Diplomatlar və hərbi attaşelər Zəngilan və Qubadlıya səfər ediblər - FOTOLAR
Gündəm / Siyasət
Oxunub: 0
10 Ara 2022 | 21:39
Diplomatlar və hərbi attaşelər Zəngilan və Qubadlıya səfər ediblər - FOTOLAR

Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelər dekabrın 10-da Zəngilan və Qubadlı rayonlarına səfər ediblər.

Səfərdə iqamətgahı Bakı və Ankarada yerləşən 70-ə yaxın səfirlik və 10-dan çox beynəlxalq təşkilatın nümayəndələri - səfirlər, rəhbər şəxslər və digər diplomatlar, hərbi attaşelər, həmçinin Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Diplomatlar və hərbi attaşelər əvvəlcə Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olublar. Hava limanının direktoru Vüqar Həsənov qonaqlara aeroport haqqında məlumat verib.

Səfər Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülmüş işlər və qarşıda duran planlara dair brifinqlə davam edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngilan və Qubadlı rayonlarının tarixi, demoqrafik vəziyyəti, strateji əhəmiyyəti və iqtisadi potensialı, Ermənistanın 30 ilə yaxın hərbi işğalı nəticəsində vurulmuş ziyan haqqında ətraflı məlumat verib. Hikmət Hacıyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən işğaldan azad olunduqdan sonra burada həyata keçirilən irimiqyaslı bərpa və yenidənqurma işləri barədə danışıb, mina problemi, Zəngəzur dəhlizi və Azərbaycanın sülh gündəliyi kimi məsələlər üzrə ölkəmizin mövqeyini diqqətə çatdırıb.

Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Zəngilan və Qubadlı şəhərlərinin baş planları barədə təqdimatla çıxış edib.

Digər çıxış edənlər - Azərbaycan Respublikası Prezidentinin Zəngilan, Qarabağ və Şuşada xüsusi nümayəndələri Vahid Hacıyev, Emin Hüseynov və Aydın Kərimov qonaqlara görülən işlər barədə məlumat veriblər.

Brifinqdən sonra iştirakçılar Zəngilan şəhərinə yola düşüblər. Yolüstü Oxçuçayın keçdiyi ərazidə onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi tərəfindən Ermənistanın və bir sıra əcnəbi şirkətlərin məqsədyönlü şəkildə çaya tullantılar buraxmaqla törətdiyi ekoloji terror, vurulmuş ziyan barədə məlumat verilib.

Zəngilan şəhərində iştirakçılar Ermənistanın törətdiyi dağıntıların miqyası və hazırda həyata keçirilən bərpa və yenidənqurma işləri, o cümlədən Heydər Əliyev Fondu tərəfindən inşa edilən yeni məscid, habelə ilk yaşayış binası, məktəb və digər layihələrlə yaxından tanış olublar.

Daha sonra Zəngilan rayonunun Ağalı kəndinə gələn xarici qonaqlara “Ağıllı kənd” layihəsi, kənd infrastrukturu, Arximed turbini tipli Su Elektrik Stansiyası barədə məlumat verilib.

Səfər Qubadlı şəhərində davam etdirilib. Qubadlıda qonaqlar Ermənistanın viran qoyduğu şəhərdə aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub, şəhər mərkəzinə və həyata keçirilən infrastruktur layihələrinə baxıblar.

Sonda səfərdə iştirak edən səfirlər və rəhbər şəxslər, diplomatik korpusun digər üzvləri və hərbi attaşelər, habelə Türkiyə Respublikasının dövlət qurumlarının nümayəndələri Zəngilan Beynəlxalq Hava Limanından xüsusi çarter reysləri ilə Bakı və Ankara şəhərlərinə yola salınıblar.
Diplomatlar və hərbi attaşelər Zəngilan və Qubadlıya səfər ediblər - FOTOLARDiplomatlar və hərbi attaşelər Zəngilan və Qubadlıya səfər ediblər - FOTOLARDiplomatlar və hərbi attaşelər Zəngilan və Qubadlıya səfər ediblər - FOTOLARDiplomatlar və hərbi attaşelər Zəngilan və Qubadlıya səfər ediblər - FOTOLARDiplomatlar və hərbi attaşelər Zəngilan və Qubadlıya səfər ediblər - FOTOLARDiplomatlar və hərbi attaşelər Zəngilan və Qubadlıya səfər ediblər - FOTOLARDiplomatlar və hərbi attaşelər Zəngilan və Qubadlıya səfər ediblər - FOTOLARDiplomatlar və hərbi attaşelər Zəngilan və Qubadlıya səfər ediblər - FOTOLARDiplomatlar və hərbi attaşelər Zəngilan və Qubadlıya səfər ediblər - FOTOLAR[img=left]https://unikal.az/photos/unikal/1670690995_6394b5bbd63836394b5bbd638416706902346394b5bbd63816394b5bbd6382.jpg[/img[img=left]https://unikal.az/photos/unikal/1670690995_6394b5bc3d7956394b5bc3d79616706902346394b5bc3d7916394b5bc3d793.jpg[/img]Diplomatlar və hərbi attaşelər Zəngilan və Qubadlıya səfər ediblər - FOTOLAR
Bugün, 16:11
Şəhərlər bizi nəzərə almadan qurulur – BMT rəsmisindən mesaj
Bugün, 15:25
Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
Bugün, 14:53
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Bugün, 14:08
"Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər
Bugün, 12:52
Avtobusdan istifadə edən sərnişinlərin sayı artıb
Bugün, 11:53
CAR naziri Bakıda danışdı: Sakinlər təhlükəsiz ərazilərə köçürülür
Bugün, 11:08
Məcburi köçkünlərlə bağlı mühüm qərar - parlament komitələri toplaşır
Bugün, 10:36
"Energetika Memarlığı" filmi təqdim olunub
Bugün, 10:01
Azərbaycanla Keniya arasında anlaşma memorandumu imzalanıb
Bugün, 09:32
Esvatini Kralı Bakı Ali Neft Məktəbində olub
Bugün, 09:06
Azərbaycan nefti ucuzlaşıb
Dün, 18:30
Ermənistanda Rusiya casus şəbəkəsi: Siyahıda "Rus Evi" də var
Dün, 17:51
102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb
Dün, 17:31
Bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Dün, 17:15
İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək
Dün, 16:06
Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib
Dün, 15:39
Modupe Uilyams: Fritaun kanat yolunu şəhərin nəqliyyat problemlərinin həlli kimi nəzərdən keçirir
Dün, 14:55
Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb
Dün, 14:25
Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir
Dün, 13:35
UN-Habitat: Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub
Dün, 12:35
WUF13-də "Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri" təşəbbüsü təqdim olunub
Dün, 11:47
Oğul anasını traktorla vurub öldürdü
Dün, 11:08
Bakıdan qlobal çağırış: mənzil böhranı dərinləşir
Dün, 10:21
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur
Dün, 09:48
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Dün, 09:33
Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib
Dün, 09:03
Prezidentin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasiminə dair videoçarx paylaşılıb