Dövlət Vergi Xidməti: Xaricdə əldə olunmuş gəlirlərin bəyan edilməsi zəruridir

Məlum olduğu kimi, Azərbaycan Respublikası vergi və maliyyə məlumatlarının avtomatik mübadiləsinə dair bir çox ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrə qoşulub.
xeber.info Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, onların sırasında “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələr arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında Protokol”, “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım göstərilməsi haqqında Konvensiya”, “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma” və s. göstərmək olar. Həmin müqavilələr çərçivəsində Dövlət Vergi Xidməti Azərbaycan Respublikasının rezidentlərinin xarici ölkələrdə əldə etdikləri gəlirlər və açdıqları bank hesabları barədə məlumatları illik əsasda əldə edir. Lakin məlumatların araşdırılması zamanı Azərbaycan Respublikasının rezidentlərinin xaricdə əldə etdikləri gəlirlərinin bəyanetmə səviyyəsinin aşağı olduğu müəyyən edilib.
Qeyd olunub ki, Vergi Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, rezident vergiödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və ölkə hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Ödəmə mənbəyində vergiyə cəlb edilməsi nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. Bununla yanaşı, Vergi Məcəlləsinin müddəalarına əsasən, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər vergi orqanlarına bəyannamə verməlidirlər.
Vergi Məcəlləsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılıbsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılıbsa vergiödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Dün, 15:11
Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var
Dün, 12:22
Metroda zarafat edənlər cərimələnəcəklər - Ciddi xəbərdarlıq
Dün, 11:34
Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb
Dün, 10:56
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dün, 10:03
BİZİM TƏQVİM:16 mayda baş vermiş tarixi hadisələr
Dün, 09:17
Biləsuvarın bəzi ərazilərində üç saat işıq olmayacaq
15-05-2026, 18:45
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
15-05-2026, 17:49
Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır
15-05-2026, 17:17
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
15-05-2026, 16:48
Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib
15-05-2026, 16:03
Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub
15-05-2026, 15:32
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb
15-05-2026, 15:14
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
15-05-2026, 13:03
Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır
15-05-2026, 12:26
BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır
15-05-2026, 11:56
Tramp iki günlük səfərindən sonra Çini tərk edib
15-05-2026, 11:19
İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib
15-05-2026, 10:35
Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək
15-05-2026, 09:52
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
15-05-2026, 09:23
Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək
15-05-2026, 08:49
Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq
14-05-2026, 18:22
Bakıda WUF13-lə bağlı xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
14-05-2026, 17:38
Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır
14-05-2026, 17:11
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
14-05-2026, 16:35
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
14-05-2026, 16:05
Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir - İCMAL
14-05-2026, 13:05
Sabah 30 dərəcə isti olacaq