“Bakı Metropoliteni”ndə yeni ödəniş üsulunun tətbiqinə başlanılır
Gündəm / Cəmiyyət
Oxunub: 0
6 Eyl 2023 | 09:20
“Bakı Metropoliteni”ndə yeni ödəniş üsulunun tətbiqinə başlanılır

“Bakı Metropoliteni” QSC-də pilot layihə kimi ilk dəfə yeni ödəniş üsulunun tətbiqinə başlanılır.

“Bənövşəyi xətt”in “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” plastik kartından savayı, “BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.

Bu məqsədlə “BakıKart” ödəmə sistemini həyata keçirən “K Group” MMC stansiyaların avtomat buraxılış-nəzarət məntəqələrindəki qurğularda (turniketlərdə) texniki işləri yerinə yetirib, proqram təminatını həyata keçirən sistemlər quraşdırıb, test rejimində sınaqlar aparıb. Şirkət ötən müddətdə Bakı metropoliteninin stansiyalarındakı müvafiq avadanlıqlarda yeni sistemlərin quraşdırılması üçün mühüm olan texniki məsələləri öyrənib.

Yeni üsul kartsız, həmçinin elektron cihazlar üzərindən ödəmə imkanlarını genişləndirməyə, sərnişinlərə xidmət mədəniyyətinin keyfiyyətini yüksəltməyə kömək edir.

Bu üsulla ödəməni həyata keçirmək üçün aşağıda qeyd edilən addımları atmaq lazımdır:

1. “BakıKart” mobil tətbiqini “Google Play” və yaxud “App Store” tətbiqlərindən yükləmək;

2. Mobil tətbiqdə qeydiyyatdan keçmək (mobil nömrədən istifadə edilir və şifrə yaradılır);

3. Pul kisəsində balansı ən azı 1 manat artırmaq;

4. QR bilet (yaxud biletlər) yaratmaq (bilet yalnız 5 dəqiqə etibarlıdır);

5. Turniketlərdə QR bileti ödəmə displeyinə yaxınlaşdırmaq və keçmək.

Tətbiq “BakıKart” plastik kartını almağa sərf olunan 2 manata qənaət etməyə imkan verir. Daim əl altında plastik kart saxlamağa ehtiyac qalmır. Sadəcə, QR bileti yaratmaq üçün mobil telefonunuzun internetə çıxışının olması yetərlidir.

QR bilet vaxta qənaətdir. Sərnişin plastik karta gediş haqqını yükləmə terminalına yaxınlaşmadan, elə hərəkətdə ikən mobil cihazında QR bilet yaradaraq turniketlərə yaxınlaşa bilər.
Bundan savayı, mobil tətbiqdən istifadə edərkən ödəniş tarixçələrini izləmək imkanı da əldə edilir. Bu isə sərnişinə ictimai nəqliyyatdan istifadə edərkən aylıq büdcəsini elektron qaydada daha rahat izləməyə kömək edəcək.

QR bilet istifadəçiləri bir neçə məqamı diqqətdə saxlamalıdırlar:

1. QR bilet yalnız bir gediş üçün etibarlıdır;

2. QR bilet 5 dəqiqə ərzində etibarlıdır;

3. QR bilet üçün “pul kisəsi”ndə 1 manat bloklanır;

4. Gediş haqqı bloklanan məbləğdən çıxılır və qalıq məbləğ “pul kisəsi”nə qaytarılır;

5. QR biletdən 5 dəqiqə ərzində istifadə edilməzsə, bloklanan məbləğ 72 saat ərzində “pul kisəsi”nə qaytarılır.

Mobil tətbiq istifadəçiləri texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

“K Group” MMC-nin pilot layihəsinin davamı kimi, ödənişin yeni üsulu növbəti mərhələdə “bənövşəyi xətt”in “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında tətbiq edəcək. Həmçinin, QR biletlə ödəniş imkanlarının mərhələli şəkildə yaşıl və qırmızı xətlərin stansiyalarında tətbiqi üzərində texniki işlərə başlanılıb.

Qeyd edək ki, Bakı metropolitenində gediş haqqının ödənilməsi 2015-ci ilin avqust ayından “BakıKart” plastik kartları vasitəsilə həyata keçirilir.
Bugün, 16:03
Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub
Bugün, 15:32
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb
Bugün, 15:14
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Bugün, 13:03
Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır
Bugün, 12:26
BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır
Bugün, 11:56
Tramp iki günlük səfərindən sonra Çini tərk edib
Bugün, 11:19
İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib
Bugün, 10:35
Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək
Bugün, 09:52
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
Bugün, 09:23
Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək
Bugün, 08:49
Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq
Dün, 18:22
Bakıda WUF13-lə bağlı xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
Dün, 17:38
Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır
Dün, 17:11
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Dün, 16:35
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Dün, 16:05
Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir - İCMAL
Dün, 13:05
Sabah 30 dərəcə isti olacaq
Dün, 12:29
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
Dün, 11:53
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib
Dün, 10:45
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Dün, 10:04
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi
Dün, 09:26
Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Dün, 08:56
Tramp: ABŞ Çinlə ticarəti qarşılıqlı prinsip əsasında qurmaq niyyətindədir
13-05-2026, 19:05
Azərbaycana virusa qarşı yeni peyvənd gətiriləcək
13-05-2026, 18:32
Azərbaycan və Özbəkistan HHQ nümayəndələri arasında görüş keçirilib
13-05-2026, 17:57
"Heydər Əliyev və Azərbaycan Ədliyyəsi" kitabının təqdimatı olub
13-05-2026, 17:25
Rusiya Britaniyanın keçmiş müdafiə naziri Ben Uollesi axtarışa verib