ABŞ-nin İrana hərbi müdaxiləsi yaxınlaşır - TƏHLİL
Gündəm / Siyasət
Oxunub: 0
22 Kas 2022 | 16:15
ABŞ-nin İrana hərbi müdaxiləsi yaxınlaşır - TƏHLİL


İranda davam edən etiraz aksiyaları, iğtişaşlar və nəhayətdə bəzi bölgələrdəki silahlı üsyan siyasi üfüqlərdə bir sualı meydana gətirir: Görəsən ABŞ İrana müdaxilə edəcəkmi?

Düşünmək olmaz ki, ABŞ İrandakı qarışıqlıq səhnəsində həmmüəllif deyil, Vaşinqton müxtəlif kəşfiyyat və hibrid vasitələrlə İslam Respublikasının daxilində oyun qurmaq təcrübəsi qazanıb.

İğtişaşlar və etirazlar ölkəsi olan İranda hökumət qüvvələri əvvəlki illərdə ən sərt üsullarla etirazları yatırmağa nail olub və bu, ABŞ-nin müdaxilə planlarının qarşısını alan nailiyyətə çevrilib.

Yəni, İranda bu zamana qədər cərəyan edən labirintlər ABŞ-nin aşkar hərbi müdaxiləsinə şərait yaradan həddə qədər yetişə bilməyib, lakin indiki tendensiyalar əvvəlki illərdəkindən fərqli şəkildə təzahür etməkdədir.

Açığı ABŞ-nin hara, hansı zamanda oldu müdaxilə etmək kimi bir dəliqanlı davranışlara sahib olmasını düşünmək özü də sadəlövhlükdür, Ağ Ev maksimal strateji soyuqqanlılıqla şəraitin yetişməsini gözləyir.

Bu şərait beynəlxalq konyunkturanın tələb və təklifləri səviyyəsinə uyğun olmalıdır, ikinci bir tərəf isə Vaşinqtonun özünün qlobal səhnədə müdaxilə imkanlarını müəyyən edən konsepsiyaya əsaslanan mühitin bərqərar olmasıdır.

İranda davam edən etiraz hərəkatının artıq silahlı qarşıdurma mərhələsinə keçidi ABŞ ağacında özünə lazım olan meyvələrin yetişməsi deməkdir. Yəni, həmin etiraz hərəkatının komponentləri ABŞ-nin birbaşa hərbi müdaxiləsini müəyyən edən baryerə çatmaq üzrədir.

Yəni İranda güc strukturları ilə əhali arasındakı silahlı münaqişə ABŞ üçün göydəndüşmə fürsətdir və Vaşinqtonun Bakı-Tehran gərginliyində birincinin tərəfində durması da onun Tehrana hərbi müdaxiləsinə hazırlıq mərhələsində olduğunu göstərir.

Qiyamların başlanmasını iki mərhələyə bölmək olar:

1. Hakimiyyət orqanlarını etirazçı qrupları heçə sayması ilə gizli təşkilatlanma başlayır,

2. Mərhələli şəkildə gizli fəaliyyət üzə çıxaraq aşkar etiraz üsulları ilə müşayiət edilir.

ABŞ-nin müdaxilə təcrübələrində üsyançı qruplar, transmilli təşkilatlar və terror təşkilatları arasında artan əlaqəni təmin etməklə məqsədinə çatmaq nailiyyətləri mövcuddur.

İranda ABŞ-nin müdaxiləsi üçün şərait yetişmək ərəfəsindədir və Ağ Ev üsyançı dəstələrlə əməkdaşlığını gələcəkdə molla rejiminin devrilməsi ilə nəticələndirmək niyyətində qəti olduğunu nümayiş etdirir.

ABŞ-nin İrana hərbi güc tətbiqi molla rejiminin cəza aparatı ilə etirazçılar arasındakı qarşıdurmanın Vaşinqton üçün müdaxiləyə səbəb olacaq baryeri aşıb-aşmayacağından asılı olacaq. Hələlik ABŞ öz planlarına yaxınlaşmaq üçün bir neçə addım öndə görünür.
Dün, 18:16
Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm
Dün, 17:33
Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib
Dün, 16:56
WUF13-ə onlayn qeydiyyat uzadıldı
Dün, 16:11
Şəhərlər bizi nəzərə almadan qurulur – BMT rəsmisindən mesaj
Dün, 15:25
Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
Dün, 14:53
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Dün, 14:08
"Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər
Dün, 12:52
Avtobusdan istifadə edən sərnişinlərin sayı artıb
Dün, 11:53
CAR naziri Bakıda danışdı: Sakinlər təhlükəsiz ərazilərə köçürülür
Dün, 11:08
Məcburi köçkünlərlə bağlı mühüm qərar - parlament komitələri toplaşır
Dün, 10:36
"Energetika Memarlığı" filmi təqdim olunub
Dün, 10:01
Azərbaycanla Keniya arasında anlaşma memorandumu imzalanıb
Dün, 09:32
Esvatini Kralı Bakı Ali Neft Məktəbində olub
Dün, 09:06
Azərbaycan nefti ucuzlaşıb
19-05-2026, 18:30
Ermənistanda Rusiya casus şəbəkəsi: Siyahıda "Rus Evi" də var
19-05-2026, 17:51
102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb
19-05-2026, 17:31
Bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
19-05-2026, 17:15
İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək
19-05-2026, 16:06
Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib
19-05-2026, 15:39
Modupe Uilyams: Fritaun kanat yolunu şəhərin nəqliyyat problemlərinin həlli kimi nəzərdən keçirir
19-05-2026, 14:55
Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb
19-05-2026, 14:25
Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir
19-05-2026, 13:35
UN-Habitat: Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub
19-05-2026, 12:35
WUF13-də "Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri" təşəbbüsü təqdim olunub
19-05-2026, 11:47
Oğul anasını traktorla vurub öldürdü
19-05-2026, 11:08
Bakıdan qlobal çağırış: mənzil böhranı dərinləşir
19-05-2026, 10:21
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur