Xalq üçün, Vətən üçün yaşanan ömür əsil insan ömrüdür
Xeyirxah iş, xeyirxah əməl insanı mənən ucaldır
Allah ruzini bizə verir ki, onu paylaşmağı, ehtiyacı olanla bölməyi də unutmayaq. Unuduruqsa, bu insan olsaq da insaniyyətdən xəbəri olmamaq deməkdir bizim üçün. Ona görə ki, əgər xeyirxahlıq məhfumu olmasaydı, insanlıq da olmazdı.
Xeyirxahlıq və yardım həm maddi, həm də mənəvi olur. Yardımlaşmanın ən qiymətlisi mənəvi yardımlaşma hesab olunur. Bu gün dünyada insanlar maddi vəziyyəti pis olanlar, həmçinin müharibədən, təbii fəlakətdən zərər çəkən insanlara yardım etmək üçün müxtəlif cəmiyyətlər, təşkilatlar qururlar. Təbii ki, bu cür işlərin həyata keçirilməsi çox faydalıdır.
Unutmayaq ki, ən böyük əxlaqi vəzifə öz qəlbini xeyirxahlığa öyrətməkdən, başqalarına da bunu təlqin etməkdən ibarətdir. Xeyirxah iş, xeyirxah əməl insanı mənən ucaldır, onu yaşadığın cəmiyyətin ən layiqli üzvünə çevirir. Bir çox savab işlər görüb xeyirxahlıq edərək əsl insanlıq nümayiş etdirən şəxslərdən biri də Yusif Yusibov Çünki Yusif Yusibov bütün insani keyfiyyətləri özündə əks etdirən şəxslərdən biridir. Onun gördüyü xeyir işlərin sayı-hesabı yoxdur. O, bir çox ehtiyac sahiblərinə, eləcə də köməyə ehtiyacı olan hər kəsə öz səlahiyyətləri çərçivəsində istənilən köməkliyi göstərmiş və hər zaman əlindən gələn heç bir şeyi əsirgəməmişdir. Onu da qeyd etmək lazımdır ki, Yusif Yusibov insani keyfiyyətləri özündə birləşdirməklə yanaşı işinin də əsl bilicisidir. Yusif Yusibov vəzifə borcunu layiqincə yerinə yetirməyi eləcə də fəaliyyət göstərdiyi sahə üzrə ən perspektivli işlərin həyata keçirilməsini təmin etməyi bacaran insandır. Burdan da məlum olur ki, Yusif müəllim yüksək insani keyfiyyətlərə malik, həm də işinin əsl peşəkarı olan bir şəxsdir.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib geridə qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib. Gələcək nəsil üçün nümunə olacaq şərəfli bir ömür yolu keçmisən. Bu yazıda məhz elə insanlardan birinin-gözəl insan, xeyriyyəçi Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Yusif Yusibov Vətənə ləyaqət nümunəsi sayılacaq məmurlardandır.
Yusif Yusibov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Yusif Yusibov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Bəli, dogurdan da cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir. Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov millətimizin yetişdirdiyi bir ziyalıdır.Yusif Yusibov sıradan bir şəxs deyil, bütün ömrünü insanların rifahı işinə sərf edib. O, əsl Vətəndaşıdır. Onun qəlbi böyükdür. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, insanlıgı, xeyrxahlıgı sevir, bu amalla yaşayır.
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana,Yusif Yusibova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Bugün, 18:16
Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm
Bugün, 17:33
Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib
Bugün, 16:56
WUF13-ə onlayn qeydiyyat uzadıldı
Bugün, 16:11
Şəhərlər bizi nəzərə almadan qurulur – BMT rəsmisindən mesaj
Bugün, 15:25
Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
Bugün, 14:53
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Bugün, 14:08
"Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər
Bugün, 12:52
Avtobusdan istifadə edən sərnişinlərin sayı artıb
Bugün, 11:53
CAR naziri Bakıda danışdı: Sakinlər təhlükəsiz ərazilərə köçürülür
Bugün, 11:08
Məcburi köçkünlərlə bağlı mühüm qərar - parlament komitələri toplaşır
Bugün, 10:36
"Energetika Memarlığı" filmi təqdim olunub
Bugün, 10:01
Azərbaycanla Keniya arasında anlaşma memorandumu imzalanıb
Bugün, 09:32
Esvatini Kralı Bakı Ali Neft Məktəbində olub
Bugün, 09:06
Azərbaycan nefti ucuzlaşıb
Dün, 18:30
Ermənistanda Rusiya casus şəbəkəsi: Siyahıda "Rus Evi" də var
Dün, 17:51
102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb
Dün, 17:31
Bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Dün, 17:15
İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək
Dün, 16:06
Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib
Dün, 15:39
Modupe Uilyams: Fritaun kanat yolunu şəhərin nəqliyyat problemlərinin həlli kimi nəzərdən keçirir
Dün, 14:55
Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb
Dün, 14:25
Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir
Dün, 13:35
UN-Habitat: Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub
Dün, 12:35
WUF13-də "Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri" təşəbbüsü təqdim olunub
Dün, 11:47
Oğul anasını traktorla vurub öldürdü
Dün, 11:08
Bakıdan qlobal çağırış: mənzil böhranı dərinləşir
Dün, 10:21
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur
