İlham Əliyevlə İrakli Qaribaşvilinin görüşünün əhəmiyyəti: Prezident yeni planlar barədə açıqlama verdi – ŞƏRH

Prezident İlham Əliyevin Gürcüstana səfər edərək bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşü, dövlət başçısının yüksək səviyyədə qarşılanması iki ölkə arasındakı strateji tərəfdaşlığın və yaxşı qonşuluq, dostluq münasibətlərinin bariz nümunəsidir.
Azərbaycanla Gürcüstan arasındakı münasibətlər həm iki ölkənin birgə maraqlarına xidmət edir, həm də Avropa üçün önəm daşıyır.
Bunun üçün iqtisadi-siyasi münasibətlər möhkəmləndirilməlidir. Enerji və nəqliyyat layihələrinin şaxələndirilməsi bu istiqamətdə həlledici vasitə sayıla bilər.
Qaribaşvili ilə Əliyev görüşdən sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər. Liderlərin bəyanatından görünür ki, iki ölkənin strateji tərəfdaşlığı sülh və təhlükəsizlik üçün töhfə vermək məqsədlərinə söykənir.
Qaribaşvili Azərbaycan-Ermənistan münasibətlərinə toxunub. O bildirib ki, İlham Əliyevlə regional vəziyyəti, Azərbaycan və Ermənistan arasında olan təmasları, iki ölkə arasında sülh prosesini nəzərdən keçirib.
Sitat: “Şəxsən mən və bizim hökumətimiz ümidvarıq ki, sülh siyasətini həyata keçirmək üçün əlimizdən gələni edəcəyik. Regionumuzdakı mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil, bunu yalnız gücləndirəcəyik və əminəm ki, biz bir yerdə çox işlər görə bilərik”.
İqtisadi layihələrlə yeni stimullaşdırıcı amillər yaratmaq olar ki, bu da təhlükəsizlik modelinin dayanıqlı olmasına şərait yarada bilər.
İlham Əliyev mətbuata birgə bəyanat zamanı gələcək layihələr haqqında bəzi məlumatlar verib.
“O ki qaldı ikitərəfli gündəliyimizə, əlbəttə ki, ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin doqquz ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana üç milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Əlbəttə, biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq.
Baş nazir də qeyd etdiyi kimi, həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir. Biz yeni layihələr haqqında düşünürük. Biz dünya bazarlarına qaz ixracatını artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti beş ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Yəni bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır.
Beləliklə, biz planlaşdırırıq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Əlbəttə ki, bununla əlaqədar görüləcək işlər həm ikitərəfli formatda müzakirə olundu, həm də gələcək müzakirələrə ehtiyac var. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Biz bununla bərabər, hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyirik. Bu barədə də danışmışıq. Mən bizim planlarımız haqqında cənab Baş naziri məlumatlandırdım. Buna da böyük ehtiyac və böyük potensial var”, - deyə o əlavə edib.
Bundan başqa, Bakı-Tbilisi-Qars dəmiryolunun ötürmə qabiliyyətinin beş milyon tona çatdırılması, eyni zamanda Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq da hədəflər sırasındadır.
Görünür ki, Ermənistanın da proseslərdə iştirakı üçün şərait yaradılır. Lakin hər şey Ermənistanın öz mövqeyindən asılı olacaq. İlham Əliyevin Qaribaşvili ilə Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə dair fikir mübadiləsi aparması da buna dəlalət edir. Lakin Prezidentin dediyi kimi, Ermənistan tərəfi buna hazırdırsa, Azərbaycan da buna hazırdır.
Bugün, 13:31
BMT: Dünya Bankı ölkələrində yüksək urbanizasiya və aşağı iqlim dayanıqlılığı var
Bugün, 11:11
Rok Xaokas: Fransa Yeni Kaledoniyaya münasibətdə siyasətinin müstəmləkə mahiyyətini gizlətmir
Bugün, 09:54
WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur
Bugün, 09:24
Xəzər dənizində zəlzələ olub
Dün, 18:16
Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm
Dün, 17:33
Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib
Dün, 16:56
WUF13-ə onlayn qeydiyyat uzadıldı
Dün, 16:11
Şəhərlər bizi nəzərə almadan qurulur – BMT rəsmisindən mesaj
Dün, 15:25
Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
Dün, 14:53
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Dün, 14:08
"Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər
Dün, 12:52
Avtobusdan istifadə edən sərnişinlərin sayı artıb
Dün, 11:53
CAR naziri Bakıda danışdı: Sakinlər təhlükəsiz ərazilərə köçürülür
Dün, 11:08
Məcburi köçkünlərlə bağlı mühüm qərar - parlament komitələri toplaşır
Dün, 10:36
"Energetika Memarlığı" filmi təqdim olunub
Dün, 10:01
Azərbaycanla Keniya arasında anlaşma memorandumu imzalanıb
Dün, 09:32
Esvatini Kralı Bakı Ali Neft Məktəbində olub
Dün, 09:06
Azərbaycan nefti ucuzlaşıb
19-05-2026, 18:30
Ermənistanda Rusiya casus şəbəkəsi: Siyahıda "Rus Evi" də var
19-05-2026, 17:51
102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb
19-05-2026, 17:31
Bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
19-05-2026, 17:15
İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək
19-05-2026, 16:06
Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib
19-05-2026, 15:39
Modupe Uilyams: Fritaun kanat yolunu şəhərin nəqliyyat problemlərinin həlli kimi nəzərdən keçirir
19-05-2026, 14:55
Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb
19-05-2026, 14:25
Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir
19-05-2026, 13:35
UN-Habitat: Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub