"Əliəhməd şirniyyat evi” milli mətbəximizin zənginləşməsində əvəzsiz rolu olan müəssisədir
Gündəm / Cəmiyyət
Oxunub: 123
31 Mrt 2025 | 13:18
"Əliəhməd şirniyyat evi” milli mətbəximizin zənginləşməsində əvəzsiz rolu olan müəssisədir

Tarixən xalqımız özünün igid, qeyrətli, işgüzarlığı sevən, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib və onların atdıqları addımları yaddaşlarda saxlayıb, hətta həmin övladların adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, tarixin hər bir dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə oğul və qızlarımız olub ki, onlar şanlı tariximizdə silinməz izlər də buraxıblar. Bu belə olub, yəqin ki, bundan sonra da belə olacaq. Çünki dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübut edən halların varlığıdır. Xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli, xalqının yolunda özünü sipər etməyi bacaran övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olublar. Əgər həmin övladlar böyük, nəcib işlər gördüklərinə görə sevilirlərsə, onların boya-başa çatdıqları torpağı təmsil edənlər isə, daha çox sevinir, daha çox qürur hissi keçirirlər.Çox vaxt belə bir hisslər ümumxalq xarakteri daşıyır və xalq öz sevimli övladları ilə fəxr edir. Əgər bu hisslər həqiqi əməllərə arxalanırsa, səmimiyyətə söykənirsə,o halda həmin hisslər uzunömürlü və yaddaqalan olur.

Ümumiyyətlə, tarixin bütün dönəmlərində öz mövqeyini qazanmış şəxslər çox olub. Onların böyük hissəsi mərkəzi ərazilərdə, bölgələrdə müəyyən imtiyaz və söz sahibi olsalar da, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca sevilməyiblər. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız və Şəki şəhərindəki “Əliəhməd şirniyyat evi”nin rəhbərlərindən biri olmuşmərhum Məmmədsaleh Qafarov da, əsl xalq məhəbbətini qazanan şəxslərdən biri idi. Çünki, bir müddət bundan öncə dünyasını dəyişən bu şəxs yaşadığı ömür yollarında elə bir addımlarını atır ki, onun atdığı addımlar hər kəs tərəfindən sevilirdi, rəğbət hissi ilə qarşılanırdı. Bu gün isə onun yoxluğu, məhz onu tanıyan hər kəsi sızıldatmaqdadırdır, narahat etməkdəddir. Məmmədsaleh Qafarov sağlığında ikən özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən şəxs olub ki, o, istənilən şəxsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlarını atmağı, sanki özü üçün əsas amal hesab edirdi. Bu şəxsi tanıyan, ona bağlı olan hər kəs onu da bilirdi ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən, milli koloriti özündə əks etdirən və spesfik sənət məhsulları istehsal edən sahəyə rəhbərlik edən Məmmədsaleh Qafarov, bölgənin ən nüfuzlu şəxslərindən biri idi. İş fəaliyyətində halallıq, dürüstlük, ədaləti qorumaq prinsipini uca tutan bu şəxsin əsas qayəsi, məhz milli kaloriti ilə fərqlənən Şəki mətbəxini, Azərbaycanın maddi mədəniyyətinin zənginləşməsində xüsusi rol oynamaq idi. Bəli, o, yorulmadan çalışdı, zəhmət çəkdi və o, böyük Allah-Təalanın bəxş etdiyi ömür yollarında silinməz izlər də buraxdı. Yəqin ki, illər keçəcək, zaman yeniləşəcək və milli kaloritinin zənginliyi ilə fərqlənən Şəki mətbəxi haqda söz-söhbət düşdükcə, o halda mərhum Məmmədsaleh Qafarovun adı hörmət-izzətlə çəkiləcək. Çünki, adı çəkilən bu şəxs əsl hörmət-izzətə malik bir şəxs idi. Bu şəxs xarakter etibarilə olduqca sadə təbiətli, mehribançılığı sevən bir insan idi. Hələ gənc yaşlarında ikən zəhmətə, halal yollarla çörək qazanmağa həvəs göstərən, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə əsl insani keyfiyyətləri özündə cəmləşdirən bu şəxsin erkən yaşında dünyasını dəyişməsi, hər kəs üçün gözlənilməz hal oldu.

“Əliəhməd şirniyyat evi” haqda lazımi məlumatları əldə edərkən, o da bəlli oldu ki, XX əsrin 50-ci illərində Şəki şəhəri, Mirzı Fətəli Axundov küçəsində Əliəhməd Əliəkbər oğlu Qafarov adlı şəxs “Şəki halvası” istehsal edən şirniyyat evi yaradır. İlk əvvəl kiçik olan bu müəssisədə Əliəhməd kişi və onun ailə üzvləri çalışırlar. Elə ki, illər keçir və adı çəkilən şəxsin övladları böyüyüb boya-başa çatır, o halda onlar atalarına köməklik göstərməyə başlayırlar. 2004-cü ildə Əliəhməd kişi dünyasını dəyişdikdən sonra, onun övladları atalarının şirniyyatla bağlı peşəsini davam etdirirlər. Bu gün də həmin şirniyyat evi fəaliyyətgöstərməkdədir. Əliəhməd kişinin övladlarından biri olan Məmmədsaleh Qafarov, dünyasını dəyişdiyi vaxta kimi həmin şirniyyat evinə rəhbərlik edən şəxslərdən biri olub. Zəngin kuxna mədəniyyəti ilə ad-san çıxaran bu müəssisədə şəki halvası, qırmabadam,peşvəng, tel halva, toy noğulu, barama şirni, düymə şirni, bamiyə, qoz və fındıq ləpəsindən hazırlanmış mindallar və s. kimi şirniyyat növləri istehsal olunur ki, bu da bölgənin adının daha çox məşhur olmasına səbəb olur. Bəli, hal-hazırda “Əliəhməd şirniyyat evi” adı ilə məşhur olan bu müəssisəyə nəzər-diqqət daha çox artmaqdadır. Belə ki, bir sıra turizm şirkətlərinin təşkil etdikləri turlar çərçivəsində, bu şirniyyat evinə ekskursiyalar təşkil olunur. Onu da bildirək ki, 2015-ci ildə Beynəlxalq Şirniyyat Günü münasibətilə Şəki şəhərində keçirilmiş Beynəlxalq Ənənəvi Milli Şirniyyat Festivalında,“Əliəhməd şirniyyat evi” Şəki şəhərində fəaliyyət göstərən sexlər arasında 1-ci yerə çıxır. Belə bir halın varlığı da, adı çəkilən şirniyyat evinin adı ətrafında aparılan təbliğati işlərindaha da artması ilə nəticələnir.

Bu gün dünyaya səs salan Şəki şirniyyatı, məhz ölkəmizə üz tutan hər bir turistin, xarici qonaqların nəzər-diqqətini cəlb edir. “Əliəhməd şirniyyat evi”nə gələn qonaqlar, eləcədə yerli əhali şirniyyatların dadından, zərif görünüşündən razılıq edirlər. Odlar yurduolan ölkəmiz Cənubi Qafqazın ən qüdrətli ölkəsi olması ilə bərabər, sənətkarlıqnümunələriilə də dünyada daha çox tanınır. Dövr dəyişib zaman yeniləndikcə, qədim dövrlərə aid klassika bu gün də özünün varlığını qorumaqdadır. Fakt budur ki, qədim tarixə malik olan hər bir xalqın qədim mədəniyyəti nəinki itir, əksinə qorunur, yaşadılır və gələcək nəsillərə də ötürülür.

Bəli, ölkəmizdə milli koloriti özündə əks etdirən və bir sıra spesfik sənət məhsulları istehsal edən sahələrə, bu gün dəçox böyük tələbat var. Belə bir halların varlığı səbəbindən də, hal-hazırda Şəki şəhərində qədim sənət ənənələrini yaşadan səriştəli sənətkarlar çoxluq təşkil etməkdədir. Buna “Əliəhməd şirniyyat evi”ni də misal çəkmək olar. Bu müəssisədə çalışanların əməyi sayəsində Şəki şəhəri açıq səma altında, sanki qaynar sənət həyatına malik olan möhtəşəm maddi mədəniyyət müzeyini xatırladır. Düşünürük ki, “Əliəhməd şirniyyat evi”nin fəaliyyəti haqda açıqlamalar dərc etməklə, bizmilli koloriti özündə cəmləşdirən bu müəssisə haqda lazımi təbliğatımızı apara bilirik və atdığımız addımlara görə iftixar hissi keçiririrk. Tarixdən bəllidir ki, yemək qayğıları, azuqə ehtiyacı insanların zehni düşüncəsini hər zaman düşünməyə, aramsız axtarışlar etməyə sövq edib. Bu əbədi həyati təlabatdan irəli gələn əməli səylər tarixdə ən böyük ixtisarların mayası olmuş, mədəni-texniki tərəqqiyə cığır açmışdır. Ərzaq məhsullarının əldə olunması, onların saxlanılması, bişirilmə üsulları sahəsində Azərbaycan xalqı zəngin təcrübə əldə edib. Bu böyük mədəni irsin yaranmasında və yaşadılmasında, hər bir Şəki sakininin də çox böyük əməyi olub. Ələlxüsus, milli kaloriti ilə fərqlənən Şəki mətbəxi, Azərbaycanın maddi mədəniyyətinin zənginləşməsində əvəzsiz rol oynamışdır. Bu gün belə bir missiyanın yaşadılmasında “Əliəhməd şirniyyat evi”nin xüsusi çəkisi var ki, bu da hər zaman qiymətləndirilməlidir.

Düşünürük ki, yarım əsrdən bir qədər çox müddət ərzində lazımi səviyyədə fəaliyyət göstərən, xalqımıza məxsus mətbəximizin zənginləşməsində əvəzsiz rol oynayan “Əliəhməd şirniyyat evi”, bundan sonra da uğurlu addımları ilə ölkəmizin adının daha da məşhurlaşmasına səbəb olacaq. Atasından qalma peşəsini yaşadan, bir müddət bundan öncə isə, erkən yaşında dünyasını dəyişən mərhum Məmmədsaleh Qafarovun yoxluğu, bu gün hər kəsi olduğu kimi, bizi dı sızıldatmaqdadır. Ona görə də onu yoxluğuna biz də heyfsilənirik və belə bir səbəb üzündən də, mərhumun ailə üzvlərinə, yaxınlarına, bütün əzizlərinə başsağlığı verib, o, böyük Yaradandan səbr diləməyi özümüz üçün borc bilirik.

Hazırladı: Xəlil Göyçaylı .
Dün, 16:05
Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb
Dün, 15:04
Ayxan Hacızadə: Nyu-York merinin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir
Dün, 14:06
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Dün, 11:40
İşlədiyi evin ikinci mərtəbəsindən yıxılıb öldü
Dün, 09:30
Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək
24-04-2026, 18:16
Bakıda "enerji həftəsi" keçiriləcək
24-04-2026, 17:48
IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır
24-04-2026, 16:58
Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb
24-04-2026, 16:07
Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb
24-04-2026, 15:28
Baş Prokuror İran səfirini qəbul edib
24-04-2026, 15:08
Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb
24-04-2026, 14:36
İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək
24-04-2026, 12:56
Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib
24-04-2026, 12:28
Sabah Bakıda yağış yağacaq
24-04-2026, 11:47
Paytaxtın 3 küçəsi 2 sutkadan çox bağlı olacaq - Siyahı
24-04-2026, 11:13
Bakıda parkda meyit tapıldı
24-04-2026, 10:35
5 güləşçimiz mübarizəyə başlayır
24-04-2026, 10:04
Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib
24-04-2026, 09:37
Azərbaycan nefti 1 dollar ucuzlaşıb
24-04-2026, 09:12
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
23-04-2026, 17:59
Gürcüstan prezidenti Acarıstan hökumətinin sədri vəzifəsinə namizəd irəli sürüb
23-04-2026, 16:57
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
23-04-2026, 16:22
Hesablama Palatası: Sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir
23-04-2026, 15:18
Pakistan İranı konstruktiv addımlar atmağa çağırıb
23-04-2026, 14:35
Sabah bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı yardımlar ödəniləcək
23-04-2026, 13:10
İlham Əliyev: Dünyadakı təhdidlər Azərbaycandakı ağsaqqallıq institutunun əhəmiyyətini vurğulayır
23-04-2026, 12:28
I rübdə vergi cinayətləri faktları üzrə 89 cinayət işi başlanılıb