İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
Gündəm / Siyasət
Oxunub: 0
6 Mrt 2023 | 17:22
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi


Prezident İlham Əliyev Azərbaycan qadınlarına təbrik məktubu ünvanlayıb.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Prezidentinin 6 mart 2023-ci il tarixli Sərəncamı ilə təltif edilmiş qadınlara dövlət mükafatlarının təqdimetmə mərasimində məlumat verilib.

Təbrik məktubunu Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.

Təbrik mətnində deyilir:

"Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.

Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü saymış və ona hər zaman dərin ehtiram göstərmişdir. Azərbaycan qadınları keçmişimizin taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəlmişlər. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında onların misilsiz xidmətləri vardır.

Azərbaycan qadınları dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ qazanmış, incəsənətin və elmin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqində qadınlar arasında ilk addımları atmaqla qabaqcıl düşüncəli, yenilikçi və mütərəqqi ruhlu olduqlarını sübuta yetirmişlər. Onlar ölkəmizin, xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin müasir əsaslar üzərində qurulması üçün böyük əzmlə çalışmış, ötən müddət ərzində mühüm nailiyyətlər əldə etmişlər.

Ədəbi-ictimai və mədəni-elmi fikir tariximizdə iz buraxmış maarifpərvər sələflərinin adlarını uca tutan və nəsillərin varisliyi prinsipinə sadiq qalaraq onların açdıqları yolda inamla irəliləyən Azərbaycan xanımları bu gün də dolğun sosial-mədəni fəaliyyətləri ilə cəmiyyətimizin inkişafına xüsusi dinamizm və ahəngdarlıq qatırlar.

Fədakar analarımız, yüz illər əvvəl olduğu kimi, vətəni ana qədər əziz və müqəddəs bilən, qəlbləri doğma yurda sevgi ilə dolu, ənənələrimizə sadiq, saf əqidəli övladlar yetişdirirlər. Haqq işi uğrunda apardığımız Vətən müharibəsində xalqımıza parlaq qələbə sevinci yaşadan gənclərimizin unudulmaz rəşadəti bunun aydın təzahürüdür.

İnanıram ki, zəngin mənəviyyatlı Azərbaycan qadınları qarşıdakı illərdə də qurub-yaratmaq şövqləri ilə cəmiyyət həyatına yüksək dəyərlər bəxş edəcək və müstəqillik salnaməmizə yeni, işıqlı səhifələr yazacaqlar".
Bugün, 18:25
Deputatlar Tacikistana gedirlər
Bugün, 17:57
İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
Bugün, 17:23
Prezident İlham Əliyev: Azərbaycan “vahid Çin” siyasətini daim dəstəkləyir
Bugün, 17:01
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Bugün, 15:22
Özbəkistan lideri: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yolu keçir
Bugün, 14:44
“Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə dəyişiklik edilib
Bugün, 13:07
Prezident İlham Əliyev: WUF13-də rekord sayda iştirakçıları qəbul edirik
Bugün, 12:39
Azərbaycanın dörd ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
Bugün, 12:19
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə iştirak edir - CANLI
Bugün, 11:47
Kobaxidze Bakıdadır - Foto
Bugün, 10:45
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
Bugün, 10:09
Anar Quliyev: Qarabağdakı bərpa işləri bir çox beynəlxalq qurum üçün böyük maraq doğurur
Bugün, 09:28
KİV: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb
Bugün, 08:47
Meksikada silahlı hücum 10 nəfərin həyatına son qoyub
16-05-2026, 15:11
Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var
16-05-2026, 12:22
Metroda zarafat edənlər cərimələnəcəklər - Ciddi xəbərdarlıq
16-05-2026, 11:34
Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb
16-05-2026, 10:56
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
16-05-2026, 10:03
BİZİM TƏQVİM:16 mayda baş vermiş tarixi hadisələr
16-05-2026, 09:17
Biləsuvarın bəzi ərazilərində üç saat işıq olmayacaq
15-05-2026, 18:45
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
15-05-2026, 17:49
Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır
15-05-2026, 17:17
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
15-05-2026, 16:48
Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib
15-05-2026, 16:03
Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub
15-05-2026, 15:32
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb
15-05-2026, 15:14
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir