Musa Şəkiliyev: Əbədiyaşar Lider
Musa Şəkiliyev
Qax Rayon İcra Hakimiyyətinin başçısı
Xalqımız 12 dekabrı Ulu Öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb.
Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişdi.
Təqvimin bu günü yaxınlaşanda biz dahi siyasətçini bir daha anır və onun keçdiyi zəngin həyat yoluna dərindən nəzər salırıq. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq edib.
Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, ölkə daxilində aparılan islahatlar nəticəsində respublikamızın müxtəlif istiqamətlərdə inkişafını təmin edib, müstəqilliyini əbədi və dönməz edib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti qurulub, müstəqil dövlətin Konstitusiyası qəbul olunub, dövlətimiz dünyada öz layiqli yerini tutub. Məhz Ulu Öndərin qərarı ilə Azərbaycan milli bayrağı – Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi elan edilib. Öz müdrikliyi ilə Azərbaycan tarixində dərin iz qoyan Heydər Əliyev Azərbaycan xalqının ən çətin anlarında öz haqq səsini ucaldıb, sovet rəhbərliyini ittiham edib, Kommunist Partiyasının sıralarını tərk edib.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyi və onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilib. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi dövlət quruculuğunun Azərbaycan modeli və siyasi kursu, həmçinin ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
Allah dahi liderimizə rəhmət eləsin!
Dün, 18:48
Meteor yağışı olacaq - Bu tarixdə
Dün, 17:58
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib
Dün, 16:57
Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib
Dün, 16:38
Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Dün, 15:56
Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub
Dün, 15:04
Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib
Dün, 14:31
Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil
Dün, 13:39
Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb
Dün, 12:57
Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib
Dün, 12:11
Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək
Dün, 11:31
Balakən kanat yolunun inşasına başlanılıb
Dün, 10:56
Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb
Dün, 10:27
Bakının Rəşid Behbudov küçəsində təmir işləri aparılacaq
Dün, 09:28
UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir
Dün, 08:47
Politico: Trampın sərt ritorikası İranla bağlı razılaşmanı çətinləşdirə bilər
6-05-2026, 17:40
Uşaqlara qarşı zorakılıq və dilənçiliyə məcburetmə hallarına görə cərimələr təsdiqlənib
6-05-2026, 16:55
Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib
6-05-2026, 15:55
Azərbaycanda bir sıra elektron reyestrlə bağlı informasiya sisteminin əsasnaməsi təsdiqlənib
6-05-2026, 15:22
AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib
6-05-2026, 14:52
Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu
6-05-2026, 14:24
Taleh Kazımov: "Bankların xidmət tariflərinə müdaxilə etmirik"
6-05-2026, 13:13
Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur
6-05-2026, 12:39
Sabah 23 dərəcə isti gözlənilir
6-05-2026, 11:55
Məcnun Məmmədov: "Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq"
6-05-2026, 11:30
İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək
6-05-2026, 10:52
WUF13-ün proqramı açıqlanıb
6-05-2026, 10:27
Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı - Müraciət
