Bakıda 86 yaşlı anasına qarşı dələduzluq edən şəxs məsuliyyətdən kənarda qaldı
Redaksiyamıza Səlimova Fehruz Kərim qızı
müraciət edərək bildirmişdirki, Bakı şəhərində qızı tərəfindən onun adına alınan evi aldatma, dələduzluq yolu ilə oğlu Səlimov Rövşən İsa oğlu və tanımadığı şəxslər Quliyev Emin Maarif oğlu və digərlərinin vasitəsi ilə əlindən alınması ilə bağlı hüquq mühafizə orqanlarına etmiş olduğu şikayətlər nəticəsiz qalmış, şikayətlərinə baxan olmamışdır. Şikayətçilərin sözlərinə əsasən hüquq mühafizə orqanları obyektiv araşdırma aparmır, tərəf saxlayırlar və bunun nəticəsidir ki, hal-hazırda onlar evsiz qalmışlar. Şikayətçi bildirir ki, təqsirkar şəxslərin cinayət əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Baş Prokurorluğa etmiş olduqları şikayətlərə baxılmır.
Belə ki, qızı anasının Səlimova Fehruz Kərim qızının adına
Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, mənzil 1 ünvanında yerəşən mənzili almış və rəsmiləşdirmişdir. Qızı Azərbaycan Respublikasından kənarda yaşadığından evdən ancaq Bakıya gəldiyi zaman, təxminən ildə bir dəfə istifadə etmiş və digər hallarda evin açarları anası gildə olmuş, lakin bununla belə evdə heç kim yaşamamışdır. Səlimova Fehruz Kərim qızı
özü də Qaradağ rayonunda yaşadığı üçün ev boş olmuşdur. Qızı Koronavirus pandemiyası ilə bağlı bir müddət Bakıya gələ bilməmiş, sonuncu dəfə Bakıya gəldikdə məlum olmuşdur ki, evində başqa şəxslər yaşayır, Araşdırma zamanı bəlli olmuşdur ki, ev banka olan borca görə ipotekaya qoyulmuş və nəticədə hərraca çıxarılaraq başqası tərəfindən satın alınmışdır. Daha sonra bəlli olmuşdur ki, oğlu Səlimov Rövşən İsa oğlu 86 yaşlı görmə, eşitmə qüsurlu olan anasını aldadaraq notariusa apararaq orada sonradan adının etibarnamə olduğunu bildiyi sənədə imza çəkdirmiş və həmin etibarnamə əsasında da faktiki olaraq qızının, rəsmi olaraq özünün adında olan mənzili banka girov qoyaraq tanımadıqları şəxsin - Quliyev Emin Maarif oğlunun adına 120 000 ABŞ dolları məbləğində kredit götürmüşlər və sonra da qərəzli olaraq ödəniş etməməklə evin özgəninkiləşdirilməsinə şərait yaratmışlar. notarius yaşlı şəxslərə münasibətdə verilən etibarnamənin mahiyyətini izah etməsi, risklərini bildirməsi, hüquq və vəzifələrinin izah edilməsi gərəkdiyi təqdirdə bunları etməməklə 27 saylı Dövlət Notariat Kontorunun notariusu Qurbanov Eldar Həsən oğlu qardaşım Səlimov Rövşən İsa oğlu ilə əlbir olaraq anasını aldadıb yaşlı, savadsız olmasından faydalanmaqla evin ipotekaya qoyulması, bağışlanması, alqı-satqısı barədə etibarnamə əldə etmişlər. Daha sonra oğlu həmin etibarnaməni istifadə edərək tanımadıqları şəxsin – daha sonra adının Quliyev Emin Maarif oğlu olduğunu öyrəndikləri şəxsin adına “Unibank” ASC-dən 120 000 ABŞ dolları məbləğində kredit götürmüş və bu barədə onlara heç bir məlumat verməmiş, onlardan hər zaman bunu gizlətmiş, sonra da heç bir ödəniş edilmədiyi üçün ev hərraca çıxarılmış və çox ucuz qiymətə bank tərəfindən qəbul edilmiş, daha sonra da başqa şəxsə satılmışdır. Bu prosedurların heç birindən nə qızının nədəki Səlimova Fehruz Kərim qızının
xəbəri olmamışdır.
Səlimov Rövşən İsa oğlu bütün proseslərdən onları kənarda tutmaqla yanaşı anasının adından saxta ərizələr tərtib etməklə, imzalamaqla müvafiq məhkəmələrə, idarələrə göndərmişdir. Halbuki, həmin ərizələrdə olan imza anasına məxsus deyildir, qardaşı tərəfindən imzalanmışdır.
Səlimov Rövşən İsa oğlunun və onun ərtafındakı qabaqcadan əlbir olan şəxslərin təqsiri üzündən qızıma aid olan mənim adıma rəsmiləşmiş evdə olan bahalı, külli miqdarda dəyəri olan əşyalar özbaşına evdən çıxarmış, hal hazırda o əşyaların bir qismi yoxdur, digərləri də yararsız vəziyyətdədir.
Səlimova Fehruz Kərim qızı
bildirir ki,bu faklarla bağlı bir ilə yaxındır ki, bütün hüquq mühafizə orqanlarına şikayət etmələrinə baxmayaraq şikayət araşdırılmamış, təqsirli şəxslər barəsində cinayət işi açılmamışdır.
Belə ki, bununla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna, Sabunçu Rayon Polis İdarəsinə etmiş olduqları şikayətlər heç bir nəticə verməmişdir. Hərracın ləğvi ilə bağlı qaldırdıqları mülki iş Nərimanov rayon Məhkəməsində hakim Nərgiz Tağıyevanın icraatındadır və baxılmaqda davam edir.Sonda Səlimova Fehruz Kərim qızı ona və qızına
qarşı cinayət törətmiş şəxslərin cinayət məsulliyətinə cəlb edilmələrinə,mübahisənin mülki hissəsində işə Azərbaycan Respublikasının Məhkəmələrinə güvənərək ədalətli qətnamə qəbul ediləcəyinə ümid edir.
Dün, 15:11
Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var
Dün, 12:22
Metroda zarafat edənlər cərimələnəcəklər - Ciddi xəbərdarlıq
Dün, 11:34
Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb
Dün, 10:56
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dün, 10:03
BİZİM TƏQVİM:16 mayda baş vermiş tarixi hadisələr
Dün, 09:17
Biləsuvarın bəzi ərazilərində üç saat işıq olmayacaq
15-05-2026, 18:45
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
15-05-2026, 17:49
Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır
15-05-2026, 17:17
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
15-05-2026, 16:48
Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib
15-05-2026, 16:03
Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub
15-05-2026, 15:32
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb
15-05-2026, 15:14
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
15-05-2026, 13:03
Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır
15-05-2026, 12:26
BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır
15-05-2026, 11:56
Tramp iki günlük səfərindən sonra Çini tərk edib
15-05-2026, 11:19
İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib
15-05-2026, 10:35
Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək
15-05-2026, 09:52
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
15-05-2026, 09:23
Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək
15-05-2026, 08:49
Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq
14-05-2026, 18:22
Bakıda WUF13-lə bağlı xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
14-05-2026, 17:38
Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır
14-05-2026, 17:11
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
14-05-2026, 16:35
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
14-05-2026, 16:05
Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir - İCMAL
14-05-2026, 13:05
Sabah 30 dərəcə isti olacaq
