Atalar da uşaqlara görə əmək pensiyaları ala biləcək - Şərtlər açıqlandı
Gündəm / Cəmiyyət
Oxunub: 0
6 Mrt 2024 | 15:43
Atalar da uşaqlara görə əmək pensiyaları ala biləcək - Şərtlər açıqlandı

Analarla bərabər ataların da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olacaq, güzəştə yol verən şərtlər sırasına valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağı hal da şamil ediləcək.

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, 3 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Mövcud qanuna görə, beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

Təklif olunan dəyişikliyə əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olacaq.

Həmin kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq ediləcək.

Layihə parlamentin plenar iclasına tövsiyə edilib.
Bugün, 17:40
Uşaqlara qarşı zorakılıq və dilənçiliyə məcburetmə hallarına görə cərimələr təsdiqlənib
Bugün, 16:55
Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib
Bugün, 15:55
Azərbaycanda bir sıra elektron reyestrlə bağlı informasiya sisteminin əsasnaməsi təsdiqlənib
Bugün, 15:22
AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib
Bugün, 14:52
Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu
Bugün, 14:24
Taleh Kazımov: "Bankların xidmət tariflərinə müdaxilə etmirik"
Bugün, 13:13
Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur
Bugün, 12:39
Sabah 23 dərəcə isti gözlənilir
Bugün, 11:55
Məcnun Məmmədov: "Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq"
Bugün, 11:30
İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək
Bugün, 10:52
WUF13-ün proqramı açıqlanıb
Bugün, 10:27
Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı - Müraciət
Bugün, 09:39
Bu günün valyuta məzənnələri
Bugün, 09:06
Krıma PUA hücumu zamanı beş nəfər ölüb
Dün, 18:51
Azərbaycan və Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə üzrə görüş keçiriblər
Dün, 18:22
Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb
Dün, 17:50
Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu
Dün, 17:16
Sumqayıtda avtomobil yolu çöküb
Dün, 16:26
Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək
Dün, 15:53
Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib
Dün, 15:23
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Dün, 14:36
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
Dün, 11:31
Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib
Dün, 10:51
Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb
Dün, 10:20
Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur
Dün, 09:51
Azərbaycanda ən populyar mobil cihazlar - SİYAHI
Dün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb