Sabiq MTN-çi dövlətdən nə istəyir? - “Toyota Camry”, “Lexus GX 460”...
Gündəm / Cəmiyyət
Oxunub: 0
29 Haz 2023 | 14:13
Sabiq MTN-çi dövlətdən nə istəyir? - “Toyota Camry”, “Lexus GX 460”...


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəis müavini, polkovnik Füzuli Əliyev müsadirə olunan bahalı avtomobillərinin qaytarılmasını istəyir.

xeber.info “Qaynarinfo”ya istinadən xəbər verir ki, Füzuli Zülfüqar oğlu Əliyev nümayəndəsi vasitəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu da cəlb olunmaqla, cavabdehlər - Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi və müvafiq qurumlarla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lexus GX 460” markalı 10-AZ-603 dövlət qeydiyyat nişanlı və “Toyota Camry” markalı 90-AA-576 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərindən həbsin götürülməsini istəyib. Sabiq MTN-in sabiq işçisi hər iki avtomobilin dövlət nəfinə əvəzsiz müsadirə olunması barədə Bakı Hərbi Məhkəməsinin icra sənədinin icra edilməməsini tələb edib.

Füzuli Əliyev iddiasını onunla əsaslandırıb ki, sözügedən avtomobillər “ŞAH” MMC-nin adına sənədləşdirilib. Həmin maşınlar MMC-də 2006-cı ildən uğurlu kommersiya fəaliyyəti nəticəsində əldə olunan gəlirlər hesabına alınıb.

Dövlət nümayəndəsi isə onun iddiasını rədd edib. Bildirilib ki, MMC 2006-07-ci illərdə onun tərəfindən təsis edilməsinə baxmayaraq, həmin şirkətin fəaliyyəti olmayıb. MMC-nin fəaliyyəti olmadığı üçün hər hansı ofisi və işçiləri də olmayıb. “Toyota Camry” markalı avtomobil onun tərəfindən 2013-cü ildə, “Lexus GX 460” isə 2014-cü ildə əldə edilib. Dövlət qeydiyyat nişanını almaq üçün həmin maşınlar MMC-nin adına sənədləşdirilib.
Məhkəmə iddiaçının əmlakının həbsdən azad edilməsi tələbinə dair iddiasını təmin etməyib.

Qeyd edək ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı tamamlanmış cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin hökmü ilə Füzuli Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.
Bugün, 15:11
Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var
Bugün, 12:22
Metroda zarafat edənlər cərimələnəcəklər - Ciddi xəbərdarlıq
Bugün, 11:34
Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb
Bugün, 10:56
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bugün, 10:03
BİZİM TƏQVİM:16 mayda baş vermiş tarixi hadisələr
Bugün, 09:17
Biləsuvarın bəzi ərazilərində üç saat işıq olmayacaq
Dün, 18:45
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
Dün, 17:49
Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır
Dün, 17:17
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Dün, 16:48
Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib
Dün, 16:03
Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub
Dün, 15:32
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb
Dün, 15:14
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Dün, 13:03
Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır
Dün, 12:26
BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır
Dün, 11:56
Tramp iki günlük səfərindən sonra Çini tərk edib
Dün, 11:19
İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib
Dün, 10:35
Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək
Dün, 09:52
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
Dün, 09:23
Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək
Dün, 08:49
Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq
14-05-2026, 18:22
Bakıda WUF13-lə bağlı xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
14-05-2026, 17:38
Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır
14-05-2026, 17:11
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
14-05-2026, 16:35
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
14-05-2026, 16:05
Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir - İCMAL
14-05-2026, 13:05
Sabah 30 dərəcə isti olacaq