365 gün əvvəl, saat 04:17... - Görüntülər
Türkiyədə baş verən 7,8 və 7,5 bal gücündə iki zəlzələnin on minlərlə insanın həyatına son qoymasından 1 il ötür. Türkiyənin Kahramanmaraş, Adıyaman, Hatay, Malatya, Qaziantep, Adana, Kilis, Osmaniye, Diyarbəkir, Şanlıurfa, Elazığ rayonlarını əhatə edən şiddətli zəlzələ nəticəsində şəhər və qəsəbələr yer üzündən silindi, 50 mindən çox insan həyatını itirdi.
Həmin gecəki hadisə barədə geniş məlumatı təqdim edirik:
Əsrin fəlakəti olaraq qəbul edilən iki zəlzələ 11 əyalətə və 14 milyon çox əhaliyə təsir etdi.
Zaman dayanmışdı, amma dəhşət davam edirdi...
Saat 04:17 - ilk zəlzələ... Cəmi 9 saat sonra isə daha bir 7,6 bal gücündə mərkəzi Elbistan olan zəlzələ baş verdi.
500 atom bombası gücündəki zəlzələlər 120 min kvadrat kilometr ərazidə təsirli oldu. Başqa sözlə, dağıntı dünyanın 90 ölkəsindən böyük arealı əhatə etdi.
Təpələr birləşdi, kəndlər ikiyə bölündü...
Yeraltı təkanlar o qədər güclü oldu ki, evlər, obyektlər, yollar, kəndlər dağıldı, daha əvvəl heç vaxt şahidi olunmayan görüntülər ortaya çıxdı. Belə ki, Hatayda 400 metr uzunluğunda nəhəng çat yarandı. Qaziantepdə iki təpə birləşdi, Nurdağı Gökçedere kəndi isə ikiyə bölündü. Kahramanmaraşın Çiğli kəndi 6 metr yarım, Değirmenkaya kəndi isə 6 metr sürüşərək yerini dəyişdi.
Ümumilikdə 105 saniyə ərzində davam edən zəlzələdə 53 min 537 nəfər həyatını itirdi, 107 min nəfər isə yaralandı.
Təxminən 40 min bina dağıldı, 200 mindən çox binaya ciddi ziyan dəydi, şəhərlər isə daş qalaqlarına çevrildi. Bu qalaqların altında qalanlar üçün zamanla yarış başladı...
Axtarış-xilasetmə qrupları - AFAD, UMKE, əsgərlər, jandarma, polis, mədənçilər, səhiyyə işçiləri və minlərlə könüllü bölgəyə səfərbər oldu. Beynəlxalq yardımın daxil olduğu 4-cü səviyyəli xəbərdarlıqdan sonra 90 ölkədən axtarış-xilasetmə qrupları - 200 mindən çox personal zəlzələ bölgəsinə yollandı.
Nəticədə 1 yaş yarım Sela, 6 aylıq Yiğit, İnci, Asya, Masal... Zəlzələnin 11-ci günü dağıntılar altından çıxarılan Aleyna Ölməz...
Zəlzələdən dərhal sonra fəlakət qurbanları üçün müvəqqəti sığınacaqlar və konteynerlər yaradıldı. Belə ki, 645 min çadır 2,5 milyon insanın evinə çevrildi. 80 gün sonra isə zəlzələdən zərərçəkənlər yeni tikilmiş kənd evlərində məskunlaşdılar.(Qafqazinfo)
29-08-2026, 17:21
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB
29-08-2026, 15:28
Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib
29-08-2026, 14:47
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib
29-08-2026, 13:35
Sabah Bakıya və rayonlara yağış yağacaq
29-08-2026, 12:58
İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
29-08-2026, 12:36
Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var
29-08-2026, 12:00
SEPAH: ABŞ-ın Hörmüz boğazı ilə bağlı açıqlamaları açıq-aşkar yalandır
29-08-2026, 11:17
AAYDA vətəndaşlara müraciət edib
29-08-2026, 10:08
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb
29-08-2026, 09:43
"Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir
28-08-2026, 18:22
Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır
28-08-2026, 17:45
Ədliyyə Nazirliyi: Məhkumlara qadağan olunan əşyaların verilməsi və ötürülməsi cinayət məsuliyyəti yaradır
28-08-2026, 16:28
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək
28-08-2026, 15:44
Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib
28-08-2026, 14:47
Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik
28-08-2026, 14:09
Ukrayna Rusiyaya məxsus təyyarəni aerodromda vurub
28-08-2026, 12:53
Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək
28-08-2026, 12:21
Növbəti köç karvanları Şükürbəyli və Horovlu kəndlərinə çatıb - YENİLƏNİB
28-08-2026, 11:49
Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib
28-08-2026, 11:18
Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib
28-08-2026, 10:41
Tokayev Qazaxıstan hökumətini istefaya göndərib
28-08-2026, 10:17
Azərbaycan neftinin qiyməti 92 dolları ötüb
28-08-2026, 09:05
Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb
27-08-2026, 18:01
Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb - FOTO
27-08-2026, 17:24
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
27-08-2026, 16:38
Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək
27-08-2026, 16:11
"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM
