PUA hücumu müəmması - Kreml “Göydələn”, Ukrayna “əl-Qaidə” deyil - ŞƏRH

Ukraynada müharibənin uzanması Rusiyanın bütün istiqamətlərdə ziyanına işləməyə başlayıb. Rusiyanın Ukraynanın Baxmut şəhərini hələ ələ keçirə bilməməsi də bunu təsdiqləyir. Məlumatlara görə, Rusiya ordusunda Ukraynada döyüşməklə bağlı ruh düşkünlüyü yaşanır. Bu müharibəyə qarşı çıxanların federasiyanın yeni qəbul olunmuş qanunları ilə mühakimə ediləcəyi gözlənilir.
Belə bir vəziyyətdə olan Rusiya Ukraynanın PUA-larla Kremlə hücum etməsi ilə bağlı “əməliyyatı” çıxış yolu kimi təqdim etməyə səy göstərir. Moskva iddia edir ki, Rusiya Silahlı Qüvvələri PUA-lardan 2-sini məhv edib, itki yoxdur. Kreml bunu 9 May - Qələbə Günü ərəfəsində terror aktı və Rusiya Prezidenti Vladimir Putinin həyatına sui-qəsd, terror cəhdi kimi qiymətləndirib: “Rusiya adekvat cavab vermək hüququna malikdir”.
Bu kimi hadisələrə əsaslanaraq, demək olar ki, Rusiyada hərbi sahədə uğursuzluqları ört-basdır etmək, müharibə ilə bağlı cəmiyyətin ovqatını qaldırmaq üçün belə addım atıla bilər. Kreml hadisəni “terror” adlandırmaqla antiterror əməliyyatı keçirdiyini bəyan etməyə hazırlaşır, habelə terror hücumuna məruz qalan tərəf kimi özünü aparmaq istəyir.
Başqa sözlə, Rusiya Kremlə “PUA hücumu”nu “əl-Qaidə” terror qruplaşmasının 2001-ci il sentyabrın 11-də ABŞ-nin Nyu-York və Vaşinqton şəhərlərində törətdiyi silsilə terror aktları ilə eyniləşdirmək istəyir. Qeyd edək ki, “American Airlines” (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə (Göydələnə) çırpılmışdı. Partlayış nəticəsində binalar aşmışdı. Pentaqonun binası da terrorçuların idarə etdikləri təyyarə tərəfindən vurulmuşdu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlanmışdı. Həmin təyyarənin hədəfinin Ağ ev olduğu bildirilmişdi.

Bu hücumun məsuliyyətini “əl-Qaidə”nin üzərinə götürdüyünə dair məlumatlar yayılmışdı. Çoxlu sayda insan itkisi və dağıntıların olmasına baxmayaraq, hadisənin qurama olduğunu sübut edənlər az deyildi. Bununla yanaşı, məlum sentyabr hadisəsindən sonra ABŞ və koalisiya qüvvələri Əfqanıstana qoşun yeritdi. Rusiya da bu “hücum”dan sonra Ukraynanı yenidən raket atəşinə tutub. Mayın 4-də Kiyevin üç rayonuna raket qəlpələri düşüb. Rusiyanın raket hücumu nəticəsində Xersonun Ukraynaya aid hissəsində isə 23 dinc sakin ölüb, 46-sı yaralanıb.

İstər-istəməz yada 1987-ci il mayın 28-də keçmiş SSRİ-də sərhədçilərin peşə bayramı günündə Hamburq şəhərində doğulan, milliyyətcə alman olan Matias Rustun “Sessna” idman təyyarəsi ilə Moskvada Qırmızı meydana enməsi hadisəsi də düşür. O, istintaq zamanı ifadəsində bildirmişdi ki, “gəliş”i SSRİ ilə Qərb arasındakı gərginliyə rəmzi olaraq sülh körpüsü salmaq, soyuq müharibə adlı qorxunc bir fikrə sülh gətirmək niyyətində olub. M.Rust “Sessna” təyyarəsini “Sülh göyərçini” adlandırıb. Onda da 19 yaşlı gəncin meydana enməsi şübhəli sayılırdı. Bunun əvvəlcədən planlaşdırıldığını deyənlər, ehtimal edənlər də az deyil. Çünki bundan əvvəl 1985-ci ilin noyabrında ABŞ Prezidenti Ronald Reyqanla SSRİ lideri Mixail Qorbaçov arasında Cenevrədə görüş olmuşdu. Təyyarəyə zərər yetirilməməsi sovetlərə etibarın artmasına xidmət edirdi. M.Rustun aksiyasından üç il sonra 1990-cı il oktyabrın 3-də isə Almaniya Demokratik Respublikası (ADR) və Almaniya Federativ Respublikası (AFR) birləşdi.

Kremlə “hücumu” təşkil etməkdə məqsəd Rusiyada düşmən obrazını bütövləşdirmək cəhdlərindən də ola bilər. Bununla “ukraynalıların hətta Kremli belə vurmaq, Vladimir Putini öldürmək istədikləri” kimi fikirlərin yayılması istisna olunmur. Çünki müharibəni davam etdirmək üçün yeni amil, “səbəb”, bəhanəyə ehtiyac var.
Mayın 3-də gecə saatlarında Kremlə “hücum” olub. Ancaq materiallar gündüz, az qala, axşama doğru yayılıb. Əgər məsələ belə ciddi idisə, niyə informasiya gec yayılıb? Rusiyanın Hava Hücumundan Müdafiə Sistemi PUA-nı niyə Kremlin üstündə vura bilib? Bundan başqa, Moskva da daxil olmaqla Rusiyanın 32 vilayətində PUA-ların uçuşunun yasaqlanması da “düşmən”in, “terrorçular”ın uçan aparatını müəyyənləşdirməyi asanlaşdırmaq üçün atılan addım kimi təqdim edilir.

ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, onlar Rusiya ərazisinə zərbələri tənqid etməyəcək. O əlavə edib ki, özünü necə müdafiə etmək və əraziləri necə qaytarmaq məsələsini Ukraynanın öhdəsinə buraxırlar: “Nəzərə almaq lazımdır ki, ukraynalı kişi, qadın və uşaq hər gün hücuma məruz qalır”. Antoni Blinken deyib ki, ABŞ Kremlə kimin hücum etdiyini bilmir.
Yuxarıda qeyd etdiyimiz hadisələr Kremlə “hücum”un da qurama olduğu ehtimalını irəli sürməyə əsas verir. Odur ki, Ukrayna “əl-Qaidə”, Kreml “Göydələn” və ya Ağ ev, Rusiya isə ABŞ deyil.
“Report” İnformasiya Agentliyi
Dün, 18:44
Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - Fotolar
Dün, 18:28
Naxçıvan Muxtar Respublika Xəstəxanasına direktor təyin edildi
Dün, 18:02
Buraxılış imtahanının nəticələri ELAN OLUNDU
Dün, 17:26
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat
Dün, 16:38
Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı
Dün, 15:57
Partlayışda yaralanan həkim sağdır - RƏSMİ AÇIQLAMA
Dün, 15:26
Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
Dün, 14:47
Nazir: "Azərbaycan aqrar innovasiyaların tətbiq olunduğu məkana çevrilib"
Dün, 14:11
Məhkəmə və digər aktların məcburi icrası üçün məlumat mübadiləsi üzrə əməkdaşlıq sazişi ratifikasiya edilib
Dün, 13:17
Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Dün, 12:46
Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq
Dün, 12:17
"Gənclər evi" sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək
Dün, 11:48
Bazar günü bu yollar tam bağlanacaq - SİYAHI
Dün, 11:16
Milli Məclisin iclası başladı
Dün, 10:09
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb
Dün, 09:41
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb
Dün, 09:04
Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq
30-04-2026, 18:28
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
30-04-2026, 17:56
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
30-04-2026, 17:14
Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib
30-04-2026, 16:56
“İqlim haqqında” qanun layihəsi hazırlanıb
30-04-2026, 16:16
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb - FOTO
30-04-2026, 15:56
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
30-04-2026, 15:26
I sinfə qəbul başlayır
30-04-2026, 14:57
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
30-04-2026, 12:40
Mayın ilk günündə 25 dərəcə isti olacaq
30-04-2026, 12:00
"Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidməti istifadəyə verilib