Təhlükə Azərbaycana da gəlib çıxdı - Uşaqların yoxa çıxmasının səbəbi bilindi

Son vaxtlar Azərbaycanda yeniyetmələrin itkin düşməsi və bir neçə gündən sonra tapılması faktlarına tez-tez rast gəlirik. Bu hal bir müddət əvvəl Qərb mətbuatının həyəcan təbili çaldığı "48-Hour Challenge" oyununun Azərbaycana gəlib çıxdığını düşünməyə əsas verir.
BAKU.WS xəbər verir ki, İnternetdə yeniyetmə uşaqları evdən qaçmağa və bir neçə gün valideynlərindən gizlənməyə sövq edən yeni təhlükəli oyun peyda olub. Belə təhlükəli fləşmob Facebook-da "48-Hour Challenge" ("48-saatlıq çağırış" və ya "48 saatlıq yoxa çıx") adı altında təşkil olunub.
Oyunun qaydalarına görə iştirakçı valideynlərinin onu axtarışa verməsi üçün mobil telefonu söndürməli və iki sutka yoxa çıxmalıdır. Əgər sosial şəbəkədə və KİV-də iştirakçının itkin düşməsilə bağlı məlumatlar yer alarsa, onun hesabına bal yazılır.
Yarışın qaydalarına görə ən yüksək balları valideynləri onların axtarışı ilə bağlı sosial şəbəkələrdə həyəcan təbili çalan, adı sosial şəbəkədə daha çox hallanan yeniyetmələr alır.
Artıq bir çox ölkələrdə hüquq-mühafizə orqanları tərəfindən valideynlərə və uşaqlara bu təhlükəli oyun barədə xəbərdarlıq edilib. Valideynlərə uşaqlarına daha çox diqqət ayırmağı, onlarla söhbət etmək və tez-tez mobil telefonunu yoxlamaq məsləhət görülür.
Elə götürək sonuncu dəfə sosial şəbəkələrdə axtarışa verilən və 2 gün sonra tapilan 5 saylı orta məktəbin VII sinif şagirdi Aydan Əliyevanı. Aydan məktəbdə də, evdə də sözəbaxan, tərbiyəli və dərslərində müvəffəqiyyət qazanmış nümunəvi uşaq kimi tanınır. Bu keyfiyyətləriərinə baxmayaraq evdən qaçdı və bu hərəkətilə hər kəsi şoka salmışdı. Aydan tapıldıqdan sonra "Formula 1" oyunlarını izləmək məqsədilə evdən qaçdığını, daha sonra isə anasından qorxduğu üçün evə qayıtmaq istəmədiyini deyir.
Aprelin 18-də itkin düşmüş 15 yaşlı Ramana qəsəbə sakini Məmmədrzayeva Nərmin Rizvan qızı evi tərk edir və 1 həftə ondan xəbər alan bilməyiblər. Yalnız itkin düşməsi barədə xəbər aprelin 25-də sosial şəbəkələrdə yayıldıqdan sonra, elə həmin gün tapılır. Nərmin polislərə bildirib ki, 11 yaşından atalığı tərəfindən sistematik şəkildə cinsi zorakılığa məruz qalır və daha bu rəzalətə dözə bilmədiyindən evdən qaçıb.
Belə nümunələri artıra bilərik, lakin məqsədimiz diqqətləri statistikaya deyil, müvafiq qurumları və valideynləri, eləcə də uşaqları bu təhlükəli oyun barədə məlumatlandıprmaqdır.
Uşaqlarımızı bu təhlükədən qoruyaq!
Dün, 14:23
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
Dün, 12:18
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Dün, 11:10
Şəmkirdə körpə qızdırmadan ölüb
Dün, 08:47
Bakının iki rayonunda işıq olmayacaq
15-06-2026, 14:13
Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
15-06-2026, 12:57
Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik
15-06-2026, 12:16
Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib
15-06-2026, 10:37
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu
15-06-2026, 10:03
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
15-06-2026, 09:39
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
15-06-2026, 08:59
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
13-06-2026, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
13-06-2026, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
13-06-2026, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:27
Azərbaycan nefti ucuzlaşıb
13-06-2026, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”