Prezident taleyi müəyyən olunmuş itkin şəhidlərimizin ailələrinə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
"Hörmətli konfrans iştirakçıları!
Sizi silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər mövzusuna həsr edilmiş beynəlxalq konfransda salamlayıram.
İtkin düşmüş şəxslər məsələsi Azərbaycanın üzləşdiyi ən ağır problemlərdən biridir və konfransın mövzusu ölkəmiz üçün xüsusi aktuallıq kəsb edir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 3890 vətəndaşımız itkin düşmüşdür. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin əsir-girov götürülməsi və ya vaxtilə işğal altında olmuş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar mövcuddur.
Etibarlı məlumatlara əsasən, itkin düşmüş şəxslər Ermənistan tərəfindən işgəncələrə məruz qalmış, qətlə yetirilmiş və Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində kütləvi məzarlıqlarda basdırılmışdır.
İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi daim Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. 1993-cü ildə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılmış və bu illər ərzində səmərəli fəaliyyət göstərmişdir.
2020-ci ildə Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün yeni imkanlar açdı. Lakin Ermənistan tərəfindən ərazilərimizin minalarla və partlamamış hərbi sursatlarla çirkləndirilməsi kütləvi məzarlıq yerlərinin müəyyən olunması, ekshumasiya işlərinin aparılması prosesinə ciddi maneələr yaradır.
Vətən müharibəsindən dərhal sonra Dövlət Komissiyasının imkanlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmış, işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılmasına başlanılmışdır. Son iki ildə işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntılar nəticəsində 10 kütləvi məzarlıq aşkar edilmişdir. Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində itkin düşmüş 15 nəfərin eyniləşdirilməsi mümkün olmuş və bu barədə ictimaiyyətə məlumat verilmişdir. Bu gün daha 10 nəfərlə bağlı əlavə məlumat təqdim ediləcək.
Mən taleyi müəyyən olunmuş itkin şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirəm. 30 il əvvəl itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması ciddi ictimai hadisə olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir. Mən itkin ailələrini əmin edirəm ki, Vətən uğrunda döyüşlərdə itkin düşmüş bütün şəxslərin taleyinin aydınlaşdırılması üçün səylərimizi əsirgəməyəcəyik.
İtkin düşmüş şəxslər məsələsi post-münaqişə dövründə bütün aidiyyəti görüşlərdə, Ermənistanla aparılan danışıqlarda, xüsusilə Brüssel və Vaşinqton platformalarında tərəfimizdən xüsusi qabardılır. Təəssüf ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları Azərbaycan tərəfinə təqdim etmir. Bunun səbəbləri aydındır. Ermənistan hesab edir ki, bununla törətdiyi növbəti hərbi cinayətlərin, vəhşiliklərin üstü açılacaq. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyinə və kütləvi məzarlıqlara dair məlumatların Azərbaycan tərəfinə təqdim edilməsi məqsədilə Ermənistana təzyiq göstərməlidir. Bu sırf humanitar məsələdir və onun siyasiləşdirilməsi yolverilməzdir.
İtkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, barışıq baxımından da vacibdir. Bu sahədə əməkdaşlıq effektiv etimad quruculuğu tədbirlərindən biri ola bilər.
Silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsi qlobal problemdir. Azərbaycan bu məsələyə beynəlxalq müstəvidə diqqətin artırılması istiqamətində ciddi addımlar atmışdır. Ölkəmiz iki ildən bir BMT Baş Assambleyasında itkin düşmüş şəxslər mövzusunda qətnamə irəli sürür. Hesab edirik ki, BMT sistemində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyac var.
Əminəm ki, konfrans beynəlxalq ictimaiyyətin diqqətinin itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması kimi ağrılı məsələyə cəlb olunmasına öz töhfəsini verəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm".
Bugün, 19:05
Azərbaycana virusa qarşı yeni peyvənd gətiriləcək
Bugün, 18:32
Azərbaycan və Özbəkistan HHQ nümayəndələri arasında görüş keçirilib
Bugün, 17:57
"Heydər Əliyev və Azərbaycan Ədliyyəsi" kitabının təqdimatı olub
Bugün, 17:25
Rusiya Britaniyanın keçmiş müdafiə naziri Ben Uollesi axtarışa verib
Bugün, 12:17
Slovakiya Milli Şurasının sədri Zəfər parkını ziyarət edib
Bugün, 10:33
Türkiyə XİN: Ermənistanla ticarət əlaqələrinin başlanması üçün hazırlıqlar başa çatıb
Dün, 18:14
Rusiya yeni "Sarmat" raketini uğurla sınaqdan keçirib
Dün, 17:43
Şagirdlər üçün çox vacib sənəd hazırlandı
Dün, 17:10
İran təsir zonasını 10 dəfə artırıb
Dün, 16:39
Bakıda WUF13 çərcivəsində gün ərzində 300-dək tədbirin keçirilməsi planlaşdırılır
Dün, 16:25
Bakıda WUF13 ilə bağlı keçiriləcək tədbirlərdə 8 dil üzrə sinxron tərcümə təmin ediləcək
Dün, 15:30
SEPAH-la əlaqəli 4 nəfər dəniz yolu ilə Küveytə girməyə cəhd edib
Dün, 11:49
DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər
Dün, 11:06
İranda Bəluc qruplaşması ilə əlaqəli şəxs edam edilib
Dün, 10:33
Anar Əliyev Xankəndidə vətəndaşları qəbul edəcək
Dün, 10:01
Biləcəridə işıq olmayacaq
Dün, 09:28
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsi bu gün başlayır
Dün, 08:48
Sabirabadda zəncirvari yol qəzasında 7 nəfər xəsarət alıb
11-05-2026, 17:26
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
11-05-2026, 16:25
Gürcüstanın yeni patriarxı seçilib
11-05-2026, 13:29
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
11-05-2026, 12:12
Tərtərdə iki yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb
11-05-2026, 10:33
İranda ABŞ və İsrailə casusluqda ittiham olunan şəxs edam edilib
10-05-2026, 11:00
“AP-ni sərt tənqid edən Azərbaycandan suveren xarici siyasət nümunəsinin şahidi oldum”
10-05-2026, 10:30
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq
10-05-2026, 10:00
Premyer Liqa: XXXI turun son oyun günündə "Turan Tovuz" və "Neftçi" komandaları meydana çıxacaq
10-05-2026, 09:11
İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı