Həbs olunan Ramin İsayevin şantaj əməlləri...De-Fakto
Bu yaxınlarda həbs olunan Ramin İsayevin şantaj əməlləri barədə
Yenixeber.org: Hazırda həbsdə olan, özünü “bacarıqlı iş adamı” kimi qələmə verən Ramin İsayev əslində problemli bir insan kimi tanınır. Haqqında yayılan məlumatlar da göstərir ki, onun əvvəllər də iş yerlərində problemləri olub. Məsələn, Ramin İsayevin əvvəllər çalışdığı iş yerlərindən biri KCA Deutag şirkəti olub. O, bu şirkətdə region üzrə biznesin inkişafı meneceri vəzifəsini icra edib. Lakin bu vəzifədə ona həvalə edilən tapşırıqları da yerinə yetirə bilməyib. Nəticədə KCA Deutag rəhbərliyi onunla əmək müqaviləsini uzatmamaq qərarına gəlib. Bunu bilən Ramin İsayev KCA Deutag rəhbərliyini təhdid etməyə və hədə qorxu gəlməyə başlayıb. O, Böyük Britaniya və ABŞ səfirlərinə müxtəlif məktublar göndərib və KCA Deutag şirkətinin Azərbaycandakı rəhbərliyini şərləməyə çalışıb. Hətta şirkətin Azərbaycandakı rəhbərini fiziki güc tətbiq edəcəyi ilə də hədələyib. Sonuncu bu barədə Böyük Britaniya səfirliyinin təhlükəsizlik menecerinə müraciət etmək məcburiyyətində qalıb.
Nəticədə KCA Deutag rəhbərliyi vəkil vasitəsi ilə Ramin İsayevə bildirib ki, onun əmək müqaviləsinin müddəti bitənə qədər işə gəlməsinə ehtiyac yoxdur və müqavilənin müddəti bitdikdən sonra onun əmək müqaviləsinə rəsmi xitam veriləcək.
Bütün bu faktlar Ramin İsayevin necə problemli insan olduğunu bir daha əyani şəkildə ortaya qoyur.
Xatırladaq ki, Ramin İsayev bir müddət öncə həbs olunub. Onun barəsində Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə cinayət işi başlanılıb. Ramin İsayev 16 milyon manat mənimsəmədə ittiham edilir.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ramin İsayevin əsas ittihamı vaxtilə “Baghlan Group” xətti ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən götürülən kreditin mənimsənilməsi ilə əlaqədardır.(xalq.az)
Bugün, 18:45
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
Bugün, 17:49
Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır
Bugün, 17:17
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Bugün, 16:48
Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib
Bugün, 16:03
Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub
Bugün, 15:32
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb
Bugün, 15:14
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Bugün, 13:03
Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır
Bugün, 12:26
BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır
Bugün, 11:56
Tramp iki günlük səfərindən sonra Çini tərk edib
Bugün, 11:19
İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib
Bugün, 10:35
Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək
Bugün, 09:52
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
Bugün, 09:23
Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək
Bugün, 08:49
Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq
Dün, 18:22
Bakıda WUF13-lə bağlı xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
Dün, 17:38
Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır
Dün, 17:11
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Dün, 16:35
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Dün, 16:05
Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir - İCMAL
Dün, 13:05
Sabah 30 dərəcə isti olacaq
Dün, 12:29
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
Dün, 11:53
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib
Dün, 10:45
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Dün, 10:04
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi
Dün, 09:26
Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Dün, 08:56
Tramp: ABŞ Çinlə ticarəti qarşılıqlı prinsip əsasında qurmaq niyyətindədir
