Günün qoroskopu: səhvlərinizdən nəticə çıxarın

Qoç - uğurlarınız paxıllıq və həsəd doğura bilər. Bu isə sizi narahat edəcək. Adi günlərdən fərqli olaraq daha çox çalşımalı olacaqsınız. Xeyli əvvəl başladığınız və qüvvə sərf etdiyiniz işlərdən sizi kənarlaşdıra bilərlər. O işi özəlləşdirməyə can atmayın.
Günün ikinci yarısında nikbin olsanız, həmkar və tərəfdaş tapacaqsınız.
Şəxsi münasibətlərdə sizi xoş anlar gözləyir. Yaxınlarınız sizə yardım və dəstək verəcəklər. Sevdiyiniz insan sizi anlamağa çalışır. Axşam saatlarında yorğunluq hiss edəcəksiniz.
Buğa - qəti qərar verməzdən əvvəl yaxşıca düşünüb-daşının. Situasiyanın üstün və zəif məqamlarını araşdırın. Şansınızdan yararlanın. Bu gün görəcəyiniz bəzi işlərin faydası olmayacaq, önəmli nəticələr verməyəcək.
İtən əşyalardan biri tapılacaq.
Günün ikinci yarısında səbrli, təmkinli olun. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın. Dəyər verdiyiniz insanlarla təmaslarınızın səmimi olmasına çalışın. Özünüzdən bədgüman olmayın.
Əkizlər - maddi durumunuzu yaxşılaşdıra bilərsiniz. Situasiyanın sizdən asılı olan məqamlarını müəyyənləşdirin və hərəkətə keçin. Köhnə borclardan birinin qaytarılması, yaxud da gəlirlərin artırılması istisna deyil. Addımlarınızla qərarlarınız yaxın ətrafınızdakı insanlarda narazılıq, şübhə yaratmamalıdır.
Günün ikinci yarısında emosional problemlərdən yayına bilməyəcəksiniz.
Dostlar və tanışlarla ünsiyyət üçün pis zaman deyil. Başqaları barədə təşəxxüslə, aşağılayıcı formada danışmayın. İradlarla suçlamaların sayını azaldın. Əks təqdirdə inciklik uzun zaman unudulmayacaq. Səhhətinizə fikir verin.
Xərçəng - istedad və bacarıqlarınızı nümayiş etdirməyiniz üçün yaxşı zamandır. Nailiyyətləriniz asılı olduğunuz insanların diqqətindən yayınmayacaq. Əldə etməyə çalışdığınız məlumatların səhih olmasına çalışın. İnformasiyaların əksəriyyəti mənasız və məntiqsizdir.
Günün ikinci yarısında ən yaxın saydığınız, tam etibar etdiyiniz şəxslərdən birindən zərbə alacaqsınız. Həmin adam pisliyinizi istəmir. Fəqət, əməl bu səbəbdən neqativliyini itirmir.
Axşam saatlarındakı görüş uğursuzluqla bitə bilər.
Şir - maliyyə və daşınmaz əmlak məsələləri ilə bağlı fəaliyyətdə irəliləyişlər olacaq. Sizdən borc istəyəcəklər. Pulunuzun qədrini bilin.
Kreditlərlə bağlı şirnikləndirici vədlərə aldanmayın.
Günün ikinci yarısında durum yetərincə sakitdir. Kənar təsirlərə uymayın, seçdiyiniz istiqamətdə irəliləməyə davam edin. Hisslərə qapılmayın. Axşam saatlarını özünüzə həsr edin.
Qız - situasiyanın qəfil dəyişməsi sizi yeni maliyyə mənbələrinin axtarışına vadar edə bilər. Hətta "qara gün" üçün saxladığınız pullara da zərurət duyacaqsınız. Yetərincə ambisioz, amma maraqlı layihədə iş təklifi alacaqsınız. Tələsməyin. Bütün qərarları yaxşıca düşünmək gərəkdir.
Günün ikinci yarısında şəxsi münasibətlərinizdə stabillik olmayacaq. Yaxınlarınızın bəzi sözləri xətrinizə dəyə bilər. Sevdiyiniz insanla münasibətlərdə diqqətli olun.
Uzun müddətdən bəri axtardığınız əşyanı qəflətən tapa bilərsiniz.
Tərəzi - yaradıcı enerjiniz az olmayacaq. Çətin intellektual problemlərin öhdəsindən gəlməyə çalışın. Emosiyalarınıza hakim olun, daxili qorxularınıza və təşvişlərə yenilməyin. Addımlarınızla qərarlarınızın soyuqqanlı, məntiqli olmasına can atın.
Günün ikinci yarısında yalan danışmayın, saxtakarlıq etməyin.
Yaşam arealınızı təkmilləşdirmək, rekonstrukiya işləri aparmaq üçün pis gün deyil. Şəxsi ehtiyaclarınızla bağlı həllini gözləyən məsələləri çözün. Dəyər verdiyiniz insanlarla münasibətlərdə eqoist olmayın.
Axşam saatlarında normal istirahət edin.
Əqrəb - gedişatına şübhə etdiyiniz işlərə başlamağa tələsməyin. Problemlərin həllində hiyləgər və fəndgir addımlar atmayın. Yalnız öz maraqlarınızı güdməyin, mənafelərinizi təmin etmək üçün yaxın ətrafınızdakı insanları incitməyin. Heç gözləmədiyiniz mənbədən yardım, dəstək, kömək ala bilərsiniz.
Günün ikinci yarısında yaxınlarınızla təmaslarda ifrata varmayın. Elə məqamlar var ki, onları müzakirə etməyə dəyməz. Daxili gərginlik əhvalınızı korlaya bilər. Yuxusuzluq istisna deyil.
Oxatan - maliyyə problemlərini günün ilk yarısından etibarən həll etməyə başlayın. Əlavə gəlir mənbəyinin aşkarlanması və ya kreditin alınması istisna deyil. İnvestisiyalar yaxın gələcəkdə gəlir gətirəcək. Problemlərin həllində yaradıcı yanaşma göstərin.
Günün ikinci yarısında ailə büdcəsinə bir daha nəzər salın. Qənaət rejimini seçin. Axşam saatlarında normal istirahət etməyə çalışın. Özünüzə qapanmayın. Yüz fikir bir borcu ödəməz.
Oğlaq - gərəkli insanlarla tanışlıqdan bəhrələnməyə çalışın. Problemləri həll etmək istəyirsinizsə, bilikli, təcrübəli insanlardan məsləhət alın. Texnika və ya avtomobil təmiri üçün münasib zaman deyil. Alış-verişdə çox pul xərcləməyin.
Günün ikinci yarısında yaxınlarınızın iradlarını və tələblərini anlayışla qarşılayın. Dəyər verdiyiniz insanlarla təmaslarda kobudluq etməyin.
Çoxdan bəri başlamaq istədiyiniz iş istiqamətində ilk addımlar atmaq olar.
Axşam saatlarında gəzintiyə çıxın.
Dolça - səhvlərinizdən nəticə çıxarın, başqalarının təcrübəsindən yararlanmağa çalışın. Əsas məsələ çalşıdığınız sahədə orientirləri dəqiq müəyyənləşdirməkdir. Belədə istənilən problemin öhdəsindən gələ bilərsiniz.
Günün ikinci yarısında fəaliyyət müstəvisində çətinliklər istisna deyil. İlkin hisslərə əsaslanaraq mövqeyini dəyişməyin. Çox işləməyiniz yaxınlarınızı narazı sala bilər. Onlar sizdən diqqət və qayğı gözləyirlər.
Axşam saatlarını ailə üzvləri ilə keçirin.
Balıqlar - çətin, qarışıq, laübəli bir gündür. Xoşagəlməz müzakirələrin mərkəzində ola bilərsiniz. Haqqınızda dedi-qodu və şaiyələrin sayı artacaq. Fikrinizi cəmləşdirin, sərvaxt olun. Psixoloji sınaqlara sinə gərin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların sizə əziyyət vermək istədiklərini düşünməyin. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Şəxsi həyatınızda situasiya ağır deyil.
Axşam saatları romantik anlar vəd edir.
Bugün, 12:11
Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək
Bugün, 11:31
Balakən kanat yolunun inşasına başlanılıb
Bugün, 10:56
Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb
Bugün, 10:27
Bakının Rəşid Behbudov küçəsində təmir işləri aparılacaq
Bugün, 09:28
UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir
Bugün, 08:47
Politico: Trampın sərt ritorikası İranla bağlı razılaşmanı çətinləşdirə bilər
Dün, 17:40
Uşaqlara qarşı zorakılıq və dilənçiliyə məcburetmə hallarına görə cərimələr təsdiqlənib
Dün, 16:55
Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib
Dün, 15:55
Azərbaycanda bir sıra elektron reyestrlə bağlı informasiya sisteminin əsasnaməsi təsdiqlənib
Dün, 15:22
AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib
Dün, 14:52
Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu
Dün, 14:24
Taleh Kazımov: "Bankların xidmət tariflərinə müdaxilə etmirik"
Dün, 13:13
Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur
Dün, 12:39
Sabah 23 dərəcə isti gözlənilir
Dün, 11:55
Məcnun Məmmədov: "Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq"
Dün, 11:30
İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək
Dün, 10:52
WUF13-ün proqramı açıqlanıb
Dün, 10:27
Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı - Müraciət
Dün, 09:39
Bu günün valyuta məzənnələri
Dün, 09:06
Krıma PUA hücumu zamanı beş nəfər ölüb
5-05-2026, 18:51
Azərbaycan və Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə üzrə görüş keçiriblər
5-05-2026, 18:22
Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb
5-05-2026, 17:50
Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu
5-05-2026, 17:16
Sumqayıtda avtomobil yolu çöküb
5-05-2026, 16:26
Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək
5-05-2026, 15:53
Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib
5-05-2026, 15:23
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb