Ölkəyə avtomobil gətirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Dövlət Gömrük Komitəsi ötən gün bəzi kütləvi informasiya vasitələrində ölkəyə minik avtomobilləri gətirən şəxslərin gömrük rəsmiləşdirilməsi zamanı əlavə ödənişlərə məcbur edildiyi, eləcə də gömrük orqanlarını inhisarçılığı qorumaqda, rüşvət almaqda günahlandırmasıyla bağlı yayılan məqaləyə münasibət bildirib.
Anews.az bildirir ki, komitədən Publika.az-a bildirilib ki, inhisarçılığın nə olduğunu bilməyən yazı müəllifinin diqqətinə çatdırırıq ki, bu gün istənilən şəxs ölkəyə avtomobil gətirə bilər və burda heç bir məhdudiyyətdən söhbət gedə bilməz. O ki qaldı ölkəyə idxal edilən minik avtomobillərinin rəsmiləşdirilməsi zamanı ödənilən vergi və rüsumlara, Dövlət Gömrük Komitəsi bildirir ki, ödənilən vergi və rüsumlar Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Nazirlər Kabinetinin 500 saylı qərarı ilə tənzimlənir. Bu barədə mövcud qanunvericilik və nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi proseduru Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində aydın şəkildə izah edilib. Gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı səsləndirilən əsassız iddialara gəlincə, bir daha qeyd edək ki, Azərbaycan Respublikasının gömrük ərazisinə mal qismində gətirilən nəqliyyat vasitələrinin bəyannaməçi tərəfindən gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinə, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə), Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, "Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa, həmçinin Azərbaycan Respublikasının qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir.
Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır.
Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır.
Ölkə ərazisinə gətirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı anlaşılmazlıqların baş verməməsi məqsədilə həmin avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarına uyğun olmasını müəyyən etmək üçün ətraflı məlumatların (zavod buraxılış tarixi, markası, şassi nömrəsi, rəngi və s. ) qabaqcadan Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinə təqdim edilməsi tələb olunur və bu barədə Komitə ictimaiyyət üçün dəfələrlə açıqlamalar yayımlayıb.
Rüşvətlə bağlı iddialara gəlincə isə, hər hansı nöqsanın müəyyən edilməsi üçün konkret faktlar üzrə araşdırma aparmaqla həqiqəti ortaya çıxarmaq mümkündür. Lakin gömrük orqanlarını rüşvət və inhisarçılıqda günahlandıran həmin yazıda gömrük qanunvericiliyinin pozulmasına dair konkret hər hansı faktın yer almaması, beş il bundan öncə gömrük xidmətinə qarşı irəli sürülən haqsız iddianın təkrar gündəmə gətirilərək xüsusilə qabardılması yazının da konkret məqsədlər, yəni gömrük orqanları və onun rəhbərliyinin fəaliyyətinə kölgə salmaq niyyətilə yazıldığının və yayımlandığının sübutudur.
Dövlət Gömrük Komitəsinin və onun rəhbərliyinin açıqlamalarında dəfələrlə bəyan olunub ki, gömrük sistemində korrupsiyaya, rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparılır və istənilən şəxs bu barədə faktlara malik olduğu təqdirdə birbaşa hüquq-mühafizə orqanlarına da müraciət edə bilər. Üstəlik gömrük xidmətinin bu istiqamətdəki fəaliyyəti nəinki ölkə daxilində, beynəlxalq miqyasda da təqdirlə qarşılanır.
Sağlam tənqid cəmiyyətin inkişafını təmin edən əsas amillərdəndir və ölkəmizin gömrük orqanları da hər zaman sağlam tənqidi yüksək qiymətləndirərək öz işini vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində qurur.
Ancaq bəzi hallarda media qurumları və şəxslər tərəfindən tənqid öz kontekstindən çıxarılaraq təhqirlərə, sifarişli yazılara, Komitənin və onun rəhbərliyinə qarşı qaralama kampaniyasına çevrilir ki, bu da yolverilməzdir.
Dövlət Gömrük Komitəsi birdaha media qurumları və onun nümayəndələrinə gömrük orqanlarının fəaliyyəti ilə bağlı məlumatları yayımlayarkən konkret faktlara əsaslanmağı tövsiyyə edir.
Dün, 14:23
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
Dün, 12:18
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Dün, 11:10
Şəmkirdə körpə qızdırmadan ölüb
Dün, 08:47
Bakının iki rayonunda işıq olmayacaq
15-06-2026, 14:13
Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
15-06-2026, 12:57
Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik
15-06-2026, 12:16
Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib
15-06-2026, 10:37
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu
15-06-2026, 10:03
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
15-06-2026, 09:39
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
15-06-2026, 08:59
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
13-06-2026, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
13-06-2026, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
13-06-2026, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:27
Azərbaycan nefti ucuzlaşıb
13-06-2026, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”