Naxçıvana ayrılan pulları mənimsəyənlər sərt cəzalanacaq…
Son günlərdə demək olar ki, Azərbaycan cəmiyyətində bütün diqqətlər Naxçıvana yönəlib. Muxtar Respublikadan gələn həbs xəbərləri geniş müzakirələrə səbəb olub.
Bunun hansısa siyasi proses olduğunu düşünənlər də az deyil.
Amma ortada həbsləri gərəkdirəcək ciddi faktlar var axı...
Təsəvvür edin, təkcə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu 132 milyon manat dövlət vəsaitini mənimsəkdə ittiham olunur. Muxtar Respublikanın maliyyə naziri Rafael Əliyev də ondan geri qalmır. Nazir isə 144 milyon manatı türklər demiş, “cepə endirib”.
Fotoda Rafael Əliyev
.png)
Əgər sözügedən mənimsəmə faktları varsa, həbslər niyə təəccüblə qarşılanmalıdır ki? Naxçıvan Muxtar Respublikası da Azərbaycanın ayrılmaz bir hissəsidir. Ölkənin digər regionlarında olduğu kimi, orada da korrupsiyaya qarşı əməliyyatların keçirilməsi aidiyyəti dövlət orqanlarının vəzifə borcudur. Yəni, Naxçıvandakı həbslər digər bölgələrdə və strukturlarda analoji pozuntularla bağlı tədbirlərdən heç nə ilə fərqlənmir.
Bu isə o deməkdir ki, Şəmkirin sabiq başçısı Alimpaşa Məmmədovla Rafel Əliyev, o cümlədən İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevlə Mənsur Əsgərov arasında heç bir fərq yoxdur. Adıçəkilən şəxslərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə ittiham olunur - 179.4!
.jpg)
Bu gün Naxçıvanda quruculuq, tikinti, abadlıq işləri birbaşa Prezident İlham Əliyevin siyasətidir. Bu məqsədlə Naxçıvana lazımi vəsait ayrılır, bu məsələdə sui-istifadə, mənimsəmə hallarına yol verənlər də sərt cəzalandırılmalıdır.
Görünür, Naxçıvan gömrüyündə Səfər Mehdiyevdən qalma oturuşmuş korrupsiya sistemi mövcud olub. Araşdırmalar göstərib ki, Naxçıvana gətirilən mallarda külli miqdarda gömrükdən yayınma halları var. Məhz buna görə Naxçıvanda adambaşına düşən ümumi istehlak payı Azərbaycanın digər bölgələrindəki göstəricidən 10 faiz az göstərilib. Əslində isə bu 10 faizlik fərq Naxçıvana malların gömrükdən kənar gətirilməsi, “yeyinti” ilə bağlıdır.
Halbuki hər il dövlət büdcəsindən təxminən 500 milyon manatdan çox vəsait Naxçıvanın maliyyələşməsi üçün ayrılır. Gələn ilin dövlət büdcəsində Naxçıvanın öz gəlirlərinin 185 milyon manat olacağı gözlənilir. Aydındır ki, bu rəqəm real mənzərəni əks etdirmir. Əgər yalnız gömrükdə 100 milyon manatdan artıq mənimsəmə faktı aşkarlanıbsa, ümumilikdə yeyinti və mənimsəmənin səviyyəsini təxmin etmək olar.
Bəs, Naxçıvanda bundan sonra proseslər hansı istiqamətdə gedəcək. Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli “Qafqazinfo”ya danışıb.
Onun fikrincə, Naxçıvanda baş verənlər korrupsiya əməllərinin ifşası, yoxlamalar aysberqin görünən hissəsidir:
“Çox güman Naxçıvanın ümumi idarəetməsi, muxtariyyət statusu ilə bağlı gələcəkdə müəyyən qərarların qəbul edilməsi üçün zəmin hazırlanır. Doğru olan da məhz budur. Çünki unitar dövlətdə ayrıca muxtar vilayətin olması problemlər yarada bilər, hətta Qarabağ danışıqlarına belə maneə törədə bilər. Ona görə də düşünürəm ki, yoxlamaların sərtləşməsi, korrupsiya əməllərinin ifşası, Muxtar Respublikanın yerli orqanlarının gələcəkdə mərkəzi idarəetmə orqanlarına birləşdirilməsi prosesi davam etdiriləcək. Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizlik Xidməti ilə bağlı biz bu prosesləri gördük. Nəticə etibarilə biz gələcəkdə Naxçıvan bölgəsinin ümumi idarəetməsinin statusu ilə bağlı yeni dəyişikliklərin, yeni təkliflərin səsləndirilməsinin şahidi ola bilərik. Mənə elə gəlir ki, bu proseslər məhz o qlobal hədəfə hazırlıq kimi görülür”.

Dövlət büdcəsindən Naxçıvana ayrılan dotasiyaya da toxunan iqtisadçı qeyd edib ki, əslində bölgənin dövlət büdcəsindən asılılığı çoxdan azalmalı idi:
“Naxçıvanın coğrafi mövqeyi, Türkiyə və İranla sərhədlərinin olması bu bölgəyə kifayət qədər üstünlük qazandırmalı idi. Təəssüf ki, Naxçıvan Azərbaycan müstəqillik qazandıqdan sonra hər il dövlət büdcəsindən ən çox dotasiya alan bölgə oldu. Həmişə böyük dotasiyalar alır. Mənə elə gəlir ki, son əməliyyatlar, yoxlamalar sübut etdi ki, Naxçıvan ayrıca bölgə kimi də iqtisadi cəhətdən özünü doğrultmur, özünün dolandıra bilmir. Bu da iqtisadi məsələdən daha çox idarəetmə ilə bağlı problem idi. Çox güman ki, idarəetmə sistemini dəyişmədən iqtisadi müstəqilliyə, iqtisadi olaraq özü-özünü maliyyələşdirməyə də keçid mümkün olmayacaq. Əslində əhali sayı, ərazini, iqtisadi münasibətlərin imkanlarını nəzərə alsaq, Naxçıvan ən azından özünün maliyyələşdirməyə qadir olmalı idi. Ən azı bu bölgənin 500 milyon manat olmalı idi”.
Bugün, 18:16
Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm
Bugün, 17:33
Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib
Bugün, 16:56
WUF13-ə onlayn qeydiyyat uzadıldı
Bugün, 16:11
Şəhərlər bizi nəzərə almadan qurulur – BMT rəsmisindən mesaj
Bugün, 15:25
Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
Bugün, 14:53
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Bugün, 14:08
"Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər
Bugün, 12:52
Avtobusdan istifadə edən sərnişinlərin sayı artıb
Bugün, 11:53
CAR naziri Bakıda danışdı: Sakinlər təhlükəsiz ərazilərə köçürülür
Bugün, 11:08
Məcburi köçkünlərlə bağlı mühüm qərar - parlament komitələri toplaşır
Bugün, 10:36
"Energetika Memarlığı" filmi təqdim olunub
Bugün, 10:01
Azərbaycanla Keniya arasında anlaşma memorandumu imzalanıb
Bugün, 09:32
Esvatini Kralı Bakı Ali Neft Məktəbində olub
Bugün, 09:06
Azərbaycan nefti ucuzlaşıb
Dün, 18:30
Ermənistanda Rusiya casus şəbəkəsi: Siyahıda "Rus Evi" də var
Dün, 17:51
102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb
Dün, 17:31
Bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Dün, 17:15
İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək
Dün, 16:06
Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib
Dün, 15:39
Modupe Uilyams: Fritaun kanat yolunu şəhərin nəqliyyat problemlərinin həlli kimi nəzərdən keçirir
Dün, 14:55
Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb
Dün, 14:25
Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir
Dün, 13:35
UN-Habitat: Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub
Dün, 12:35
WUF13-də "Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri" təşəbbüsü təqdim olunub
Dün, 11:47
Oğul anasını traktorla vurub öldürdü
Dün, 11:08
Bakıdan qlobal çağırış: mənzil böhranı dərinləşir
Dün, 10:21
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur
