Əli Həsənov: “Heydər Əliyev İli”; mənəvi və sosial tələb …
Gündəm / Cəmiyyət
Oxunub: 0
30 Ock 2023 | 12:58
Əli Həsənov: “Heydər Əliyev İli”; mənəvi və sosial tələb …

Əli Həsənov
Yasamal rayonu ATS - in rəisi


Prezident İlham Əliyev 29 sentyabr 2022-ci il tarixində 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olduğu qeyd edilir. Bu addım xüsusi anlam daşıyır, milli-mənəvi əhəmiyyət kəsb edir.

Heydər Əliyev bütövlükdə türk dünyasının böyük dövlət xadimi, eyni zamanda müasir dövrdəki dövlətçiliyin yeni tipologiyasının əsaslarını qoyanlardan biridir. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi bu gün bütün dünyada etiraf olunur, hörmətlə qarşılanır və yüksək qiymətləndirilir. Azərbaycan dövlətçiliyinə, dövlətçiliyimizin inkişafına verilən əvəzolunmaz töhfələr məhz ulu öndər Heydər Əliyev şəxsiyyətində ən yüksək zirvəyə çatdı. Xalqına, onun müdrikiliyinə, intellektual potensialına sonsuz inam Heydər Əliyev şəxsiyyətini ideal səviyyəyə qaldırdı. Əvvəlcə, Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinə, 1969-cu il iyulun 14-dən respublikamıza rəhbərlik edən Heydər Əliyev ölkəmizin müstəqil dövlətçilik ənənələrinin yeni müstəvidə inkişaf etdirilməsində, milli mənlik şüurunun oyanışında əvəzsiz xidmətlər göstərmişdir. Azərbaycan KP MK-nın birinci katibi kimi Heydər Əliyevin yorulmaz fəaliyyəti, misilsiz təşəbbüskarlığı və böyük təşkilatçılığı 1970-80-ci illərdəki bütün müvəffəqiyyətlərin əsası oldu. Heydər Əliyevin qəti mövqeyi nəticəsində ermənilərin Azərbaycanın tarixi-etnik torpağı olan Dağlıq Qarabağa əsassız iddialarına qarşı müqavimət göstərildi, Azərbaycan torpaqlarının bir qarışı belə Ermənistana verilmədi.

1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasının qəbul edilməsi Heydər Əliyevin uzaqgörən bir addımı idi. Onun təşəbbüsü ilə o dövrdəki Konstitusiyamızda Azərbaycan dili dövlət dili elan edildi. Bu, həmin dövrdə dövlətçiliyimizin bərpasına doğru atılan olduqca cəsarətli bir addım, dilimizin, milli dövlətçilik ənənələrimizin inkişaf etdirilməsinə Heydər Əliyev tərəfindən göstərilən əvəzsiz xidmət idi.
Əli Həsənov: “Heydər Əliyev İli”; mənəvi və sosial tələb …

Səksəninci illərin əvvəllərində (1982-1987) Moskvaya yüksək vəzifəyə irəli çəkiləndən sonra da Heydər Əliyev Azərbaycanın milli dövlətçilik maraqlarını daha yüksək səviyyədə müdafiə etməyə başladı. Heydər Əliyevin Azərbaycanda nüfuzunun yüksək olması və xalq tərəfindən sevilməsi 70-ci illərin sonundan etibarən Moskvanı açıq şəkildə olmasa da, gizlicə narahat edirdi. Heydər Əliyev Andropovun yanında etibarlı adam idi. Lakin Andropovun yanında etibarlı, işgüzar, bilikli, bacarıqlı bir şəxsiyyət kimi tanınan Heydər Əliyev 1985-ci ildə hakimiyyətə gələn dar düşüncəli, səriştəsi olmayan M.S. Qorbaçov tərəfindən qısqanclıqla qarşılandı, müxtəlif böhtanlarla onun nüfuzunu alçaltmaq üçün əməli fəaliyyətə keçildi. 1987-ci il oktyabr ayının 21-də keçirilən Sov. İKP MK plenumunda Heydər Əliyev “xəstəliyinə görə” vəzifəsindən azad edildi.

Lakin bununla belə Heydər Əliyev siyasi fəaliyyətindən əl çəkmədi. 1990-cı il yanvar ayının 20-də isə baş verən qanlı faciəyə görə o, Qorbaçovun yeritdiyi qanlı siyasəti kəskin şəkildə pislədi. Azərbaycan və SSRİ rəhbərliyinin mane olmasına baxmayaraq, Heydər Əliyev çətinliklə də olsa, 1990-cı il iyul ayının 20-də Bakıya qayıtdı. Buradan isə o, Naxçıvana getdi. Naxçıvanda xalq tərəfindən böyük sevgi ilə qarşılanan Heydər Əliyev həmin il Naxçıvan MR Ali Sovetinin deputatı seçildi. Bundan sonra yenidən bütün diqqətini Azərbaycanın milli dövlətçiliyinin bərpasına yönəldən Heydər Əliyevin tələbi ilə Naxçıvan MR-in adından “sovet və sosialist” sözləri götürüldü.1991-ci il, sentyabr ayının 1-də Heydər Əliyev Naxçıvan MR Ali Sovetinin sədri seçildi.

Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın müstəqilliyinin mühüm atributlarından olan üçrəngli dövlət bayrağımız Naxçıvan Ali Məclisi binasının üzərində dalğalanmağa başladı. Blokada vəziyyətinə alınmış Naxçıvana Heydər Əliyevin gərgin zəhməti nəticəsində yardımlar edilmişdir. Nəhayət, Heydər Əliyevin tələbi ilə imperiya qoşunları Naxçıvanı tərk etməyə məcbur oldu. Bu isə de-fakto Naxçıvanda Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması demək idi.1991-ci ilin payızında Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində Heydər Əliyevin mühüm rolu oldu.

1992-ci ilin oktyabrında respublikanın 91 nəfər ziyalısı “Səs” qəzeti vasitəsilə Heydər Əliyevə müraciət etdi. Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası yaradıldı. Ulu öndərin qeyd etdiyi kimi: “Bizim partiya sağlam düşüncə, sağlam fikir — xalqı birləşdirmək və Azərbaycanın o mürəkkəb həyatında ölkənin problemlərinin həll olunmasında iştirak etmək, öz xidmətlərini göstərmək məqsədi ilə yarandı”.
Əli Həsənov: “Heydər Əliyev İli”; mənəvi və sosial tələb …

1992-1993-cü illərdə Azərbaycanın başı üzərini yenidən dövlət müstəqilliyini itirmək təhlükəsi aldı. Belə bir vəziyyətdə – 1993-cü ilin iyun ayında Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi. O, dərhal Azərbaycanın başı üzərini alan təhlükənin aradan qaldırılması və dövlət müstəqilliyimizin bir də əldən verilməməsi üçün bütün gücünü səfərbər etdi. 1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bununla da Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin inkişaf etdirilməsi, möhkəmləndirilməsi və onun dünya dövlətləri sırasında öz layiqli yerlərindən birini tutması sahəsində yeni bir mərhələ başlandı. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı.
Əli Həsənov: “Heydər Əliyev İli”; mənəvi və sosial tələb …

Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin mayında Ermənistanla atəşkəs barədə razılıq əldə edildi. O dövrki tarixi reallıq atəşkəsə imza atılmasını zəruri edirdi. Heydər Əliyev atəşkəs bəyanatına imza atdıqdan sonra müasir ordu quruculuğuna start verdi, təlim və tədris üçün hərbçilərimiz xarici ölkələrə göndərildi. Ümummilli Lider hər dəfə bəyan edirdi ki, biz öz torpaqlarımıza qayıdacağıq, torpaqlarımızı işğaldan azad edəcəyik. Və artıq bu vəd özünü doğruldub. 44 günlük Vətən müharibəsi ilə qazandığımız zəfər məhz Ulu Öndər tərəfindən əsası qoyuluş hərbi strategiyamızın uzaqgörənliyinin, mükəmməlliyinin nəticəsi idi.
Əli Həsənov: “Heydər Əliyev İli”; mənəvi və sosial tələb …

1994-cü ilin sentyabr ayının 20-də isə xarici ölkələrin neft şirkətləri ilə Xəzərin neft və qazla zəngin strukturlarının işlədilməsi barədə “Əsrin müqaviləsi” adlı tarixi sənəd imzalandı. Bununla da Azərbaycanın iqtisadi cəhətdən daha da inkişaf etdirilməsinə və onun təhlükəsizliyinin təmini üçün daha uğurlu tədbirlər həyata keçirməyə imkan verdi. Xəzər neftinin dünya bazarına nəqlinə imkan verən Bakı-Tbilisi-Ceyhan neft, həmçinin Bakı-Tbilisi- Ərzurum qaz kəmərlərinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinə verilən daha bir töhfə oldu.

Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə keçirilən ümumxalq referendumunda qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası demokratik, dünyəvi, hüquqi və unitar respublika kimi dövlət mexanizminin əsasını qoydu . Konstitusiyanın qəbulu Azərbaycanın zəngin dövlətçilik tarixinin, dövlətin bir suveren təsisat kimi mövcudluğunun təsdiqi idi.

2001-ci il noyabrın 9-10-da ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi soydaşlarımızla həmrəyliyin təmin edilməsinə, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əsas amil olan diasporun təşkilatlanması üçün hüquqi bazanın əsasının qoyulmasına, görüləcək işlərin bir mərkəzdən idarə olunması üçün Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasında baza rolunu oynadı.

Ümummilli liderimiz Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik dəyərlərin daha möhkəm intişar tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına hər zaman xüsusi diqqətlə yanaşmışdır. Prezident Heydər Əliyev beynəlxalq təşkilatlar və Avropanın mötəbər təşkilatları ilə səmərəli və işgüzar əlaqələrin qurulmasına mühüm diqqət yetirirdi. Azərbaycan liderinin NATO, ATƏT, Avropa İttifaqı kimi beynəlxalq qurumların işində fəal iştirakı da, heç şübhəsiz, Azərbaycanın xarici siyasətinin uğurları və ölkəmizin nüfuzunun göstəricisi sayıla bilər.

Heydər Əliyev tərəfindən əsası qoyulan balanslı xarici siyasət konsepsiyasının uzaqgörənliyi ondan ibarətdir ki, bu, müasir dövrdə Azərbaycan dövləti qarşısında duran problemləri həll etməyə qadir olan yeganə konsepsiyadır. Ulu öndərin qətiyyəti nəticəsində Azərbaycan Respublikası 2002-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul edilərək ümumavropa ailəsinə qovuşmuş və burada öz layiqli yerini tutmuşdur. Müasir Azərbaycanın inkişaf modelinin təzahürlərindən biri də azərbaycançılıq ideologiyasıdır. Ümummilli lider Heydər Əliyev milli ideyanın yaranması, xalqa çatdırılması istiqamətində xalqımıza çox böyük, əhəmiyyətli bir elmi irs qoyub getdi. Hansı ki, onun üzərində bu gün müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir.

Ümummilli lider bizim üçün elmi prinsiplərə və zəngin intellektual potensiala əsaslanan mükəmməl bir dövlətçilik konsepsiyası yaratmış, dövlət idarəçiliyi sahəsində zəngin elmi-nəzəri və praktiki irs qoymuşdur. Onun dövlətçilik ideyalarının elmi-nəzəri əsasları təkcə bu gün üçün deyil, gələcək üçün də əhəmiyyətlidir. Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir. Ulu öndərin dövlət idarəçiliyi məktəbinin ən görkəmli nümayəndəsi, beynəlxalq aləmdə nüfuzlu siyasətçi kimi qəbul olunmuş, müasir təfəkkürlü, səriştəli və cəsarətli Prezidentimiz İlham Əliyev atdığı addımlarda Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olduğunu təsdiqləmişdir. Qazanılan hər bir uğur isə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik strategiyasının əməli nəticəsi kimi diqqət çəkir.

Bütün bu sadalananlar Heydər Əliyev fəaliyyətinin qısa bir nümunəsidir. 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması həm mənəvi, həm də sosial bir tələbdir. Həmin dövrdə Ulu Öndərin siyasi fəaliyyəti, Azərbaycan tarixinin Heydər Əliyev səhifəsi daha da dərindən araşdırılacaq. 2023-cü ildə hər bir azərbaycanlı Ulu Öndərin anadan olmasının 100 illiyində onun əziz xatirəsini dərin minnətdarlıq hissi ilə anacaq.
Bugün, 18:30
Ermənistanda Rusiya casus şəbəkəsi: Siyahıda "Rus Evi" də var
Bugün, 17:51
102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb
Bugün, 17:31
Bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Bugün, 17:15
İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək
Bugün, 16:06
Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib
Bugün, 15:39
Modupe Uilyams: Fritaun kanat yolunu şəhərin nəqliyyat problemlərinin həlli kimi nəzərdən keçirir
Bugün, 14:55
Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb
Bugün, 14:25
Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir
Bugün, 13:35
UN-Habitat: Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub
Bugün, 12:35
WUF13-də "Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri" təşəbbüsü təqdim olunub
Bugün, 11:47
Oğul anasını traktorla vurub öldürdü
Bugün, 11:08
Bakıdan qlobal çağırış: mənzil böhranı dərinləşir
Bugün, 10:21
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur
Bugün, 09:48
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bugün, 09:33
Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib
Bugün, 09:03
Prezidentin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasiminə dair videoçarx paylaşılıb
Dün, 18:25
Deputatlar Tacikistana gedirlər
Dün, 17:57
İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
Dün, 17:23
Prezident İlham Əliyev: Azərbaycan “vahid Çin” siyasətini daim dəstəkləyir
Dün, 17:01
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dün, 15:22
Özbəkistan lideri: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yolu keçir
Dün, 14:44
“Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə dəyişiklik edilib
Dün, 13:07
Prezident İlham Əliyev: WUF13-də rekord sayda iştirakçıları qəbul edirik
Dün, 12:39
Azərbaycanın dörd ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
Dün, 12:19
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə iştirak edir - CANLI
Dün, 11:47
Kobaxidze Bakıdadır - Foto
Dün, 10:45
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı