Dəm qazından ölən Sərxan bu gün ABŞ-a getməli imiş...
Bakıda dəm qazından boğularaq ölən Əli və Sərxan Həsənov qardaşları dəfn olunub.
Modern.az-ın məlumatına görə, onları doğulduqları Tovuz rayonunun Ağbulaq kəndində torpağa tapşırılıb.
Qardaşlardan dünəndən bu yana xəbər alınmayıb. Qohumları onların yaşadığı evə gəlib, evin pəncərəsini çöldən açaraq içəri daxil olublar və iki qardaşın meyitlərini aşkar ediblər.
Sərxan Həsənov ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü idi. O, 2020-ci ildə qəbul imtahanlarında 692,5 bal toplayaraq III qrup üzrə ölkə birincisi olmuşdu. S.Həsənov Sumqayıt şəhərindəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbi qızıl medalla bitirmişdi.
Ağbulaq kəndinin icra nümayəndəsi Əli İbrahimov “Report”a açıqlamasında bildirib ki, hadisə yanvarın 25-i gecə saatlarında baş verib. İcra nümayəndəsi vurğulayıb ki, Sərxan bu gün ABŞ-a getməli imiş.
Hadisə ilə əlaqədar Nərimanov rayon prokurorluğunda araşdırma aparılır. TƏBİB-dən isə bildirilib ki, yanvarın 25-i saat 19:36 radələrində Ziya Bünyadov 77 q ünvanından Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Ünvanda iki nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
Əldə etdiyimiz məlumata görə, 2001-ci il təvəllüdlü Əli Həsənov təxminən 3 ay öncə evlənibmiş. O, Bakıda traktor sürücüsü işləyirdi.
Mərhumların əmisi Aslan Həsənov bildirib ki, onlar ailədə 6 nəfər olub: “İki bacı, iki qardaş və ana-ata. Bacılardan biri eşitmə məhdudiyyətli olub. Digər bacı isə elə Ağbulaq kəndinə gəlin köçüb. Anası evdar qadın, atası isə təsərrüfatla məşğul olurmuş".
Onun sözlərinə görə, yanvarın 24-də Əli həyat yoldaşı Aynuru Bakıda yaşayan qayınatasıgilə aparıb.
"Sonradan yaxınları onların zənglərinə cavab verməyən qardaşlardan nigaran qalıblar. Evə ilk gələn Əlinin həyat yoldaşı və onun qardaşı olub. Onlar evə daxil olan zaman Əli və Sərxanın dünyasını dəyişdiklərini görüblər”, - Aslan Həsənov deyir.
Bugün, 12:11
Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək
Bugün, 11:31
Balakən kanat yolunun inşasına başlanılıb
Bugün, 10:56
Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb
Bugün, 10:27
Bakının Rəşid Behbudov küçəsində təmir işləri aparılacaq
Bugün, 09:28
UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir
Bugün, 08:47
Politico: Trampın sərt ritorikası İranla bağlı razılaşmanı çətinləşdirə bilər
Dün, 17:40
Uşaqlara qarşı zorakılıq və dilənçiliyə məcburetmə hallarına görə cərimələr təsdiqlənib
Dün, 16:55
Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib
Dün, 15:55
Azərbaycanda bir sıra elektron reyestrlə bağlı informasiya sisteminin əsasnaməsi təsdiqlənib
Dün, 15:22
AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib
Dün, 14:52
Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu
Dün, 14:24
Taleh Kazımov: "Bankların xidmət tariflərinə müdaxilə etmirik"
Dün, 13:13
Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur
Dün, 12:39
Sabah 23 dərəcə isti gözlənilir
Dün, 11:55
Məcnun Məmmədov: "Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq"
Dün, 11:30
İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək
Dün, 10:52
WUF13-ün proqramı açıqlanıb
Dün, 10:27
Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı - Müraciət
Dün, 09:39
Bu günün valyuta məzənnələri
Dün, 09:06
Krıma PUA hücumu zamanı beş nəfər ölüb
5-05-2026, 18:51
Azərbaycan və Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə üzrə görüş keçiriblər
5-05-2026, 18:22
Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb
5-05-2026, 17:50
Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu
5-05-2026, 17:16
Sumqayıtda avtomobil yolu çöküb
5-05-2026, 16:26
Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək
5-05-2026, 15:53
Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib
5-05-2026, 15:23
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
