Aygün Bəylərin “Tut ağacı” mahnısı necə yaranıb... - Maraqlı TARİXÇƏ

Həzin, ürəyəyatımlı musiqisi olan “Tut ağacı” mahnısı yəqin ki, bundan sonra da yalnız Aygün Bəylərin ifasında seviləcək. Çünki mərhum Əməkdar artist təkrarolunmaz ifası ilə bu mahnıya elə bir möhür vurub ki, onu dinləyənlər çətin bu səsi yaddan çıxarsınlar.
Bəs musiqisi bəstəkar Aygün Səmədzadəyə, sözləri Zakirə Allahverdiyevaya aid olan xatirələrlə dolu "Tut ağacı" mahnısı necə yaranıb?
Saytı mahnının tarixçəsini sizə təqdim edirik.
“Tut ağacı” mahnısının tarixçəsini onun yaranmasının səbəbkarı - “Çaşıoğlu” nəşriyyatının direktoru Rəhilə Soltanqızı danışıb:
“... İndi sevə-sevə dinlədiminiz “Tut agacı” mahnısının sözləri rəfiqəm, mənə bacı qədər əziz olan Zakirə Allahverdiyevanındır. Günlərin bir günü ona sürpriz etməyi qərara aldım. O zaman bəstəkar Aygün Səmədzadə yaradıcılığa təzə başlamışdı. Onun “Məktəb illəri” mahnısı da çox məşhurlaşmamışdı. Azərbaycan Dövlət Televiziyasindakı “Böyük tənəffüs” verilişinin “Məktəb illəri” rubrikasında süjet bu mahnının sədaları altında başlayardı. Az bir zamanda bu mahnı xeyli sevildi.
Aygün xanımla yaxından tanış olmuşdum deyə, Zakirə xanımın şeirlərini də götürüb getdim onlara. Evlərində təmir işləri gedirdi. Parket cilalayan aparatı mənzilin otaqlarından birinin ortasında gördüm. Royal olan otaqda isə xalçalar qatlanıb bir küncə yığılmısdı. Aygün Səmədzadə dedi ki, “ayaqqabılarını soyunma, evdə təmir gedir, mən də elə burda qalıb isləyirəm”.
Royalın üstündə çoxlu notlar var idi. Gəlişimin məqsədini dedim. Şeirləri ona təqdim etdim. Aygün xanım vərəqlərə göz gəzdirdi, hətta şeirlərdən bir-ikisini oxudu da... Dedi ki, baxacaq.
Sağollaşıb ayrıldım. Üç gündən sonra mənə zəng vurub dedi ki, mahnı artıq hazırdı. Çox təccübləndim ki, nə tez? Gülə-gülə dedi ki, “yazdım da...”.
Yenidən onlara getdim, qapını üzümə gülə-gülə açdı. Dedi ki, ona təqdim etdiyim şeirlərdən birinə mahnı yazıb. Soruşdum ki, bəs təmir aparılan səs-küylü mənzildə bunu necə edib?
Söylədi ki, “güləcəksən mənə, amma o biri otaqda usta parketi cilalıyırdı, bu biri otaqda o səsi eşidə-eşidə elə bil mənə vəhy gəldi”.
Hələ də təccüblənirəm ki, o səs-küydə hər kəsin sarı siminə toxunan mahnı necə yazıla bilərdi...
Mənim üçun həm də maraqlıydı ki, görəsən apardığım hansı şeirə mahnı bəstələmişdi...
Aygün Səmədzadə keçdi royalın arxasına. Və başladı ifa etməyə: “Tut agacım, tut agacım... Aman yerim, güman yerim...”.
Elə gözəl oxudu ki... mahnıya heyran oldum. “Əhsən!”, - deyib onu qucaqladım.
Soruşdu ki, bu mahnını kimə verək oxusun? Sonra da bir-iki müğənninin adını çəkdi. Amma ortaq məxrəcə gəlmədik. Dedi “onda qoy, fikirləşim”. Mən qapıdan çıxanda qayıtdı ki, “ağlımda biri var, onun da stili xoşuma gəmir. Amma əla səsi var”.
Bu əla səs həmin Aygün Bəylər idi. Aygün mahnını oxudu, yaratdı və möhürünü də vurdu. Beləcə “Tut ağacı” mahnısı doğuldu. Zakirə xanım ona etdiyim sürprizə görə hələ də deyir ki, “mahnının yaranmasının səbəbkarı sənsən”.

Təqdim etdiyim bu şəklin tarixçəsi də maraqlıdır. Dediyim kimi, o vaxt Azərbaycan Dövlət Televiziyasinda “Böyük tənəffüs” verilişi vardı. Gənclərin aparacılığı ilə onların ruhuna uyğun dinamik və maraqlı veriliş idi.
Verilişin konsepsiysına uyğun 3 bölmə var idi: A bölməsində təhsildən, B bölməsində gənclərin uğurlarından, C bölməsində isə tanınmış isanların məktəb illərindən bəhs edən süjetlər yayımlanırdı.
Verilişin növbəti buraxılışını Ağsuda çəkməyi qərara almışdıq. Ssenarini yazdım və yaradıcı heyətlə Ağsuya yola düşdük. Aygün Səmədzadə, Lalə Məmmədova, “Məktəb illəri” mahnısının sözlərinin müəllifi Kəmalə Abıyeva və Aygün Hümmətova.
Veriliş üçün müğənnilər rəhmətlik Məhəbbət Kazımovla Könül Kərimovanın (onda birlikdə duet ifa edirdilər) məktəb illəri xatirələrini çəkməliydik. Onlar Ağsuda hansısa məclisdə idilər. Dedilər ki, məclisi yola verib çəkiliş yerinə gələcəklər və gəldilər də.
Aygün Hümmətovanı onda Ağsuya prodüseri Bəylər Quliyev öz maşınında gətirmişdi. Aygun Hümmətovayla ilk tanışlığım da elə orda oldu. Başında kepka, əynində kişi stilində şalvar, ayaqqabı və makiyajsız... Zahiri xoşuma gəlməsə də “Tut ağacı” mahnısını oxuyanda hər şey gözümüzdə gözəlləşdi. Mahnının ilk klipi də orada çəkildı. Kəsilmiş kötüyün yanında... o anda Aygün elə oxudu, elə rola girdi ki, geyiminin və makiyajının fərqinə varmadıq.
Sənət, sənətkarlıq bu idi...
Bu mənim indi tarixə dönmüş, sənətinə möhür vurmüş Aygün Bəylər haqqında kiçik bir xatirəmdir. Hər şeyi xırdalığına qədər ona görə danışdım ki, “Tut ağacı” mahnısının yaranma tarixi unudulmasın...”.(Modern)
Bugün, 16:57
Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib
Bugün, 16:38
Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Bugün, 15:56
Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub
Bugün, 15:04
Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib
Bugün, 14:31
Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil
Bugün, 13:39
Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb
Bugün, 12:57
Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib
Bugün, 12:11
Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək
Bugün, 11:31
Balakən kanat yolunun inşasına başlanılıb
Bugün, 10:56
Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb
Bugün, 10:27
Bakının Rəşid Behbudov küçəsində təmir işləri aparılacaq
Bugün, 09:28
UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir
Bugün, 08:47
Politico: Trampın sərt ritorikası İranla bağlı razılaşmanı çətinləşdirə bilər
Dün, 17:40
Uşaqlara qarşı zorakılıq və dilənçiliyə məcburetmə hallarına görə cərimələr təsdiqlənib
Dün, 16:55
Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib
Dün, 15:55
Azərbaycanda bir sıra elektron reyestrlə bağlı informasiya sisteminin əsasnaməsi təsdiqlənib
Dün, 15:22
AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib
Dün, 14:52
Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu
Dün, 14:24
Taleh Kazımov: "Bankların xidmət tariflərinə müdaxilə etmirik"
Dün, 13:13
Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur
Dün, 12:39
Sabah 23 dərəcə isti gözlənilir
Dün, 11:55
Məcnun Məmmədov: "Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq"
Dün, 11:30
İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək
Dün, 10:52
WUF13-ün proqramı açıqlanıb
Dün, 10:27
Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı - Müraciət
Dün, 09:39
Bu günün valyuta məzənnələri
Dün, 09:06
Krıma PUA hücumu zamanı beş nəfər ölüb