“Diqlas”ın sahibkarlarına veriləcək pulun - MƏBLƏĞİ VƏ ŞƏRTLƏR
Gündəm / Sosial
Oxunub: 705
4 Nis 2019 | 10:43
“Diqlas”ın sahibkarlarına veriləcək pulun - MƏBLƏĞİ VƏ ŞƏRTLƏR

İqtisadiyyat Nazirliyinin Kollegiyası "Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərlməsi Qaydası”nı təsdiqləyib.

Qaydalar aprelin 4-dən, yəni bu gündən qüvvəyə minir.

Qaydaya əsasən, zərər çəkmiş sahibkarların müəyyən edilməsi məqsədilə ticarət mərkəzində fəaliyyət göstərən və yanğından zərər çəkmiş digər sahibkarların siyahısı və onlarla bağlanmış müqavilələr və ya digər təsdiqedici sənədlər icarəyə verən tərəfindən İqtisadiyyat Nazirliyinə təqdim edilir.

Təqdim edilmiş siyahıda zərər çəkmiş sahibkarın adı, soyadı, atasının adı, VÖEN-i, icarəyə götürdüyü ticarət obyekti barədə məlumatlar göstərilir və icarəyə verənin səlahiyyətli nümayəndəsi (nümayəndələri) tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

Yanğından zərər çəkmiş sahibkarlara maddi yardım nağdsız qaydada ödənilir.

Zərər çəkmiş sahibkarlar maddi yardımın alınması üçün ərizə forması və şəxsiyyəti təsdiq edən sənəd ilə nazirliyə müraciət edirlər. Ərizəyə icarəyə verənlə bağlanmış icarə müqaviləsinin surəti və ya digər təsdiqedici sənəd əlavə edilir.

Maddi yardımı almaq hüququ olan şəxsin özü müraciət edə bilmədikdə, onu təmsil edən nümayəndə bu Qaydada nəzərdə tutulmuş sənədlərlə yanaşı notarial qaydada təsdiq olunmuş etibarnaməni təqdim edir. Ərizəçi ərizə formasını əldə edə bilmədikdə, nazirliyin səlahiyyətli işçisi ona ərizə formasını təqdim edir və ərizənin doldurulması qaydasını izah edir.

Nazirlikdə zərərçəkmiş sahibkarlarla operativ əlaqələrin qurulması və onlara dəstək göstərilməsi işlərinin koordinasiyalı təşkili üçün yaradılmış İşçi Qrupu tərəfindən maddi yardımın ödənilməsi üçün müraciət etmiş ərizəçilərin məlumatları icarəyə verən tərəfindən təqdim edilmiş məlumatlara uyğunluğu yoxlanılır.

Ərizənin düzgün tərtib olunduğu və sənədlərin tələb olunan qaydada təqdim edildiyi halda İşçi Qrupu tərəfindən protokolla rəsmiləşdirilir və ərizəçiyə protokoldan verilir.

Çıxarışın verilməsi maddi yardımın köçürülməsinə əsasdır. Ərizəçi haqqında məlumatlar icarəyə verən tərəfindən təqdim edilmiş siyahıda olmadıqda, siyahıdakı məlumatlara uyğun gəlmədikdə, icarəyə verən ilə bağlanmış icarə müqaviləsi və ya digər təsdiqedici sənəd olmadıqda İşçi Qrupu tərəfindən sahibkar və icarəyə verənin səlahiyyətli nümayəndəsinin iştirakı ilə operativ şəkildə araşdırma aparılır.

Araşdırmanın nəticəsi müsbət olduqda İşçi Qrupu tərəfindən maddi yardımın verilməsi barədə qərar protokolla rəsmiləşdirilir və ərizəçiyə çıxarış verilir. Maddi yardımın ödənilməsi üçün əsas müəyyən edilmədikdə müraciət etmiş ərizəçiyə maddi yardımın ödənilməsindən imtina olunur.

Maddi yardımın ödənilməsindən imtina barədə qərar İşçi Qrupunun protokolu ilə rəsmiləşdirilir və bu barədə 3 iş günü ərzində ərizəçiyə sifarişli məktubla bildiriş göndərilir və ya şəxsən ərizəçiyə imza etdirməklə təqdim olunur.

Maddi yardımın məbləği aşağıdakı qaydada müəyyən edilir:

- mağaza, anbar icarəyə götürmüş zərər çəkmiş sahibkara – 10000 manat;

- piştaxta və digər sahə icarəyə götürmüş zərər çəkmiş sahibkara - 2000 manat.

- Maddi yardım zərər çəkmiş sahibkara dəymiş ziyandan artıq ödənilmir.

"Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2019-cu il tarixli Sərəncamının icrası ilə əlaqədar Nazirliyə ayrılmış vəsait Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin hesabına köçürülür.

Zərər çəkmiş sahibkara çıxarış verildiyi gündən 5 iş günü müddətində maddi yardımın məbləği Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən zərər çəkmiş şəxsə plastik kart vasitəsilə təqdim edilir.

Nazirlik maddi yardımın ödənilməsi ilə əlaqədar məlumatları mütəmadi olaraq rəsmi internet səhifəsində yerləşdirir.

Zərər çəkmiş sahibkarlar maddi yardımın ödənilməsində operativliyin təmin edilməsi və lazımi məlumatların alınması məqsədilə nazirliyin 012-404-04-01 və ya 195-2 nömrəli qaynar xəttinə müraciət edə bilərlər.

Zərər çəkmiş sahibkarlar maddi yardımın ödənilməsindən imtinadan "İnzibati icraat haqqında” qanuna uyğun olaraq şikayət verə bilər.

oxu.az
Dün, 14:23
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
Dün, 12:18
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Dün, 11:10
Şəmkirdə körpə qızdırmadan ölüb
Dün, 08:47
Bakının iki rayonunda işıq olmayacaq
15-06-2026, 14:13
Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
15-06-2026, 12:57
Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik
15-06-2026, 12:16
Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib
15-06-2026, 10:37
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu
15-06-2026, 10:03
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
15-06-2026, 09:39
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
15-06-2026, 08:59
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
13-06-2026, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
13-06-2026, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
13-06-2026, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:27
Azərbaycan nefti ucuzlaşıb
13-06-2026, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”