Təhsil müəssisələrinin rəhbərlərinə tapşırıqlar verildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində ikinci yarımilə hazırlıq məqsədilə Pedaqoji şuraların iclaslarının keçirilməsinə başlanıb.
Bu barədə İdarədən məlumat verilib.
Qeyd olunub ki, ilk olaraq paxtaxtdakı 317, 188 nömrəli tam orta məktəblərdə və Məktəb-Lisey Kompleksində keçirilən iclaslarda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, MÜTDA-nın direktor müavini Orxan Abbasov, BŞTİ-nin müdir müavinləri Xəyalə Əhmədzadə, Anar Məmmədov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Pərvanə Məmmədova, Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə, MÜTDA-nın baş məsləhətçisi Heyran Səfərova, BŞTİ-nin Təlimə Dəstək Mərkəzinin psixoloq-metodisti Aysel Novruzova, müəllimlər, valideynlər, məktəb-icma birliyinin nümayəndələri iştirak ediblər.
İclaslarda ümumi təhsil müəssisələrində uşaqların təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarətin gücləndirilməsi, müəllimlərin etik davranış qaydalarına əməl olunması vəziyyəti, məktəblərdə psixoloji xidmətin təşkili, ümumi təhsil müəssisələrində valideynlərlə işin səmərəliliyinin artırılması və digər vacib məsələlər müzakirə olunub, məktəb psixoloqlarının altı aylıq hesabatı dinlənilib.
Pedaqoji şura iclaslarında ümumi təhsil müəssisəsində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşmasına diqqətin artırılması, təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi və məktəb psixoloqunun onlarla apardığı sistemli işin gücləndirilməsi, məktəb-valideyn əməkdaşlığının genişləndirilməsinin və təhsil müəssisələrinə ictimai dəstəyin əhəmiyyətindən danışılıb.
İclaslarda müzakirə edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, MÜTDA tərəfindən ümumi təhsil müəssisələrinə sağlam mənəvi-psixoloji mühitin daha da yaxşılaşdırılması məqsədilə xüsusi təlimatlar göndərilib, məktəb rəhbərlərinə idarəetmədə səmərəliliyin artırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Paytaxtın digər ümumi təhsil müəssisələrində də müvafiq mövzular üzrə Pedaqoji şura iclaslarının keçirilməsi nəzərdə tutulur.
Bugün, 12:11
Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək
Bugün, 11:31
Balakən kanat yolunun inşasına başlanılıb
Bugün, 10:56
Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb
Bugün, 10:27
Bakının Rəşid Behbudov küçəsində təmir işləri aparılacaq
Bugün, 09:28
UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir
Bugün, 08:47
Politico: Trampın sərt ritorikası İranla bağlı razılaşmanı çətinləşdirə bilər
Dün, 17:40
Uşaqlara qarşı zorakılıq və dilənçiliyə məcburetmə hallarına görə cərimələr təsdiqlənib
Dün, 16:55
Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib
Dün, 15:55
Azərbaycanda bir sıra elektron reyestrlə bağlı informasiya sisteminin əsasnaməsi təsdiqlənib
Dün, 15:22
AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib
Dün, 14:52
Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu
Dün, 14:24
Taleh Kazımov: "Bankların xidmət tariflərinə müdaxilə etmirik"
Dün, 13:13
Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur
Dün, 12:39
Sabah 23 dərəcə isti gözlənilir
Dün, 11:55
Məcnun Məmmədov: "Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq"
Dün, 11:30
İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək
Dün, 10:52
WUF13-ün proqramı açıqlanıb
Dün, 10:27
Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı - Müraciət
Dün, 09:39
Bu günün valyuta məzənnələri
Dün, 09:06
Krıma PUA hücumu zamanı beş nəfər ölüb
5-05-2026, 18:51
Azərbaycan və Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə üzrə görüş keçiriblər
5-05-2026, 18:22
Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb
5-05-2026, 17:50
Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu
5-05-2026, 17:16
Sumqayıtda avtomobil yolu çöküb
5-05-2026, 16:26
Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək
5-05-2026, 15:53
Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib
5-05-2026, 15:23
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
