Rəşad Cəbrayılov: Milli maraqlara əsaslanan siyasət
Rəşad Cəbrayılov
Salyan Rayon İcra Hakimiyyətinin Başçısının müavini
Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir.
Cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransın keçirilməsi xüsusi əhəmiyyət kəsb edirdi. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman olduğu kimi ona verilən sualları cavablandırarkən mövcud reallıqları bir daha beynəlxalq aləmin diqqətinə çatdırdı. Prezident İlham Əliyev Şuşadan bəyan etdi ki, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq: “Azərbaycan hələ də ümid edir ki, rəsmi İrəvan məntiqli davranacaq və sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər. Nəticə nöqteyi-nəzərindən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi. Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinin əsas səbəbi o idi, Ermənistan bunu istəmirdi. Onlar, sadəcə, bu taktikadan istifadə edirlər, prosesi ləngidirlər, bir addım irəli, iki, üç və ya hətta beş addım geriyə atırlar”
Dövlətimizin başçısı qeyd etdi ki, otuzillik işğal Ermənistana heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar.
Kommunikasiyaların açılmasına diqqət çəkən Prezident İlham Əliyev qeyd etdi ki, bu Ermənistanın da marağına xidmət edir. Onlar müxtəlif bazarlara çıxış əldə edə biləcəklər. Əlbəttə ki, bu, bizim üçün faydalı olacaq, çünki biz bu səhifənin bağlanmasını istəyirik.
Azərbaycan istər Vətən müharibəsinə qədər olan müddətdə, istərsə də müharibədən sonrakı dövrdə hər zaman sülh mövqeyindən çıxış edib. Postmünaqişə dövründə də Azərbaycan hər zaman bu sülh müqaviləsinin imzalanmasının önəmini vurğulayıb. Preizdent qeyd etdi ki, verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salınsa açıq şəkildə görünür ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur.
Dövlətimizin başçısı qeyd etdi ki, üçtərəfli Bəyanat atəşkəs razılaşması deyil. O, həmçinin sülh sazişi də deyil. Beləliklə, atəşkəsdən sonra nəyin baş verəcəyi böyük sual işarəsi idi. Biz təşəbbüs göstərdik, biz inteqrasiya olunmuş Cənub Qafqaz, regional əməkdaşlıq, münasibətlərin normallaşması üçün gələcəyə baxışı irəli sürdük. Buna görə biz sülh danışıqlarına başlamaq təşəbbüsünü irəli sürdük. Bütün istiqamətlərdən səs çıxmadı. Biz müəyyən vaxt gözlədikdən sonra tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsipi irəli sürdük.
ABŞ və Avropa İttifaqının rəsmiləri ilə çoxsaylı danışıqlarda Ermənistana və ABŞ-a tamamilə aydın idi ki, mövcud məsələdə ikiistiqamətli yanaşma olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar. Buna görə də sülh sazişinin mətninə mövcud olmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır. Əgər rəsmi İrəvan konstruktiv olmasa, Azərbaycan diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmır. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Ermənistan yenə də təcrid olunacaq.
Prezident İlham Əliyev Şuşa konfransında suallar ətrafındakı çıxışında Azərbaycanın uğurlarını, gələcək planlarını və eyni zamanda, müharibədən sonrakı dövrə baxışını ifadə etdi. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktorlardan biri olan Azərbaycan bu baxımdan yeni siyasi imkanlar əldə edib. Azərbaycan bu imkanlardan istifadə edərək regionda sülhün bərqərar olması və regional iqtisadi inkişafı təmin etmək istəyir.
Şuşa konfransında xarici ölkələrin beyin mərkəzlərinin və ekspertlərinin iştirakı, eyni zamanda, onların regionla bağlı həqiqətləri bir daha eşitmələri xüsusi əhəmiyyət kəsb edirdi. Dahi şəxsiyyətin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda aparılan müzakirələr, Prezident İlham Əliyevin cavabları Azərbaycanın möhkəm təməl üzərində böyük uğurlara, qələbələrə doğru inamla irəlilədiyini bir daha təsdiqlədi.
Dün, 15:11
Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var
Dün, 12:22
Metroda zarafat edənlər cərimələnəcəklər - Ciddi xəbərdarlıq
Dün, 11:34
Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb
Dün, 10:56
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dün, 10:03
BİZİM TƏQVİM:16 mayda baş vermiş tarixi hadisələr
Dün, 09:17
Biləsuvarın bəzi ərazilərində üç saat işıq olmayacaq
15-05-2026, 18:45
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
15-05-2026, 17:49
Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır
15-05-2026, 17:17
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
15-05-2026, 16:48
Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib
15-05-2026, 16:03
Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub
15-05-2026, 15:32
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb
15-05-2026, 15:14
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
15-05-2026, 13:03
Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır
15-05-2026, 12:26
BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır
15-05-2026, 11:56
Tramp iki günlük səfərindən sonra Çini tərk edib
15-05-2026, 11:19
İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib
15-05-2026, 10:35
Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək
15-05-2026, 09:52
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
15-05-2026, 09:23
Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək
15-05-2026, 08:49
Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq
14-05-2026, 18:22
Bakıda WUF13-lə bağlı xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
14-05-2026, 17:38
Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır
14-05-2026, 17:11
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
14-05-2026, 16:35
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
14-05-2026, 16:05
Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir - İCMAL
14-05-2026, 13:05
Sabah 30 dərəcə isti olacaq
