“Azdrama”nın günlük icarə haqqı AÇIQLANDI: - Bütün xərcləri çıxdıqdan sonra qalan 100 min manat hara getdi?
Gündəm / Cəmiyyət
Oxunub: 0
27 Ekm 2022 | 18:43
“Azdrama”nın günlük icarə haqqı AÇIQLANDI: - Bütün xərcləri çıxdıqdan sonra qalan 100 min manat hara getdi?


Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayının təşkilinə büdcədən 203 min manat ayrıldığını açıqladığı gündən etibarən məsələ böyük rezonans doğurub. AYB üzvləri bu vəsaitin Azərbaycan Akademik Milli Dram Teatrının icarəsinə, qurultay üçün hazırlanan posterlərə, qonaqlar üçün təşkil edilən kofe-breykə və xarici qonaqların təyyarə bileti ilə Bakıda qonaqlanmasına xərcləndiyini bildirirlər. Sadaladığımız faktorların 203 min manatlıq bir xərc tələb etmədiyini düşündüyümüz üçün kiçik bir araşdırma etmək istədik.

Oxu.Az-ın məlumatına görə, tədbirə təxminən 20 nəfər xarici qonaq dəvət edilib. Tədbirdəki müşahidələrimizə əsasən isə qurultaya Türkiyədən üç, Pakistandan bir, Rusiyadan da bir nəfər təşrif buyurmuşdu. “Google”da Bakıdakı beşulduzlu hotellərin bir gecəlik qiyməti barədə araşdırma apardıqda məlum olur ki, günlük icarə haqqı 100-200 manat aralığındadır. Qonaqların Bakıda iki-üç gün gecələyəcəklərini, eləcə də yemək və yol xərclərini nəzərə alsaq, bir nəfər üçün təxminən üç min manat civarında vəsait xərclənir. Yəni ümumilikdə 60 min manatın 20 nəfər xarici qonaq üçün xərcləndiyini deyə bilərik.

Geriyə qalan əsas məsələ qurultayın keçirildiyi məkanın - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının icarə haqqıdır. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Azdrama”nın günlük kirayəsi beş-altı min manat civarındadır.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanın məşhur məkanlarından olan “Hilton Baku”da 150-200 nəfərlik bir günlük icarə haqqı 5 000, yarım günlük isə 3 500 manatdır. Həmin qiymətə zalda proyektor, ekran, iki ədəd mikrofonla birlikdə səs sistemi, mineral sular və konfrans üçün avadanlıqlar daxildir. Kofe-breyk isə adambaşı 17 manat təşkil edir.

“JW Marriott Absheron”da da məbləğ çox fərqlənmir. Belə ki, burada 200 nəfərlik zalın icarə haqqı altı min manatdır. Qiymətə proyektor, ekran, səs sistemi daxildir. Kofe-breyk isə bir nəfər üçün 15 manata nəzərdə tutulub.

“Azdrama”da kofe-breykə ayrılan vəsait isə nəinki adambaşı 15-17 manat, heç 10 manat məbləğində də olmazdı. Ən maksimal məbləğdən hesabladıqda bunun üçün də iki min manat xərcləndiyini ehtimal edə bilərik. Kitab və poster çapına isə nə qədər pul sərf olunduğu bəlli deyil. Amma güman edirik ki, 135 min manat xərclənməyib. 35 min manatın da kiçik işlər üçün xərcləndiyini düşünsək, sual olunur: Yerdə qalan 100 min manat hanı? //oxu.az//
Bugün, 11:11
Rok Xaokas: Fransa Yeni Kaledoniyaya münasibətdə siyasətinin müstəmləkə mahiyyətini gizlətmir
Bugün, 09:54
WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur
Bugün, 09:24
Xəzər dənizində zəlzələ olub
Dün, 18:16
Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm
Dün, 17:33
Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib
Dün, 16:56
WUF13-ə onlayn qeydiyyat uzadıldı
Dün, 16:11
Şəhərlər bizi nəzərə almadan qurulur – BMT rəsmisindən mesaj
Dün, 15:25
Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
Dün, 14:53
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Dün, 14:08
"Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər
Dün, 12:52
Avtobusdan istifadə edən sərnişinlərin sayı artıb
Dün, 11:53
CAR naziri Bakıda danışdı: Sakinlər təhlükəsiz ərazilərə köçürülür
Dün, 11:08
Məcburi köçkünlərlə bağlı mühüm qərar - parlament komitələri toplaşır
Dün, 10:36
"Energetika Memarlığı" filmi təqdim olunub
Dün, 10:01
Azərbaycanla Keniya arasında anlaşma memorandumu imzalanıb
Dün, 09:32
Esvatini Kralı Bakı Ali Neft Məktəbində olub
Dün, 09:06
Azərbaycan nefti ucuzlaşıb
19-05-2026, 18:30
Ermənistanda Rusiya casus şəbəkəsi: Siyahıda "Rus Evi" də var
19-05-2026, 17:51
102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb
19-05-2026, 17:31
Bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
19-05-2026, 17:15
İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək
19-05-2026, 16:06
Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib
19-05-2026, 15:39
Modupe Uilyams: Fritaun kanat yolunu şəhərin nəqliyyat problemlərinin həlli kimi nəzərdən keçirir
19-05-2026, 14:55
Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb
19-05-2026, 14:25
Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir
19-05-2026, 13:35
UN-Habitat: Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub
19-05-2026, 12:35
WUF13-də "Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri" təşəbbüsü təqdim olunub