"Dedi ki, özümü öldürəcəm və hər şeyi polisə deyəcəm" - Məhkəmə
Gündəm / Dünya
Oxunub: 0
22 Ock 2024 | 14:32
"Dedi ki, özümü öldürəcəm və hər şeyi polisə deyəcəm" - Məhkəmə

Ləğv olunmuş Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, eləcə də Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Cövdət Mehrəliyev ittiham aktını elan edib.

İstintaq materiallarına əsasən, universitetin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşviq Atakişiyevin zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən şəxs Müşfiq Atakişiyev ona edilən ittihamla özünü təqsirli bilməyib. Digər təqsirləndirilən şəxslər - Samir Quliyev və Dəyanət Quliyev isə özlərini təqsirli biliblər.

Daha sonra təqsirləndirilən Samir Quliyev ifadə verib. Onun sözlərinə görə, hadisəni 2011-ci ilin sentyabrın əvvəllərində törədib: "Təqsirləndirilən şəxs Dəyanət Quliyevlə İmişli rayonunda bir məhəllədə böyümüşük, uşaqlıqdan dostluğumuz olub. Dəyanət mənə dedi ki, bir nəfər var, məni və dayımı təhdid edir. Məni aparıb o şəxsin həmişə idman etdiyi yeri göstərdi. Ancaq onun kimliyi və ya şəxsiyyəti barədə qəti heç nə demədi. Onu bir neçə gün idman yürüşü etdiyi yerdə izlədim. Tək olduğu anda arxadan yaxınlaşıb Dəyanətin mənə verdiyi dəmir dəyənəklə başının arxasına 2 güclü zərbə vuraraq hadisə yerindən uzaqlaşdım. Sonra taksiyə oturub birbaşa İmişliyə getdim. İşin icrası ilə bağlı Dəyanətə məlumat verdim. Hadisədən 3 il sonra onunla cəmi 1 dəfə görüşdük. Mənə əvvəlcədən demişdi ki, əgər tutulsan, türmədə sənə baxacam. Arada mənə 300, 500 və ya 1000 manat verirdi".

Daha sonra digər təqsirləndirilən şəxs Dəyanət Quliyev dindirilib. O bildirib ki, təqsirləndirilən şəxslərdən Samir Quliyev onun uşaqlıq dostu, Müşfiq Atakişiyev isə dayısıdır: "Yüngül biznesim olub və Samirə hər zaman maddi-mənəvi dəstək göstərmişəm. Rəhmətlik Tariyel Əhmədovla çox yaxşı münasibətim olub. Lakin son vaxtlar fikir verdim ki, mənə qarşı da soyuqluğu var. Samirlə görüşüb dedim ki, bir nəfər var, məni incidir və onu yaxşıca əzişdirməyini istəyirəm. O isə buna etiraz etmədi və maşınımın baqajından dəmir turbanı ona verdim. Daha sonra Samiri mərhumun həmişə idman etdiyi əraziyə aparıb onu uzaqdan tanış etdim. Polisdən öz istəyimlə çıxmışam. Daha sonra dayım təqsirləndirilən şəxs Müşfiq Atakişiyevdən 4 min manat pul istədim. Çoxlu borcum var idi, özümü öldürmək istəyirdim. 102-yə zəng edərək hadisəni özüm etiraf etmişəm". 

Prosesdə ifadə verən təqsirləndirilən şəxs Müşfiq Atakişiyev əvvəllər mərhum Tariyel Əhmədovla möhkəm dostluq münasibətlərinin olduğunu və onun qətlini sifariş vermədiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, mərhumla münasibətlərinin pisləşməsi o, rektor təyin olunandan sonra olub: "Tariyel Əhmədov mənim rektor təyin edilməyimə qısqanclıqla yanaşırdı. Deyirdi ki, səni bir yolla həbs etdirəcəm. O, hər zaman düşünürdü ki, mən onu aldadıram. Onun güclü əlaqələri olduğu üçün məni həbs etdirmək potensialı var idi. Məni şantaj edirdi. Təqsirləndirilən şəxs Dəyanət Quliyev mənim bacım oğludur. Ona atalıq etmişəm və o ailəyə mən baxmışam. Mən 2011-ci ilin avqustunda məzuniyyətdən qayıdanda dedilər ki, sentyabrda Tariyeli sənin yerinə təyin edəcəklər. Dəyanəti çağırıb dedim ki, o adama elə xəsarət yetir ki, 2 ay işə çıxmasın. Dəfələrlə dedim ki, onu öldürmə, çünki işi məndən biləcəklər. Mən özümü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilmirəm. Bu hadisədən sonra Dəyanət məndən 4 min manat pul istədi. Mənə dedi ki, qumarda pul uduzub, təcili lazımdır, mən isə qumar amilinə görə vermədim. O dedi ki, özümü öldürəcəm və hər şeyi polisə deyəcəm".

Məhkəmənin növbəti iclası yanvarın 31-nə təyin edilib. (Report)
Dün, 13:24
Gəncə Dövlət Dram Teatrında Əli Qasımovun fəaliyyəti təqdirəlayiqdir
25-04-2026, 16:05
Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb
25-04-2026, 15:04
Ayxan Hacızadə: Nyu-York merinin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir
25-04-2026, 14:06
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
25-04-2026, 11:40
İşlədiyi evin ikinci mərtəbəsindən yıxılıb öldü
25-04-2026, 09:30
Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək
24-04-2026, 18:16
Bakıda "enerji həftəsi" keçiriləcək
24-04-2026, 17:48
IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır
24-04-2026, 16:58
Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb
24-04-2026, 16:07
Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb
24-04-2026, 15:28
Baş Prokuror İran səfirini qəbul edib
24-04-2026, 15:08
Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb
24-04-2026, 14:36
İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək
24-04-2026, 12:56
Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib
24-04-2026, 12:28
Sabah Bakıda yağış yağacaq
24-04-2026, 11:47
Paytaxtın 3 küçəsi 2 sutkadan çox bağlı olacaq - Siyahı
24-04-2026, 11:13
Bakıda parkda meyit tapıldı
24-04-2026, 10:35
5 güləşçimiz mübarizəyə başlayır
24-04-2026, 10:04
Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib
24-04-2026, 09:37
Azərbaycan nefti 1 dollar ucuzlaşıb
24-04-2026, 09:12
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
23-04-2026, 17:59
Gürcüstan prezidenti Acarıstan hökumətinin sədri vəzifəsinə namizəd irəli sürüb
23-04-2026, 16:57
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
23-04-2026, 16:22
Hesablama Palatası: Sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir
23-04-2026, 15:18
Pakistan İranı konstruktiv addımlar atmağa çağırıb
23-04-2026, 14:35
Sabah bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı yardımlar ödəniləcək
23-04-2026, 13:10
İlham Əliyev: Dünyadakı təhdidlər Azərbaycandakı ağsaqqallıq institutunun əhəmiyyətini vurğulayır