İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” Qanuna dəyişiklik etdi
Gündəm / Siyasət
Oxunub: 0
11 Nis 2023 | 11:43
İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” Qanuna dəyişiklik etdi


“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliyə əsasən, qanuna aşağıdakı məzmunda 2-1-ci maddə və I-I fəsil əlavə edilir:

“Maddə 2-1. Bu Qanunun tətbiq dairəsi

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 8-ci və 20-ci bəndlərinə uyğun olaraq, fövqəladə vəziyyətin tətbiq edilməsinin əsaslarını və qaydasını, həmçinin sosial xarakterli fövqəladə mühit rejiminin hüquqi əsaslarını müəyyən edir.

I-I fəsil

Sosial xarakterli fövqəladə mühit rejimi

Maddə 2-2. Sosial xarakterli fövqəladə mühit

2-2.1. Sosial xarakterli fövqəladə mühit Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına, əmlaka və ya ətraf mühitə əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb olan və ya səbəb ola bilən fövqəladə halların nəticəsində yaranan, lakin fövqəladə vəziyyətin tətbiq edilməsinə əsas hesab edilməyən mühitdir.

2-2.2. Sosial xarakterli fövqəladə mühit rejimi insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məhdudlaşdırılmadan belə fövqəladə mühitin aradan qaldırılması ilə bağlı dövlət orqanları (qurumları) tərəfindən təxirəsalınmadan və qarşılıqlı əlaqəli şəkildə tədbirlərin həyata keçirilməsini təmin edən xüsusi hüquqi rejimdir.

2-2.3. Sosial xarakterli fövqəladə mühit rejimi müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı ilə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilir. Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edilməsi barədə normativ hüquqi akt dərhal mediada elan olunmalı, o cümlədən 24 saat müddətində rəsmi dərc edilməlidir.

2-2.4. Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq müddəti bu rejimin tətbiqinə əsas olmuş fövqəladə halların aradan qaldırılması müddətindən artıq ola bilməz.

Maddə 2-3. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlər

2-3.1. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini məhdudlaşdıran tədbirlər istisna olmaqla, sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması, o cümlədən zərər çəkmiş şəxslərə köməklik göstərilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir.

2-3.2. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, digər normativ hüquqi aktlara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, yaranmış fövqəladə mühitin kəskinliyindən irəli gələn hədlər çərçivəsində həyata keçirilir.

2-3.3. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin təxirəsalınmadan və qarşılıqlı əlaqəli şəkildə həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət komissiya (qərargah) yaradılır. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə komissiyanın (qərargahın) fəaliyyəti qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

2-3.4. Azərbaycan Respublikasının dövlət orqanlarının (qurumlarının), yerli özünüidarə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin vəzifəli şəxsləri, Azərbaycan Respublikası vətəndaşları, Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edildiyi zaman müəyyən edilmiş davranış qaydalarına riayət etməli, onlara tapşırılmış vəzifələri vaxtında yerinə yetirməli və sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üçün görülən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsinə zəruri hallarda yardım göstərməlidirlər.

2-3.5. Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sosial xarakterli fövqəladə mühit rejimi tətbiq edilən ərazidə görülən zəruri təhlükəsizlik tədbirləri haqqında tam və obyektiv məlumat almaq hüququ vardır.

2-3.6. Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin növləri və həyata keçirilməsi qaydası və dövlət ehtiyatlarının yaradılması, istifadə edilməsi və bərpası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

2-3.7. Sosial xarakterli fövqəladə mühit aradan qaldırıldıqdan sonra əhalinin normal həyat fəaliyyətinin bərpa edilməsi nümayəndələri bu Qanunun 2-3.3-cü maddəsində nəzərdə tutulan komissiyanın (qərargahın) tərkibinə daxil olan aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən təmin edilir. Sosial xarakterli fövqəladə mühit aradan qaldırıldıqdan dərhal sonra bu Qanunun 2-2.3-cü maddəsində nəzərdə tutulan normativ hüquqi akt ləğv edilir”.
16-05-2026, 15:11
Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var
16-05-2026, 12:22
Metroda zarafat edənlər cərimələnəcəklər - Ciddi xəbərdarlıq
16-05-2026, 11:34
Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb
16-05-2026, 10:56
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
16-05-2026, 10:03
BİZİM TƏQVİM:16 mayda baş vermiş tarixi hadisələr
16-05-2026, 09:17
Biləsuvarın bəzi ərazilərində üç saat işıq olmayacaq
15-05-2026, 18:45
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
15-05-2026, 17:49
Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır
15-05-2026, 17:17
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
15-05-2026, 16:48
Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib
15-05-2026, 16:03
Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub
15-05-2026, 15:32
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb
15-05-2026, 15:14
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
15-05-2026, 13:03
Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır
15-05-2026, 12:26
BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır
15-05-2026, 11:56
Tramp iki günlük səfərindən sonra Çini tərk edib
15-05-2026, 11:19
İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib
15-05-2026, 10:35
Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək
15-05-2026, 09:52
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
15-05-2026, 09:23
Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək
15-05-2026, 08:49
Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq
14-05-2026, 18:22
Bakıda WUF13-lə bağlı xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
14-05-2026, 17:38
Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır
14-05-2026, 17:11
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
14-05-2026, 16:35
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
14-05-2026, 16:05
Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir - İCMAL
14-05-2026, 13:05
Sabah 30 dərəcə isti olacaq