Vəzifəli şəxsin evdən qovduğu oğlunu arvadı niyə baltalayıb? - Qətlin TƏFƏRRÜATI

Ağstafada 1984-cü il təvəllüdlü əri Elvin Abdullayevi baltalayaraq qətlə yetirən qadının məhkəmə prosesi başa çatıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1985-ci il təvəllüdlü Aynur Abdullayeva 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin yanvarın 3-də Ağstafanın Dağkəsəmən kəndində qeydə alınıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Aynur Abdullayeva ifadəsində bildirib ki, hadisə günü Elvin sərxoş olub və bu səbəbdən evdə ailə üzvlərini öldürməklə hədələyib.
“Elvin son dövrlər spirtli içkilərə həddən artıq aludə olduğuna görə evdə tez-tez qanqaraçılıq, yersiz münaqişələr yaradırdı. Həmin münaqişələr vaxtı da ünvanıma nalayiq ifadələr işlədir, məni vururdu. Elvin Qazax Yanğından Mühafizə Hissəsində dispetçer vəzifəsində, kiçik çavuş rütbəsində işləyirdi. Bir gün işdə, iki gün isə evdə olurdu. İşə gedəndə, adətən, içki içməsə də, qalan vaxtlarda, demək olar ki, ayıq vaxtı olmurdu. Yersiz qısqanclıqlar edirdi, hətta telefon işlətməyimə icazə vermirdi. Mən də söz-söhbət olmasın deyə telefon işlətmirdim.
Bir neçə dəfə rəsmi qaydada ayrılmaq istəsəm də, Elvin icazə vermirdi. Deyirdi, özbaşına yaşaya bilməzsən, məni ölümlə hədələyirdi. Hadisədən əvvəl məzuniyyətə çıxmışdı, bu müddətdə, demək olar ki, ayıq vaxtı olmurdu”, - A.Abdullayeva ifadəsində bildirib.
Qadının sözlərinə görə, hadisə günü Elvin sərxoş halda arvadından aşağı mərtəbədə yarım qalan arağı gətirməsini istəyib. Qadın arağı gətirmək istəmədiyi üçün Elvin ona şillə vurub. Elvinin qışqırığından uşaqların oyanacağından ehtiyat edərək gedib arağı gətirib. Təxminən bir saat sonra Elvin ayağa durub, “sizə demişdim ki, bu evdən bu gecə heç kim sağ çıxmayacaq” deyib. O, qalxıb şalvarını geyinərkən yerə yıxılıb. Aynur isə Elvinin onları öldürmək istəyindən şübhələnərək baltaya əl atıb. Elvinin yıxıldığını gördükdən sonra baltanı hər iki əliylə tutub Elvinin boynunun sol arxa hissəsindən var qüvvəsi ilə ilk zərbəni vurub. Zərbədən sonra Elvin xırıldamağa başlayıb. Bundan sonra daha iki zərbə vuraraq ərini öldürüb.
O, qətldən sonra yorğanı Elvinin üstünə çəkib, özü isə hadisənin həyəcanı ilə otaqdakı ventilyatorun yanında yerə çökərək dayanıb. Etdiyi əməldən peşman olub. Otaqdan çıxıb qapını örtüb, aşağıdakı yardımçı tikiliyə gedib.
Səhər açılanda isə öz anası Elvini soruşub, o isə ərinin yatdığını bildirib. O, qızlarına da eyni cavabı verib. Gün ərzində bir neçə dəfə qapını açıb tərpəniş olub-olmamasına baxıb. Evdəkiləri şübhələndirməmək üçün bir neçə dəfə əlində çay və şirniyyat otağa girib və geri qayıdıb. Gün ərzində anasıgil bir neçə dəfə Elvini soruşsalar da, durub, təkrar yatdığını bildirib.
Yanvarın 4-də isə Aynurun atası evdən pis qoxunun gəldiyini hiss edib. Bundan sonra Aynur hadisəni gizlətməyin mənası olmadığını başa düşərək məsələni ailə üzvlərinə danışıb. Davamında isə atası ilə birlikdə taksiyə minib Ağstafa Rayon Polis Şöbəsinə yollanıb. Atası çöldə gözləyib, o isə növbətçi hissəyə gedib ərini balta ilə vurub öldürdüyünü, meyitinin evdə olduğunu, könüllü təslim olmağa gəldiyini bildirib.
Qeyd edək ki, Elvin Abdullayev Dövlət Sığorta Agentliyinin Qazax filialının direktoru Mübariz Abdullayevin oğludur. Məhkəmədə məlum olub ki, Elvinin atası onu evdən qovduğu üçün gedib Aynurla birlikdə qayınatasıgildə yaşayırmış.
Bugün, 16:05
Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb
Bugün, 15:04
Ayxan Hacızadə: Nyu-York merinin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir
Bugün, 14:06
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Bugün, 11:40
İşlədiyi evin ikinci mərtəbəsindən yıxılıb öldü
Bugün, 09:30
Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək
Dün, 18:16
Bakıda "enerji həftəsi" keçiriləcək
Dün, 17:48
IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır
Dün, 16:58
Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb
Dün, 16:07
Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb
Dün, 15:28
Baş Prokuror İran səfirini qəbul edib
Dün, 15:08
Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb
Dün, 14:36
İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək
Dün, 12:56
Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib
Dün, 12:28
Sabah Bakıda yağış yağacaq
Dün, 11:47
Paytaxtın 3 küçəsi 2 sutkadan çox bağlı olacaq - Siyahı
Dün, 11:13
Bakıda parkda meyit tapıldı
Dün, 10:35
5 güləşçimiz mübarizəyə başlayır
Dün, 10:04
Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib
Dün, 09:37
Azərbaycan nefti 1 dollar ucuzlaşıb
Dün, 09:12
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
23-04-2026, 17:59
Gürcüstan prezidenti Acarıstan hökumətinin sədri vəzifəsinə namizəd irəli sürüb
23-04-2026, 16:57
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
23-04-2026, 16:22
Hesablama Palatası: Sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir
23-04-2026, 15:18
Pakistan İranı konstruktiv addımlar atmağa çağırıb
23-04-2026, 14:35
Sabah bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı yardımlar ödəniləcək
23-04-2026, 13:10
İlham Əliyev: Dünyadakı təhdidlər Azərbaycandakı ağsaqqallıq institutunun əhəmiyyətini vurğulayır
23-04-2026, 12:28
I rübdə vergi cinayətləri faktları üzrə 89 cinayət işi başlanılıb