“Prezidentin ayırdığı 9 milyonu Mədəniyyət Nazirliyi “hop” deyib yedi” - Xalq artisti
Gündəm / Mədəniyyət
Oxunub: 0
4 Şub 2023 | 14:25
“Prezidentin ayırdığı 9 milyonu Mədəniyyət Nazirliyi “hop” deyib yedi” - Xalq artisti


Son günlər Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqındakı kütləvi istefalar, eyni zamanda tanınmış aktyor Hikmət Rəhimovun Prezident tərəfindən serialların çəkilişinə ayrılmış 6 milyon manatın mənimsənilməsi barədə səsləndirdiyi ittihamlar geniş müzakirələrə səbəb olub. Aktyor milyonlarla vəsaitin kimlər tərəfindən ələ keçirildiyini açıqlamasa da, onun fikirlərinə sənət yoldaşlarından dəstək gəlib və H.Rəhimovun həqiqəti dilə gətirdiyi bildirilib.

Bəs 6 milyonu kim “yeyib” və niyə bu barədə araşdırma aparılmır?

Bu barədə Modern.az-a açıqlama verən Xalq artisti, kinorejissor Əbdül Mahmudov sensasion iddialar irəli sürüb:

“Serial məsələsinə aydınlıq gətirim. Hikmət onları bir-birindən ayırmayıb deyə, qarışıqlıq yaranıb. Cənab Prezident kinostudiyada çəkilən filmlər üçün pul ayırıb. Televiziyalar hansısa sponsorun, şəxsi əlaqələrin hesabına özləri üçün əttökən, eybəcər, rüsvayedici seriallar çəkirlər. Özlərindən artistlər, mövzular icad edirlər. Əgər söhbət böyük kino mədəniyyətindən gedirsə, onun sahibi Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasıdır. Ora peşəkar mədəniyyət məbədgahıdır”.

O, dövlətin ayırdığı pulların kim tərəfindən mənimsənilməsi məsələsinə də toxunub: “Dünyanın heç bir yerində dövlət kinoya pul ayırmır. Amma Prezident İlham Əliyev sağ olsun ki, müstəqillik dövründə ziyan görən mədəniyyət sahəsinə büdcədən əvvəl 3 milyon, sonra 6 milyon pul ayırdı. Bu pul Mədəniyyət Nazirliyinə ayrılmışdı ki, kinonun inkişafı ilə bağlı işlər görsünlər. Amma bunu etmədilər. Ovaxtkı nazirin itə də borcu var idi. Ölkə başçısının ayırdığı pul Mədəniyyət Nazirliyi tərəfindən yeyildi. O pulun heç bir faizi kinoya sərf olunmadı. Maliyyə naziri çıxışında demişdi ki, kinoya bu qədər pul ayrılır, amma ortalıqda hələ bir şey yoxdur. Mən də məktub vasitəsilə ona bildirmişdim ki, kinoya pul dövlət büdcəsindən ayrılır, cibinizdən yox. Bir də ki, nəyə görə maraqlanmırsınız ki, ayrılan pul gəlib kinostudiyaya çatır, yoxsa yox? Çatmır pul. Pul ayrılıbsa, son qəpiyinə qədər kinoya xərclənməlidir. Bütün pulları Mədəniyyət Nazirliyi “hop” deyib yedi, 5-10 qəpik gözdən pərdə asmaq üçün xərclədilər. İndiki ağır dönəmdə dövlət kinonu yaşatmaq üçün pul ayırırsa, bunu məsimsəmək böyük cinayətdir. O pulu yeyənlərə demək istəyirəm ki, burnunuzdan gəlsin".

Tanınmış kinorejissor günlərdir gündəmdən düşməyən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqını və sədr Şəfiqə Məmmədovanı da sərt tənqid edib: “Ölkədə bir ittifaq olmalıdır. Bu nədir axı? İki ittifaq var, hərəsinin öz büdcəsi, amma işə yaramırlar. İttifaqın kinonun inkişafında, fəaliyyətində zərrə qədər faydası yoxdur. Kinoya aid olmayan adamlar yığılıb ora. Onları kinostudiyanın qapısından içəri buraxan yoxdur. Bu nə özbaşınalıqdır? Min oyundan çıxırlar, camaat da elə bilir ki, günahkar kinostudiyadır. Şəfiqə xanım, sənin 80 yaşın var, sən nə işlə məşğul olursan? Sənin bu kinoya nə faydan var? İnsanları bölüblər, yarısı orada, yarısı burada. Hərəsi bir-birini topa tutur”.

Şeyx Əbdül onu da qeyd edib ki, Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi təşkilat ləğv olunmalıdır: “12 ildir qurutlay çağırılmır. Çünki bilir ki, seçilməyəcək, onu atacaqlar bayıra. Dövlət də danışmır. Bu da (Şəfiqə Məmmədova-red) özündən yalançı iclas keçirir, sədr seçdirir. Mən əlaqəli şəxslərdən, Mədəniyyət Nazirliyindən xahiş edirəm, bizim ittifaq nizamnaməyə əsasən, 5 ildən bir seçilməlidir və artıq 12 ildir seçilmir. Onlar vəzifələrini tutub, kef edirlər. Dövlətin büdcəsindən özləri üçün maaş düzəldib, qohumlarını, rəfiqələrini başlarına yığıblar. Dövlət bu ittifaqa pul ayırmamalıdır. Kinostudiya ehtiyac içində boğulur, ora kömək etmək lazımdır. Ümumiyyətlə, bu ittifaq ləğv olunmalıdır, çünki heç kimə lazım deyil, sadəcə pul yeməklə məşğuldurlar”.
Bugün, 15:39
Modupe Uilyams: Fritaun kanat yolunu şəhərin nəqliyyat problemlərinin həlli kimi nəzərdən keçirir
Bugün, 14:55
Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb
Bugün, 14:25
Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir
Bugün, 13:35
UN-Habitat: Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub
Bugün, 12:35
WUF13-də "Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri" təşəbbüsü təqdim olunub
Bugün, 11:47
Oğul anasını traktorla vurub öldürdü
Bugün, 11:08
Bakıdan qlobal çağırış: mənzil böhranı dərinləşir
Bugün, 10:21
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur
Bugün, 09:48
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bugün, 09:33
Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib
Bugün, 09:03
Prezidentin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasiminə dair videoçarx paylaşılıb
Dün, 18:25
Deputatlar Tacikistana gedirlər
Dün, 17:57
İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
Dün, 17:23
Prezident İlham Əliyev: Azərbaycan “vahid Çin” siyasətini daim dəstəkləyir
Dün, 17:01
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dün, 15:22
Özbəkistan lideri: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yolu keçir
Dün, 14:44
“Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə dəyişiklik edilib
Dün, 13:07
Prezident İlham Əliyev: WUF13-də rekord sayda iştirakçıları qəbul edirik
Dün, 12:39
Azərbaycanın dörd ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
Dün, 12:19
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə iştirak edir - CANLI
Dün, 11:47
Kobaxidze Bakıdadır - Foto
Dün, 10:45
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
Dün, 10:09
Anar Quliyev: Qarabağdakı bərpa işləri bir çox beynəlxalq qurum üçün böyük maraq doğurur
Dün, 09:28
KİV: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb
Dün, 08:47
Meksikada silahlı hücum 10 nəfərin həyatına son qoyub
16-05-2026, 15:11
Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var
16-05-2026, 12:22
Metroda zarafat edənlər cərimələnəcəklər - Ciddi xəbərdarlıq