Vəzifəli şəxs əri tərəfindən aldadıldı - 1 milyonluq dələduzluq
Gündəm / Hadisə
Oxunub: 0
19 May 2023 | 13:49
Vəzifəli şəxs əri tərəfindən aldadıldı - 1 milyonluq dələduzluq


Azərbaycan Atletika Federasiyasının Qadınlar Komitəsinin sədri Elvira Salyamova həyat yoldaşı tərəfindən dələduzluğa məruz qalıb.

“Qafqazinfo”nun məlumatına görə, 1970-ci il təvəllüdlü İqbal Həsənli arvadı da daxil olmaqla qohumlarına qarşı külli miqdarda dələduzluq edib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Zərərçəkmişlərə ümumilikdə 1 milyon manata yaxın ziyan vuran İqbal Həsənliyə 8 il 6 ay həbs cəzası verilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, İ.Həsənli müxtəlif dövrlərdə müxtəlif epizodlar üzrə arvadı və qohumları da daxil olmaqla 8 tanışını aldadıb. O, 49 yaşında olarkən yüngül atletika üzrə idman ustası, peşəkar idmançı Elvira Salyamova ilə evlənib.

Salyamova ifadəsində bildirib ki, o, müxtəlif yerli və beynəlxalq yarışların mükafatçısı olub: “1996-cı ildə Atlanta ştatında keçirilən Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmişəm. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ildə mənzillə təmin edilmişəm. Sonradan həmin evi satıb daha az sahəyə malik ev aldım. İqballa 2018-ci ildə tanış olmuşduq. O, mənim tanışıma məxsus mənzili kirayəyə götürmüşdü. Bir dəfə evin kirayə pulunu mən İqbaldan alıb tanışıma verdim. Beləcə ünsiyyətimiz yarandı. Mənə Dubayda böyük biznesinin olduğunu, qızıl və brilyant əşyaların satışı ilə məşğul olduğunu bildirmişdi. 2019-cu ildə İqballa rəsmi qaydada nikaha daxil olduq, köçüb bizdə yaşamağa başladı.

Tanışlığın ilk günlərindən özünü işgüzar, əlaqəli, vədinə sadiq bir iş adamı kimi təəssürat yaratdığından dediklərinə qəti şübhəm olmayıb. Söhbətlərin birində İqbal dedi ki, yeni şirkəti qurmaq üçün pul lazımdır. Kürəkənimi buna inandırıb mənzilini satdırdı, 36 min dollarını aldı. Daha sonra dedi, pul çatmır. Təklif etdi ki, yaşadığımız evi satıb müvəqqəti kirayəyə köçək. Qısa zamanda bütün məsələləri həll edib daha böyük mənzil alacağına söz verdi. İqbal çox inandırıcı danışdığı üçün razılaşdım. 2019-cu ilin oktyabrında mənzilimi 55 000 manatını İqbala verdim. İqbal hər dəfə müxtəlif bəhanələr gətirib həm məni, həm də kürəkənimi evsiz-eşiksiz qoydu".
Vəzifəli şəxs əri tərəfindən aldadıldı - 1 milyonluq dələduzluq

İttihama görə, İqbal Həsənli zərərçəkmişlərin bir neçəsinə Dubayda qızıl-zinət əşyaları satılan mağaza açacağını, böyük pullar qazanacaqlarını vəd edib. Həmin şəxslərdən birini inandırmaq üçün Dubaya dəvət edib. Orada imkanlı şəxs olduğu görüntüsü yaratmaq məqsədilə “Mercedes-Benz S class 500 AMG” markalı avtomobil və şəhərin məşhur “Marin” rayonundakı göl mənzərəli mənzili icarəyə götürüb. Onu həmin maşınla qarşılayıb evə aparıb. Dəbdəbəli həyat tərzi sürməsi barədə təəssürat yaratdıqdan sonra zərərçəkmişdən 170 000 manat alıb.

İ.Həsənli bir neçə tanışını isə “BMW” markalı avtomobillərin işlənmiş ehtiyat hissələrini Azərbaycana gətirib satmaqla gəlir edəcəklərinə inandırıb. Onlardan ümumilikdə 200 min manatdan çox pul alıb. Barəsində qaçaqmalçılıqla bağlı cinayət təqibi olan daha bir nəfərə isə özünü dövlət qurumlarında yüksək vəzifəli məmurlarla əlaqəli şəxs kimi təqdim edib. Onun barəsindəki işə xitam verdirəcəyini, gömrük tərəfindən müsadirə olunmuş mallarını müsadirədən çıxaracağını vəd edib. Bu yolla onlardan 51 min manat alıb. İ.Həsənlinin dələduzluq əməllərindən biri İranda istehsal edilən qaz sobalarının münasib qiymətə topdan alıb Azərbaycanda satışını həyata keçirməklə bağlı olub. O bu yolla zərərçəkmişdən 25 min manat alaraq qaytarmayıb. Həsənlinin ən böyük dələduzluğu isə Dubayda qızıl-zinət əşyaları satan şirkət açacağını və şirkətə onu da pay sahibi edəcəyinə inandırmaq məqsədi Rusiyada yaşayan həmyerlisindən 272 000 manat almağı olub.

Məhkəmədə təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2016-cı ildən Dubayda qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğuldur. Qeyd edilən pulları isə biznesə yatırıb və zərərçəkmişlərin bir çoxuna pullarını qaytardığını bildirib. Məhkəmənin hökmü ilə 8 il 6 ay həbs cəzası ilə yanaşı, İqbal Həsənlinin üzərinə 3 zərərçəkmişə ümumilikdə 250 min manatın ödənilməsi qərara alınıb.
Bugün, 17:53
Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
Bugün, 16:45
Parlamentin növbədənkənar sessiyası çərçivəsində növbəti iclasın tarixi və gündəliyi məlum olub
Bugün, 15:31
Qaradağ İH-də keçirilən əməliyyatda saxlanılan rəis müavininin məhkəməsi başlayıb
Bugün, 12:40
Milli Məclisdə kənd təsərrüfatı ilə bağlı dinləmə keçiriləcək
Bugün, 11:58
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Bugün, 11:19
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək
Bugün, 10:44
XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib - BƏYANAT
Bugün, 09:59
Kobaxidze: Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var
Bugün, 09:28
Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq
Bugün, 09:02
NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin "Apache" zərbə helikopteri qəzaya uğrayıb
Dün, 18:33
Hacıqabuldakı yanğın söndürülüb
Dün, 17:59
İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
Dün, 17:28
Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
Dün, 16:57
Ceyhun Bayramov Hakan Fidan və Maka Boçorişvilini Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
Dün, 16:07
İran İsrailə zərbələri dayandırıb
Dün, 14:01
Tramp İsrail və İrandan gərginliyi dərhal azaltmağı tələb edib
Dün, 12:47
İsrail ordusu İrana qarşı genişmiqyaslı hava zərbələrini başa çatdırıb, strateji müdafiə sistemləri məhv edilib
Dün, 12:11
Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən üçün test imtahanı keçiriləcək
Dün, 11:21
Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edəcək
Dün, 10:44
Tbilisidə 500-ə yaxın Azərbaycan vətəndaşına Səyyar "ASAN xidmət" göstərilib
Dün, 10:04
Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
Dün, 09:36
Ceyhun Bayramov İstanbula səfər edib
Dün, 08:43
KİV: ABŞ İsrailə Beyruta zərbə endirmək üçün razılıq verməyib
6-06-2026, 16:29
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
6-06-2026, 15:58
Bəhreyn XİN İranın hücumları barədə: Təhlükəsizlik raketlər və PUA-larla əldə edilmir
6-06-2026, 12:56
Bazar gününün havası açıqlanıb
6-06-2026, 11:56
Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb