Günün qoroskopu: Bu məqamı ertələyin
Qoç - uzaq səfərə yollanmaq, səyahət və ya macəra arzuları, illüziyalar sizi konkret işlərdən ayırmamalıdır. Gündəlik işlər darıxdırıcı olsa da, onları vaxtında yerinə yetirin. Bilik və bacarıqlarınızı artırın.
Günün ikinci yarısında dünyagörüşünüzü artırmağa can atın. Sənədləşdirmədə diqqətli olun, çox kobud səhvlərin səbəbkarıl olmayın. Tapşırıqlara ciddi yanaşın. Vədlərinizi yerinə yetirin.
Yaşlı qohumlar, ailə üzvləri qayğı tələb edirlər. Axşam saatlarında yorğunluq hiss edə bilərsiniz.
Buğa - günün ilk yarısı önəmli işlər və ya irimiqyaslı layihə üçün əlverişli deyil. Situasiyanın çətinliyinə rəğmən aktivliyinizi artırın. Planlaşdırılmış görüş, müzakirə, anlaşma və ya sövdələşməni unutmayın.
Gəlirlər istisna deyil.
Günün ikinci yarısında işdə statusunuzun artımı və ya karyera irəliləyişinizdə uğurlar ola bilər.
Mübahisə və tənqidlərə varmayın. Borc pul almayın. Kredit ödənişini qulaqardına vurmayın.
Yaxınlarınızın davranışlarının müzakirəsi və onların nöqsanlarının sadalanması münaqişə vəziyyəti yarada bilər. Ailə üzvlərinə qarşı ədalətsizliyə yol verməyin. Sözlərinizi düşünüb deyin.
Axşam saatlarında yorğunluq hiss edəcəksiniz.
Əkizlər - ən yaxşı məziyyətlərinizi nümayiş etdirməyə çalşıın. Eqoist və təşəxxüslü davranaraq yaxın ətrafınızdakı insanları qıcıqlandırmayın. Bir qədər təvazökar olun, kölgəyə çəkilin.
Dəyər verdiyiniz insanların ön plana çıxmalarına şərait yaradın.
Günün ikinci yarısında yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Məqsədə çatmaq üçün konkret addımlar atın.
Qohumlar və yaxınlarla ünsiyyət axşam saatlarına yaxın sizi sevindirəcək. Əks cins mənsubunun yardım istəyini qulaqardın vurmayın. Əlavə gəlirdən yararlanaraq ailə üzvlərini sevindirin.
Xərçəng - uğura nail olmaq üçün addımlarınıza diqqət edin. Hər detala və xırdalığa fikir verməsəniz, ağır vəziyyətə urcah ola bilərsiniz. Fəqət, nəzarətlə şübhələrdə ifrata varsanız, yaxşı şansları itirəcəksiniz.
Günün ikinci yarısında gəlir əldə etməyə çalışmaqla yanaşı, mövqelərinizi möhkəmləndirin. Tərəfdaşlara güvənmək, onların məsləhətlərinə qulaq asmaq işlərinizdə irəliləyişlərə səbəb olacaq.
Verdiyiniz vədləri yerinə yetirin.
Axşam saatlarında yaxınlarınızla təmaslar rahatlıq və rəvanlıq hissləri yaradacaq. Problemlərinizdən onları da hali edə bilərsiniz. Amma diqqətli olun: sizi yanlış anlamasınlar.
Şir - yeni ideyalara yetərincə diqqət yetirin. Yaradıcılıq planlarını reallaşdırın. Enerjili və aktiv olun. Yaşamın müxtəlif sahələrində maneələri dəf edərək məqsədə doğru qətiyyətlə gedin.
Günün ikinci yarısında maddi durum pis olmayacaq. Mükafat, ödəniş, əlavə gəlir istisna deyil. Qarşılıqlı anlaşma işgüzar tərəfdaşlar və həmkarlarla münasibətləri yaxşılaşdıra bilər.
Axşam saatları aktiv istirahət və təmasların fəallaşdırılması üçün münasibdir. İzafi sentimentallıq ziyandır. Subaysınızsa, aradığınız insanı tapa bilərsiniz.
Qız - yaxın ətrafınızdakı insanların davranışlarına fikir verin. Münasibətlərdə harmoniya və qarşılıqlı anlaşmaya can atın. Kobudluq, qabalıq, dissonans, mənasız sözlər və mübahisələr mənfi emosiyalar yaradacaq.
Günün ikinci yarısında yaradıcılıqla məşğul olun. Ətrafınızdakı insanlara təsir edin, hisslərinizi onlarla paylaşın.
Axşam saatlarında qohumlar, yaxınlar və dostlarla görüşmək olar. Pozitiv əhval və enerjinizdən onların da yararlanmasına imkan verin.
Sevdiyiniz insana yardım etməklə özünüzü daha əmin hiss edəcəksiniz.
Tərəzi - köhnə tərfdaşlarla görüş ola bilər. Onlar sizə yeni layihəyə qatılmağı təklif edəcəklər. Peşəkar fəaliyyət sahəsində maraqlarınızı başqalarının istəyinə qurban verməyin.
Alış-veriş, investisiyalara, səyahət üçün münasib zamandır. Rəqabətə qatılın. Amma opponentlərə sərt təzyiq etməyin, yalan danışmayın.
Günün ikinci yarısında sevdiyiniz insanla münasibətləriniz incə və qayğıkeş olsun. Hisslərinizi yaxınlarınızla paylaşa bilərsiniz.
Yeni tanışlara çox inanmayın.
Əqrəb - aktiv olun. Manipulyasiyalara aldanmayın, işləri yaxşılaşdırmağa çalışın. Məqsədə çatmaq üçün qətiyyətli olun. Yaxşı tanımadığınız insanın dediklərini absolyut həqiqət saymayın.
Günün ikinci yarısında yeni təcrübə və əlavə gəlir mənbəyi istisna deyil. Kompromis qərarlar qəbul edəndə inadkarlıq etməyin. Mövqelərə yenidən baxmaq olar.
Sevdiyiniz insanı daha yaxşı tanımaq üçün əlverişli zamandır.
Axşam saatlarında gəzintiyə çıxmağı unutmayın.
Oxatan - əhvalınızda dəyişikliklər olacaq. Ani hisslərin qurbanına dönməyin. Emosiyaların təsiri altında qərar verməyin. Gündəlik işlərlə məşğul olun. Ciddi hesablamalar tələb edən məqamı ertələyin.
Günün ikinci yarısında yaxşı ideyalar olacaq. Onları unutmayın. Uzunmüddətli səyahətə çıxmayın.
Şəxsi münasibətlərdə çoxdankı inciklik, qarşılıqlı iradlar gündəmə gələ bilər. Hisslərə qapılaraq düşünülməmiş addım atmayın.
Axşam saatlarında bir qədər idmanla məşğul olun.
Oğlaq - başqalarının üstün cəhətlərini və yaxşı məziyyətlərini dəyərləndirməyə çalışın. Yeni dost, tərəfdaş qazanacaqsınız. Yumor hissiniz olsun, ən çətin situasiyalarda təmkininizi itirməyin. Bilik və bacarıqlarınızı artırın.
Günün ikinci yarısında humanitar biliklərinizi artırın. Ailə üzvləri qayğı tələb edirlər. Yaxınlarınızla mübahisə etməyin. Ən xırda məsələlərə görə qıcıqlanmayın, aqressiv olmayın. Ötən münasibətlərin xatirələri sizi duyğulandırıb kövrəltməsin.
Dolça - yaxın ətrafınızdakı insanlar xidmətlərinizi və fərdi xüsusiyyətlərinizi yetərincə dəyərləndirəcəklər. Bütün çətinlikləri dəf etmək olar. Etibar etdiyiniz insanlar sizə problemlərin həllində yardım edəcəklər.
Günün ikinci yarısında ünsiyyətdə quru rəsmiyyətçiliyə yol verməyin. Alış-veriş, sərmayə yatırmaq, maliyyə əməliyyatları üçün uğurlu zamandır.
Pozitiv olsanız, ailə münasibətlərində irəliləyişlərə nail ola bilərsiniz. Əlaqələri inkişaf etdirmək, mövqeləri səbatlı etmək mümkündür. Subaysınızsa, romantik hisslərinizi gizləməyin.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Balıqlar - məqsədlərə doğru tələsik irəliləyiş başqalarının maraqlarına ciddi zərbə vura bilər. Tərəfdaşlar fikir və hərəkətlərinizi anlamırlar. Üzr istəmək, bəraət aramaq məcburiyyətində qalmayın. Əsas məsələ maraqlarınızla həmkarlar və ya tərəfdaşların mənafeləri arasındakı həddi aşmamaqdır.
Günün ikinci yarısında maliyyə fonu pis deyil.
Axşam saatlarında ailə üzvləri və qohumlarla anlaşma xüsusi anlam kəsb edəcək. Azyaşlı qohumlarla qayğıkeş olun.
Gələcəkdə yaxın dostuna çevrilə biləcək insanla qarşılaşa bilərsiniz.
Milli.Az
Bugün, 09:26
"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Vikinq" 3 futbolçu ilə müqavilə bağlayıb
Bugün, 08:58
Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq
Dün, 18:05
Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Dün, 17:36
“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb
Dün, 13:29
Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq
Dün, 12:45
Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb
Dün, 12:18
İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib
Dün, 11:27
Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq
Dün, 11:04
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
Dün, 10:06
İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ
Dün, 09:43
Putin yenə Qarabağdan danışdı
1-09-2026, 18:03
Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq
1-09-2026, 17:22
Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb
1-09-2026, 16:40
İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib
1-09-2026, 15:52
"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb
1-09-2026, 15:15
Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir
1-09-2026, 14:45
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
1-09-2026, 14:21
Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək
1-09-2026, 12:57
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
1-09-2026, 12:24
Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib
1-09-2026, 11:46
Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir
1-09-2026, 11:08
Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib
1-09-2026, 10:34
Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB
1-09-2026, 10:15
İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir
1-09-2026, 09:50
Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb
1-09-2026, 09:10
Rusiya "Ukrayna Dəmir Yolları"nın Kiyevdəki anbarına zərbə endirib, yeddi nəfər həlak olub
31-08-2026, 18:54
Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH
