Azərbaycanın Yeni Nəsil İqtisadiyyatı Strategiyası hazırlanır

Azərbaycanın beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat-logistika və kommunikasiya qovşağına, regionun ən böyük və dinamik iqtisadi məkanına, 4-cü sənaye inqilabı və strateji investorların maraq mərkəzinə çevrilməsi, onun qlobal dəyər zəncirinə inteqrasiyası və innovasiya əsaslı inkişaf mərhələsinə keçidi üçün möhkəm təməllər yaranıb.
Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Yeni nəsil iqtisadiyyatda Süni intellekt: çağırışlar və imkanlar” tədbirində çıxışı zamanı bildirib.
"Artıq Azərbaycanın Yeni Nəsil İqtisadiyyatı Strategiyasının hazırlanmasına başlanılıb. 2030-cu ilədək dövlət, özəl və vətəndaş cəmiyyətini əhatə etməklə iqtisadiyyata töhfə verəcək 9 əsas layihə və bu layihələr çərçivəsində 69 fəaliyyət istiqaməti üzrə Azərbaycanda iqtisadi artımı dəstəkləmək, sektorların rəqabət qabiliyyətini artırmaq, vətəndaşların xidmətlərə çıxışını asanlaşdırmaq və dövlət xidmətlərinin fəaliyyətinin təkmilləşdirilməsini təşviq etmək üçün rəqəmsal texnologiyadan geniş istifadə olunmasını təmin etmək nazirliyimiz qarşısında duran ən mühüm vəzifələrdən biridir. İqtisadiyyat Nazirliyi innovasiyaları, inklüzivliyi əhatə edən, onları Azərbaycan iqtisadiyyatının və cəmiyyətinin bütün aspektlərinə səmərəli şəkildə inteqrasiya edən iqtisadi artım üçün istiqamətləndirici baxışın həyata keçirilməsinə çalışır. Bu Strategiyanın reallaşdırılması yeni dövrdə Azərbaycanda biznes transformasiyasının gücləndirilməsindən tutmuş potensialın artırılmasına, 4Sİ texnologiyalarının geniş tətbiqini nəzərdə tutan model tipli müəssisənin və yeni nəsil texnoloji mərkəzin qurulmasına, Rəqəmsal əkizlərin yaradılmasına və “Lokal Generative Süni İntellekt” təşəbbüsünün həyata keçirilməsinə, sahibkarlığın təşviq edilməsinə və əlverişli infrastrukturun dəstəklənməsinə qədər bütün sahələrdə inkişafa zəmin yaradacaq. “Lokal generativ süni intellekt” təşəbbüsü Azərbaycan dilini mükəmməl bilən və Azərbaycana məxsus məzmun yerləşdirilən generativ Sİ platformalarının hazırlanmasını stimullaşdırmaq məqsədi daşıyır. Təşəbbüsün məqsədi Azərbaycanın mədəni zənginliyini qorumaqla ölkədə süni intellektin tətbiqi imkanlarını artırmaq, iqtisadi artımı təşviq etmək, yeni texnologiyaya əsaslanan iş yerlərinin və sənayelərin yaradılmasını stimullaşdırmaqdır", - deyə nazir müavini qeyd edib.
Sahib Ələkbərovun sözlərinə görə, gələcəkdə Süni İntellekt texnologiyalarının geniş tətbiqi bu sahəyə diqqətin artırılmasını tələb edir, yeni təfəkkürə malik mütəxəssislərin yetişdirilməsi və etik standartların müəyyənləşdirilməsini zəruri edir: "Texnologiyanın sürətli inkişafı və qabaqcıl GPT modellərinin yaranması satınalmalar üçün standartların yaradılmasına böyük ehtiyac doğurur. Bu sahədə yeni qaydaların və prosedurların hazırlanması da çox vacibdir. Müəssisələr daxilində Satınalma prosesini daha səmərəli təşkil etmək üçün rəhbər heyət təşkilatın Süni İntellekt strategiyasının vahid planını müəyyənləşdirməlidir. Statistika göstərir ki, Süni intellekt bazarı 2022-ci ildə 136 milyard dollar dəyərində qiymətləndirilib və 2023-cü ildən 2030-cu ilə qədər bu bazarın illik 37,3% nisbətində böyüyəcəyi gözlənilir.
Dünya İqtisadi Forumu tərəfindən Süni intellekt əsaslı həllərin satınalmaları zamanı istifadəsi tövsiyə olunan Təlimatlar ekosistemin formalaşdırılması istiqamətində önəmli addımlardan biri kimi qiymətləndirilə bilər və onlar süni intellekt həllərini satın almaq istəyən qurumlara faydalı çərçivə təmin edə, əlavə olaraq növbəti mərhələlərdə sözügedən proseslərdə standartların formalaşdırılmasına və bu sahədə tənzimləyici nəzarəti həyata keçirən dövlət qurumlarının fəaliyyətinə də önəmli töhfə verə bilər.
İstər dövlət qurumlarının, istərsə də özəl müəssisə və təşkilatların fəaliyyətlərində səmərəliliyin təmin edilməsi və ya artırılması üçün süni intellekt, əşyaların interneti, blokçeyn, avtonom robotlar və s. kimi 4Sİ texnologiyaları əsaslı həllər tələb olunur. Bu kimi həllərin təchizatı, satınalınması, istifadəsi və yayılması isə müvafiq ekosistemin formalaşdırılmasını tələb edir ki, fiziki və virtual infrastruktur, o cümlədən qanunvericlik, standartlar və etik çərçivələr bu ekosistemin komponentləridir".
Bugün, 18:14
Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar
Bugün, 17:25
Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib
Bugün, 16:52
“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb
Bugün, 16:17
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub
Bugün, 15:33
Bakı İqlim Həftəsində gənclərin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə olunub
Bugün, 14:55
Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib
Bugün, 14:35
Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI
Bugün, 13:11
Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq
Bugün, 12:45
Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb
Bugün, 12:18
İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib
Bugün, 12:00
Sumqayıtda evdə 21 yaşlı qızın meyiti tapılıb
Bugün, 11:17
Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb
Bugün, 10:26
Küləkli havada 4 nəfər xəsarət alıb
Bugün, 10:04
Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir
Bugün, 09:19
Hacıqabulda avtomobil aşıb, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb
Bugün, 08:53
Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq
Dün, 18:16
İsveç 10 ədəd HIMARS reaktiv sistemi alacaq
Dün, 17:40
Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib
Dün, 16:51
Kanaldan meyit tapıldı
Dün, 16:06
“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub
Dün, 15:36
Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub
Dün, 15:09
Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib
Dün, 14:47
Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib
Dün, 14:33
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
Dün, 13:52
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
Dün, 13:29
Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ
Dün, 12:53
Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək