qohumların məsləhətlərinə qulaq asın.
Günün ikinci yarısında səfər və ya səyahət pis alınmayacaq, amma gözləntilərinizin əksinə olaraq çoxsaylı pozitiv emosiyalar verməyəcək.
Təxribatlara uymayın. Rəqib və ya bədxahlardan biri etibarınızdan sui-istifadə etməyə çalışır.
Şir - İşlərdə uğurlar əhəmiyyətli olacaq. Onları görməmək mümkün deyil. Lakin pis olanı budur ki, uğurlarınız və qələbələrinizdən dostlarınızla yanaşı, bədxahlar da dərhal xəbər tutacaqlar. Paxıllar fürsəti fövtə vermədən sizə pislik etməyə çalışacaqlar.
Lakin müsbət təmayüllərin təsiri güclü olduğundan mövqelərinizdə ifrat geriləmə olmayacaq.
Narahat olmayın, kimsə sizə ciddi ziyan vura bilməyəcək.
Yaxınlarınızla münasibətlərdə rəvanlıq və harmoniyanı pozmayın. Romantika, ehtiras, şövq istəyirsinizsə - bu istəklərdə ehtiyatlı olun. Yaradıcılıq potensialı səviyyəsi yüksək olduğundan günün ikinci yarısında ciddi problemlərlə üzləşməyəcəksiniz.
Qız - Uğurlu, harmonik, uğurlar vəd edən gündür. Peşəkar fəaliyyət müstəvisində ciddi nailiyyətlər sizi gözləyir. Rəqibləri üstələyin, qarşınıza qoyduğunuz məqsədə doğru inamla irəliləyin. Mürəkkəb və mühüm layihələr üzərində işdə səbəbsiz fasilələrə yol verməyin.
İşdə rəhbərlik və həmkarlarla fikir ayrılıqları istisna deyil. Lakin mövqeyinizdən geri çəkilməyin, ətrafınızdakı insanları da özünüzə müttəfiqə çevirməyə can atın.
Romantik münasibətlər sürətlə inkişaf edəcək. Əyləncə az sonra ciddi hisslərlə əvəzlənəcək.
Yaxşı tanımadığınız insanlara inanmayın. Sadəlövhlük kimsəyə xeyir verməyib. Hətta ən kövrək hisslər müstəvisində belə, soyuqqanlı olun, məntiqlə davranın.
Axşam saatlarında normal istirahət edin.
Tərəzi - Yaranan problemlərin həllinə və görüləsi işlərə ciddi yanaşın. Çətin məsələlərin çözümündə diqqətli və sayıq davranın. Əvvəllər yol verdiyiniz səhvlərin nəticələrini aradan qaldıranda konkret sonuclar əldə etməyə çalışın. Bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün müvafiq şərait yaranmayacaq.
Yaradıcılıq potensialınızı reallaşdırın. Mənasız təlaşa və ya narahatlığa qapılmayın.
Yaxın ətrafınızdakı insanlarla münasibətlər barədə düşünün. Sizə irəliləməyə mane olan, geri çəkən, neqativ emosiyalar yaradan əlaqələrdən qurtulmaq zamanıdır. Yaşlı qohumlarla məsləhətləşin. Onlar nə etmək gərəkdiyini deyəcəklər.
Əqrəb - Peşəkar fəaliyyət sahəsində ciddi uğurlara nail olmaq olar. İşdə rəhbərlik sizinlə maraqlanacaq. Nüfuzlu hamilər tapa bilərsiniz. Çox ciddi şəkildə, səylə çalışmalı olacaqsınız. Axşam saatlarına yaxın əməllicə yorulacaqsınız.
Günün ikinci yarısında önəmli, amma ağır, xüsusi zəhmət tələb edən işlərlə məşğul olmayın.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Başqalarının işlərinə müdaxilə etməyin. Yaxın bildiyiniz insanı böyük səhvə yol verməkdən çəkindirin. Həmin yanlışlığın fəsadları ağır ola bilər.
Oxatan - Maraqlı görüşlər və yeni təmaslar vəd edən gündür. Sizi asanlıqla anlayacaq, hisslərinizdən baş çıxara biləcək insanla qarşılaşacaqsınız. Bu gün başlayacaq romantik münasibətlər çox harmonik inkişaf edəcək.
Hadisələrin məcrasına müdaxilə etməyin, süni təkanlara əl atmayın. Birgə çalışdığınız insana təzyiq göstərməyin.
Günün ikinci yarısında enerjiniz dağıdıcı səciyyə daşımasın.
Bəzi əşyaların sınması, texnika və ya avadanlığın sıradan çıxması ehtimalı var.
Sükan arxasında çox vaxt keçirməyə dəyməz.
Axşam saatlarında gəzintiyə çıxın.
Oğlaq - Gün əla olmasa da, müsbət tərəfləri də yox deyil. Məsələn, çoxdan bəri görmədiyiniz insanlarla görüşmək və bir araya gəlmək üçün yaxşı zamandır. Hətta çox uzun ayrılıqdan sonra asanlıqla dil tapacaqsınız.
Maliyyə fonu uğurludur. Gəlirlər istisna deyil.
Yaxınlarınızla bağlı və ya münsibətləriniz barədə alacağınız məlumatlar sizi sevindirəcək. Gələcəyə yönəlik yeni planlar qurmaq, yaşamda nəyisə dəyişmək olar.
Köç barədə düşünmək pis deyil. Yaşam potensialı səviyyəsi yüksəkdir.
Dolça - İzafi və əlahiddə səylər göstərmədən də məqsədə çata biləcəksiniz. Faydalı tanışlıqlar yaranacaq. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin. İşgüzar görüşlər və danışıqlar pis keçməyəcək. Mövqelərinizdən əsla geri çəkilməyin. Qarşı tərəf haqlı olduğunuzu etiraf edəcək.
Şəxsi münasibətlərdə müsbət dəyişikliklər istisna deyil. Sevdiyiniz insan sizi anlayır. O sizə yardım edəcək, ideya və layihələrinizi dəstəkləyəcək.
Qeyri-adi romantik təmaslar, səfər, gəzinti, ezamiyyət, yeni işə başlamaq üçün əlverişli zamandır.
Yaşamın rutinliyinə dəyişikliklər edin.
Balıqlar - Normal, rahat şəraitdə ünsiyyət üçün əla gündür. Köhnə dostlarla görüş müsbət emosiyalar yaradacaq. Yeni tanışlıqlar istisna deyil. Problemlərin həllində orijinal qərarlara üstünlük verin. Yaxın ətrafınızdakı insanları ekstravaqant əməl və ya qərarlarla təəccübləndirə bilərsiniz. Qeyri-standart metodlar məqsədə daha tez çatmağa imkan verəcək.
Günün ikinci yarısında dəvət aldığınız tədbirə qatılın. Qonaqlar gələ bilər.
Karyera müstəvisində irəliləməyinizə dəstək olacaq insanlarla təmasları aktivləşdirin.
Milli.Az
Bugün, 17:40
Uşaqlara qarşı zorakılıq və dilənçiliyə məcburetmə hallarına görə cərimələr təsdiqlənib
Bugün, 16:55
Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib
Bugün, 15:55
Azərbaycanda bir sıra elektron reyestrlə bağlı informasiya sisteminin əsasnaməsi təsdiqlənib
Bugün, 15:22
AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib
Bugün, 14:52
Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu
Bugün, 14:24
Taleh Kazımov: "Bankların xidmət tariflərinə müdaxilə etmirik"
Bugün, 13:13
Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur
Bugün, 12:39
Sabah 23 dərəcə isti gözlənilir
Bugün, 11:55
Məcnun Məmmədov: "Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq"
Bugün, 11:30
İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək
Bugün, 10:52
WUF13-ün proqramı açıqlanıb
Bugün, 10:27
Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı - Müraciət
Bugün, 09:39
Bu günün valyuta məzənnələri
Bugün, 09:06
Krıma PUA hücumu zamanı beş nəfər ölüb
Dün, 18:51
Azərbaycan və Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə üzrə görüş keçiriblər
Dün, 18:22
Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb
Dün, 17:50
Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu
Dün, 17:16
Sumqayıtda avtomobil yolu çöküb
Dün, 16:26
Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək
Dün, 15:53
Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib
Dün, 15:23
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Dün, 14:36
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
Dün, 11:31
Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib
Dün, 10:51
Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb
Dün, 10:20
Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur
Dün, 09:51
Azərbaycanda ən populyar mobil cihazlar - SİYAHI
Dün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb