Günün qoroskopu: Səbrli, təmkinli olun

Qoç - günün ilk yarısı çətin və qarışıq zamandır. Yaxın ətrafınızdakı insanların sizə ehtiyacı var. Bütün diqqəti öz işlərinizə ayırmağa çalışsanız da, buna nail olmayacaqsınız. Maliyyə problemləri yarana bilər. Ailə üzvləri və sevdiyiniz insanların sizə ehtiyacı var. Onların dediklərini qulaqardına vurmayın.
Günün ikinci yarısında yaxınlarınıza yardım edin. Amma bədxərcliyə yol verməyin. Bu və ya digər xərcin, məsrəfin zərurəti barədə düşünün.
Yeni tanışlarla ünsiyyət zamanı ehtiyatlı olun. Həddən artıq inanmayın. Belədə yalnız öz merkantil maraqlarının təimnatına çalışan insan sizdən yararlanmağa çalışacaq.
Buğa - köklü, ciddi dəyişikliklər vəd etməyən gündür. Önəmli məsələlərin həllini qısamüddətli də olsa, ertələyin. Yaşam potensialının səviyyəsi bir qədər aşağıdır. Səhər saatlarından etibarın özünüzü yorğun hiss etməmək üçün aktiv olun.
Günün ikinci yarısında fiziki işi təxirə salın. Fəqət passivləşməyin. Süstlük əhvalınızı korlaya bilər. Yorucu olmayan, maraqlı məşğuliyyət tapın. Həmin işin yerinə yetirilməsinə dostlar və tanışları da cəlb etmək olar.
Axşam saatlarında qohumlarla ünsiyyətdə fayda var.
Əkizlər - kommersiya fəaliyyəti ilə məşğul olursunuzsa, uğurlu gündür. Anlaşmalar və sövdələşmələr pis alınmayacaq. Yeni layihə və ya işlə bağlı məsələləri təhlil, müzakirə etmək, problemlər həll etmək olar.
Gəlirlər istisna deyil.
Planlaşdırılmamış məbləğ əldə olunacaq.
Günün ikinci yarısında yaşam potensialınızın səviyyəsi yüksəkdir. Əhvalınız pis olmayacaq. Axşam saatlarında aktiv istirahəti seçin. Dostlarla təmaslar yeni ideyalar, enerji verir.
Xərçəng - günün ilk yarısı uğurlu alınacaq. Əhvalınız o qədər də yaxşı olmaya bilər, amma bədbinləşməyin. Yaranmış problemlərin çözülməsində aktiv olun. Çox düşünməyin, çətinlikləri sürətlə həll etməyə can atın.
Yaranmış situasiyadan çıxış yolunu tapmaq üçün gərəkli informasiyanı əldə edin.
Pozitiv olun.
Günün ikinci yarısında yaxınlarınız və ailə üzvlərinizlə münaqişə etməyin. Qarşıdurma varsa, barışmağa çalışın. Romantik təmaslarda təşəbbüskar olun. Sevdiyiniz insanı təəccübləndirin. Darıxmayın.
Şir - mürəkkəb və yorucu işlərlə məşğul olmayın. Mühüm məsələlərin həlli, uzunmüddətli planların reallaşdırılması üçün əlverişli zaman deyil. Yaxın gələcəklə bağlı dəqiq planlar tərtib edin. Əvvəlcədən nəzərdə tutulmuş fəaliyyət planlarına riayət etmək asan deyil.
Günün ikinci yarısında qarşınıza çətin, əldə edilməsi mümkünsüz hədəflər qoymayın. Özünüzə inanmasanız, bədbinliyə qapılsanız, məqsədə çata bilməyəcəksiniz.
Axşam saatları alış-veriş üçün əlverişlidir. Kiçik, amma mühüm gəlirlər olacaq. Şəxsi münasibətlərdə köklü dəyişikliklər ehtimalı azdır. Ciddi problemlər də yaranmayacaq.
Qız - təxəyyülünüzün qurbanı olmayın, situasiyanı real dəyərləndirin. Arzularla illüziyalar əleyhinizə olacaq. Yazılmamış qanunları, ənənələri pozmayın. Başqalarının təcrübəsini nə qədər dəqiq qiymətləndirib effektiv bəhrələnsəniz, səhv etmək şanslarınız o qədər az olacaq.
Günün ikinci yarısında xoş sürprizlər istisna deyil. Xoş təklif, maraqlı xəbər və ya dəvət ala bilərsiniz.
Bəzi ideyalarınızın həyata keçirilməsi yaşamınızda müsbət dəyişikliklərin əsasını qoyacaq. Qətiyyətli, iradəli olun. Mövqelərinizdən geri çəkilməyin.
Tərəzi - günün ilk yarısında ünsiyyətlərinizdə sərvaxt və diqqətli olun. Yaxşı tanımadığınız insanlar problemlər yarada bilər. Bədxahlarla rəqibləri diqqətlə müşahidə edin.
Aillə üzvləri ilə təmaslarda sərinlik yaratmayın. Sevdiyiniz insanla münaqişə ola bilər.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların hissləri və niyyətlərini anlamağa çalışın. Onlar sizdən qayğıkeş davranış gözləyirlər.
Axşam saatları pis keçməyəcək. İntuisiyanız yaxşıdır. Uzun çək-çevir olmadan doğru qərarlar verin.
Əqrəb - əvvəllər başlanmış işlərin başa çatdırılması üçün günün ilk yarısı əlverişlidir. Genişmiqyaslı və önəmli layihəni bitirin. İşlərin sonucu gözləntilərinizə uyğun olmaya bilər. Hadisələrin məcrası və olayların inkişaf istiqaməti bədbinlik üçün heç bir səbəb olmadığını göstərir.
Günün ikinci yarısında yeni ideyalar və maraqlar yarana bilər. Yeni, gərəkli işə başlamaq, fərqli təcrübə əldə etmək üçün pis zaman deyil. Axşam saatlarını sakit, rəvan keçirin. Yeni tanışınızla ünsiyyətdə diqqətli, sayıq olun.
Təkliflərə aldanmayın.
Oxatan - günün ilk yarısında çətin qərar verməli olacaqsınız. Durum çətindir. Amma hər şeyin çox pis olduğunu düşünməyin. Az sonra anlayacaqsınız ki, gərginlik və bədbinlik üçün heç bir əsas yoxdur. Hadisələrin istənilən inkişaf istiqamətində vəziyyət pis olmayacaq.
Günün ikinci yarısında kiçik maliyyə itkiləri, uğursuz alış-veriş istisna deyil. Bahalı əşyalar almayın, bədxərclik etməyin. Məsrəflər üçün əlverişli zamanı deyil.
Fiziki işlə məşğul olmayın. Yorucu işi ertələyin. Yaşam potensialının səviyyəsi aşağı düşəcək. Xroniki ağrıların kəskinləşməsi istisna deyil.
Axşam saatlarında normal istirahət edin.
Oğlaq - geniş, böyük planlar qurmayın. Səfər və səyahət üçün əlverişli zaman deyil. Problemlər, çətinliklər, işlərin alt-üst olması ehtimalı var. Yaxın ətrafınızdakı insanların dediklərini absolyut həqiqət sayaraq hərəkət etməyin. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün vaxti və qüvvələrinizi əsirgəməyin. Maraqsız işlərlə məşğul olmayın.
Günün ikinci yarısında yaxınlarınızla fikir ayrılıqları, ailə üzvlərindən biri ilə ixtilaf ola bilər. Yaxın ətrafınızdakı insanlar iradlarınızı kəskin və sərt, məsləhətlərinizi isə yersiz sayırlar.
Önəmli məsələlərin müzakirəsi üçün əlverişli zaman deyil.
Dolça - hətta ən mühüm qərarların asanlıqla qəbul ediləcəyi, ən çətin problemlərin çözüləcəyi zamandır. Nəyi nə zaman söyləməyi, hansı addım atmağın gərəkdiyini bilin. İndiyədək dil tapa bilmədiyiniz insanın könlünü almağı bacarın.
Şəxsi münasibətlərdə köklü dəyişikliklər zamanı deyil. Münaqişə və ixtilaflara yol verməməyə çalışın.
Səbrli, təmkinli olun.
Günün ikinci yarısı pis zaman deyil. Romantik təmaslarda irəliləyişlər olacaq.
Axşam saatları pozitiv emosiyalar vəd edir.
Balıqlar - asan olmayan gündür. Köhnə problemlər gündəmə gələcək. Həll olunmuş saydığınız xoşagəlməz məsələlər çözümünü tələb edir.
Yaxınlarınızla mübahisələr istisna deyil. Mövqelərinizi müdafiə etmək, eyni zamanda sakit və təmkinli davranmaq çətindir.
Konstruktiv müzakirəni qarşılıqlı suçlamalara və irad mübadiləsinə çevirməyin.
Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Səhhətinizdəki ən kiçik problem əhvalınızı korlayar, planlarınızı pozar. Gəlirlərdə gecikmə var. Lakin ciddi maliyyə problemləri yaşanmayacaq.
Milli.Az
Bugün, 18:45
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
Bugün, 17:49
Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır
Bugün, 17:17
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Bugün, 16:48
Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib
Bugün, 16:03
Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub
Bugün, 15:32
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb
Bugün, 15:14
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Bugün, 13:03
Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır
Bugün, 12:26
BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır
Bugün, 11:56
Tramp iki günlük səfərindən sonra Çini tərk edib
Bugün, 11:19
İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib
Bugün, 10:35
Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək
Bugün, 09:52
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
Bugün, 09:23
Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək
Bugün, 08:49
Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq
Dün, 18:22
Bakıda WUF13-lə bağlı xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
Dün, 17:38
Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır
Dün, 17:11
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Dün, 16:35
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Dün, 16:05
Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir - İCMAL
Dün, 13:05
Sabah 30 dərəcə isti olacaq
Dün, 12:29
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
Dün, 11:53
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib
Dün, 10:45
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Dün, 10:04
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi
Dün, 09:26
Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Dün, 08:56
Tramp: ABŞ Çinlə ticarəti qarşılıqlı prinsip əsasında qurmaq niyyətindədir