Mətbuat Şurası bəyanat yayıb

Mətbuat şurası “Azərbaycanda media azadlığı: plüralizm prinsipləri və vətəndaş cəmiyyəti quruculuğuna dəstək” mövzusunda bəyanat yayıb.
Bəyanatı təqdim edirik:
“Əsasını dahi mütəfəkkir Həsən bəy Zərdabinin qoyduğu Azərbaycan mətbuatının qayəsində cəmiyyətin inkişafına və tərəqqisinə xidmət amalı dayanır. Müstəqillik illərində Azərbaycan mediası bu amalı rəhbər tutaraq fəaliyyət göstərib. Mediamız ötən müddətdəki inkişaf yolunda 3 may Ümumdünya Mətbuat Azadlığı Gününün təsisi ilə bağlı prinsiplərə də sadiqlik xətti götürüb, çalışıb ki, plüralist fikir cəmiyyətin müxtəlif qütblərinin maraqlarının ifadəçisinə çevrilsin.
Azad sözə müstəsna dəyərin verildiyi ölkəmizdə bu baxışın təminatçısı qismində çıxış edən Azərbaycan dövlətidir. Ulu öndər Heydər Əliyevin media siyasətini, onun jurnalistikaya diqqət və qayğı ənənəsindəki varislik prinsipini qoruyan, bu kursu fundamental əsaslarla zənginləşdirən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, eləcə də reallaşdırdığı islahat proqramları onu deməyə əsas verir ki, ölkəmizdə müstəqil fikrin inkişafı üçün möhkəm təməl var.
Dövlətimizin başçısının ulu öndər Heydər Əliyevin senzuranın aradan qaldırılması iradəsinə söykənmiş islahatlarının tərkib hissəsi olaraq, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsini, redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsini və digər təşkilati dəstək mexanizmlərinin tətbiqini yüksək qiymətləndiririk. Sevindirici haldır ki, islahatçılıq ənənəsi məntiqi davamını çap məhsullarının əlavə dəyər vergisindən azad edilməsində, jurnalistika fəaliyyəti ilə bağlı məsuliyyətin artırılmasına yönələn qanunvericilik təşəbbüsləri də tapır. Azərbaycan jurnalistləri isə genişlənən informasiya məkanının tələblərinə adekvat fəaliyyət əzmini bəyan edərək, inkişafın müasirləşmə xəttini hədəf seçirlər.
Medianın özünütənzimləmə qurumu olan Mətbuat Şurası, həmçinin Medianın İnkişafı Agentliyi və bu konfransın iştirakçıları hesab edirlər ki, həm milli mətbuatımızın ənənələrinə sadiqlik, həm də Azərbaycan dövlətinin gözləntilərini doğrultmaq peşəkarlığın daha da artırılmasını, mətbu sözün təəssübünü çəkməyi, sanbalını qorumağı mühüm vəzifə kimi müəyyənləşdirməkdədir. Biz, Azərbaycan jurnalistlərinin fəaliyyətlərində bu meyarları nəzərə almağa, milli və ictimai maraqlar naminə jurnalist peşəsinin prinsiplərini ardıcıl surətdə yerinə yetirməyə, hadisə və proseslərə münasibətdə obyektivliyə, həssas davranışa, daim ümumvətəndaş mövqeyi prizmasından çıxış etməyə çağırırıq.
Bu qənaətdəyik ki, azad sözün nüfuz dairəsinin genişlənməsində, ona ictimai münasibətlərin katalizatoru kimi hörmətlə yanaşılmasında davamlılığı təmin etmək üçün media sahəsindəki neqativ meyillərin və jurnalist adından sui-istifadələrin aradan qalxması son dərəcə vacibdir. Əmin olmaq istərdik ki, həqiqi jurnalistlər, əsl qələm sahibləri, özünü cəmiyyətə informasiya verilməsinə məsul sayan peşəkarlar bu məqama ciddi diqqət yetirəcək, mətbu məkanımızdakı neqativ tendensiyalara qarşı barışmaz, mövqe tutacaqlar.
Biz, eyni zamanda, dövlət qurumlarının təmsilçilərini, ayrı-ayrı məmurları, ictimai şəxsləri və vəzifə sahiblərini medianın məlumatlandırma missiyasına hörmətlə yanaşmağa, jurnalistlərin cəmiyyəti obyektiv və operativ informasiyalarla təminatı ilə bağlı məsuliyyətini nəzərə almağa, bununla da azad sözün imkanlarının dövlətimiz və xalqımız naminə göstərməyə çağırırıq. Daimi səfərbər olmasına dəstək Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və “Azərbaycanda media azadlığı: plüralizm prinsipləri və vətəndaş cəmiyyəti quruculuğuna dəstək” mövzusundakı konfransın iştirakçıları Azərbaycan jurnalistlərini 3 may Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır”.
Dün, 15:11
Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var
Dün, 12:22
Metroda zarafat edənlər cərimələnəcəklər - Ciddi xəbərdarlıq
Dün, 11:34
Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb
Dün, 10:56
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dün, 10:03
BİZİM TƏQVİM:16 mayda baş vermiş tarixi hadisələr
Dün, 09:17
Biləsuvarın bəzi ərazilərində üç saat işıq olmayacaq
15-05-2026, 18:45
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
15-05-2026, 17:49
Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır
15-05-2026, 17:17
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
15-05-2026, 16:48
Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib
15-05-2026, 16:03
Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub
15-05-2026, 15:32
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb
15-05-2026, 15:14
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
15-05-2026, 13:03
Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır
15-05-2026, 12:26
BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır
15-05-2026, 11:56
Tramp iki günlük səfərindən sonra Çini tərk edib
15-05-2026, 11:19
İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib
15-05-2026, 10:35
Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək
15-05-2026, 09:52
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
15-05-2026, 09:23
Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək
15-05-2026, 08:49
Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq
14-05-2026, 18:22
Bakıda WUF13-lə bağlı xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
14-05-2026, 17:38
Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır
14-05-2026, 17:11
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
14-05-2026, 16:35
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
14-05-2026, 16:05
Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir - İCMAL
14-05-2026, 13:05
Sabah 30 dərəcə isti olacaq