Ədalət Hacıyev: 20 Yanvar faciəsi milli azadlıq hərəkatımızın zirvəsi kimi tarixə həkk olunub
Ədalət Hacıyev
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi
Azərbaycan xalqının 33 il öncə yaşadığı 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda aparılan milli azadlıq hərəkatımızın zirvəsi kimi tarixə həkk olunub. Azərbaycanı cəzalandırmaq üçün Kreml 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Qanlı Yanvar qırğınını törətdi. Günahsız insanları öldürən sovet imperiyası öz istəyinə nail ola bilmədi. Əksinə, 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Bir sözlə, Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərdi. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilərək dönməz xarakter aldı və xalqımız öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. Təəssüf ki, həmin dövrdəki ölkə rəhbərliyi, eləcə də müstəqilliyin ilk ilərində yaranmış boşluqdan istifadə edərək hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü 20 Yanvar hadisələrinə heç bir qiymət verə bilmədilər.
Lakin heç bir təhlükədən çəkinməyən Ümummilli Lider Heydər Əliyev Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq cəsarətli addım ataraq Qanlı Yanvar hadisəsinin səhəri günü - 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmiş və Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə öz etirazını bildirmişdi. Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etmiş, cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etmişdi. Daha sonra Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi.
Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin sistemli fəaliyyəti 20 Yanvar həqiqətlərinin ifşa olunmasına xidmət etmşidir. Belə ki, Ulu Öndərin təşəbbüs və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiymət verən Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul olmuş və bunun nəticəsində həqiqətlər üzə çıxmışdır.
Hər zaman Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Ölkə başçısı şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə 19 yanvar 2006-cı il tarixdə “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərman imzalamışdır. Cari ilin 13 yanvar tarixində isə həmin Fərmana edilmiş dəyişikliyə əsasən təqaüdün məbləği 600 manat təşkil edir. Həyata keçirilən bütün tədbirlər bir daha onu təsdiq edir ki, şəhid ailələri hər zaman dövlətimizin diqqət mərkəzindədir.
Dün, 18:30
Ermənistanda Rusiya casus şəbəkəsi: Siyahıda "Rus Evi" də var
Dün, 17:51
102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb
Dün, 17:31
Bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Dün, 17:15
İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək
Dün, 16:06
Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib
Dün, 15:39
Modupe Uilyams: Fritaun kanat yolunu şəhərin nəqliyyat problemlərinin həlli kimi nəzərdən keçirir
Dün, 14:55
Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb
Dün, 14:25
Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir
Dün, 13:35
UN-Habitat: Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub
Dün, 12:35
WUF13-də "Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri" təşəbbüsü təqdim olunub
Dün, 11:47
Oğul anasını traktorla vurub öldürdü
Dün, 11:08
Bakıdan qlobal çağırış: mənzil böhranı dərinləşir
Dün, 10:21
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur
Dün, 09:48
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Dün, 09:33
Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib
Dün, 09:03
Prezidentin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasiminə dair videoçarx paylaşılıb
18-05-2026, 18:25
Deputatlar Tacikistana gedirlər
18-05-2026, 17:57
İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
18-05-2026, 17:23
Prezident İlham Əliyev: Azərbaycan “vahid Çin” siyasətini daim dəstəkləyir
18-05-2026, 17:01
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
18-05-2026, 15:22
Özbəkistan lideri: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yolu keçir
18-05-2026, 14:44
“Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə dəyişiklik edilib
18-05-2026, 13:07
Prezident İlham Əliyev: WUF13-də rekord sayda iştirakçıları qəbul edirik
18-05-2026, 12:39
Azərbaycanın dörd ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
18-05-2026, 12:19
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə iştirak edir - CANLI
18-05-2026, 11:47
Kobaxidze Bakıdadır - Foto
18-05-2026, 10:45
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
