Tbilisidə “Qafqaz bölgəsində regional enerji təhlükəsizliyi” mövzusunda simpozium keçirilib
Gündəm / İqtisadiyyat
Oxunub: 733
20 Nis 2019 | 14:29
Tbilisidə “Qafqaz bölgəsində regional enerji təhlükəsizliyi” mövzusunda simpozium keçirilib

Tbilisidə “Qafqaz bölgəsində regional enerji təhlükəsizliyi” mövzusunda simpozium keçirilib.

AZƏRTAC Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) istinadla xəbər verir ki, tədbir “Naval Postgraduate School’s Energy academic Group” və NATO-nun Enerji Təhlükəsizliyi Mərkəzinin maliyyə dəstəyi ilə nazirliyin Levan Mikeladze adına Diplomatik Təhsil və Araşdırma İnstitutunda təşkil edilib.

Simpoziumun əsas məqsədi regional enerji təhlükəsizliyinin, regional koordinasiya və əməkdaşlığın, eləcə də, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsidir.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava açılış mərasimində çıxış edərək ölkəsinin əsas energetika planları və enerji təhlükəsizliyindəki rolu barədə danışıb.

Simpoziumda iştirak edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov ölkəmizin regional və Avropanın enerji təhlükəsizliyindəki rolu, Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə regionda həyata keçirilən qlobal əhəmiyyətli layihələr barədə məlumat verib.

Tədbirdə Türkiyənin Gürcüstandakı səfiri Ftama Ceren Yazqan, ABŞ-ın Gürcüstandakı səfiri səlahiyyətlərini icra edən Ross Uilson, digər diplomatlar və energetika sahəsi üzrə mütəxəssislər iştirak ediblər.

İştirakçılar toplantı çərçivəsində NATO-nun enerji təhlükəsizliyindəki rolu, kibertəhlükəsizlik, böyük əhəmiyyət kəsb edən enerji infrastrukturunun mühafizəsi, geosiyasət və energetika, enerji infrastrukturunun xüsusilə vacib sahələrinin müdafiəsi və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.Tbilisidə “Qafqaz bölgəsində regional enerji təhlükəsizliyi” mövzusunda simpozium keçirilib
Bugün, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
Bugün, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
Bugün, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
Bugün, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
Bugün, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
Bugün, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
Bugün, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
Bugün, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
Bugün, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
Bugün, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
Bugün, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
Bugün, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
Dün, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
Dün, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
Dün, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
Dün, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
Dün, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
Dün, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
Dün, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
Dün, 10:17
Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Dün, 10:05
Lamiyə Əliqızı: 18 İyun – Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü
Dün, 09:14
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir
Dün, 08:49
ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib
17-06-2026, 19:46
Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq olub
17-06-2026, 19:06
Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb
17-06-2026, 11:11
I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır
17-06-2026, 10:52
Azərbaycan XİN İslandiyanı təbrik edib