Turan qətlindən bir neçə dəqiqə əvvəl qalib gəlibmiş...
Gündəm / Hadisə
Oxunub: 0
28 Kas 2022 | 15:31
Turan qətlindən bir neçə dəqiqə əvvəl qalib gəlibmiş...


Noyabrın 26-da saat 17 radələrində Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində qətl törədən 2002-ci il təvəllüdlü Ruslan Səfixanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Yevlax rayon sakini 2006-ci il təvəllüdlü Turan Rüstəmovu yarış vaxtı tribunada bıçaqlayaraq öldürən R.Səfixanovun atası, əməkdar məşqçi Elçin Səfixanov Daxili İşlər Nazirliyinin "Dinamo" İdman Cəmiyyətində çalışır. O, mülki işçi kimi həmin cəmiyyətdə fəaliyyət göstərir.

Bildirilir ki, hadisədən əvvəl T.Rüstəmov tatamiyə çıxıb və görüşünü qələbə ilə başa çatdırıb. Bundan sonra Ruslan Səfixanovun təmsil etdiyi komandanın idmançıları ilə onun arasında mübahisə baş verib. Bir qədər keçdikdən sonra isə belinə bıçaq qoymuş Ruslan Turanın oturduğu yerə yaxınlaşıb və ona zərbələr endirib. Çoxsaylı bıçaq xəsarətləri alan T.Rüstəmov vəfat edib. O, ötən gün Yevlax rayonunda dəfn edilib.

Fotoda: Ruslan Səfixanov
Turan qətlindən bir neçə dəqiqə əvvəl qalib gəlibmiş...

Qeyd edək ki, hadisə “Arifoğlu” cüdo klubunun təşkil etdiyi yarış zamanı baş verib.

Baş verən qətl sosial şəbəkələrdə ciddi müzakirələrə yol açıb. Qeyd edilib ki, bu hadisə bir neçə dəqiqənin içində yaranmış mübahisənin nəticəsinə oxşamır. Müzakirələrə qoşulan hüquqşünaslar bildiriblər ki, Cinayət Məcəlləsinin 120-ci maddəsi (Qəsdən adam öldürmə) ilə təqsirləndirilən şəxsin maddəsinin 120.2.2-ciyə (Xuliqanlıq niyyətilə adam öldürmə) dəyişdirilməsi istisna edilmir. Belə ki, hadisədə ağırlaşdırıcı hallar var. Bu maddə üzrə təqsirləndirilən şəxsi 14 ildən 20 ilədək həbs cəzası gözləyir.

Fotoda: Turan Rüstəmov
Turan qətlindən bir neçə dəqiqə əvvəl qalib gəlibmiş...Turan qətlindən bir neçə dəqiqə əvvəl qalib gəlibmiş...Turan qətlindən bir neçə dəqiqə əvvəl qalib gəlibmiş...


“Qafqazinfo”
Dün, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
Dün, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
Dün, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
Dün, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
Dün, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
Dün, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
Dün, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
Dün, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
Dün, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
Dün, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
Dün, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
Dün, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
18-06-2026, 10:17
Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib
18-06-2026, 10:05
Lamiyə Əliqızı: 18 İyun – Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü
18-06-2026, 09:14
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir
18-06-2026, 08:49
ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib
17-06-2026, 19:46
Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq olub
17-06-2026, 19:06
Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb
17-06-2026, 11:11
I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır
17-06-2026, 10:52
Azərbaycan XİN İslandiyanı təbrik edib