“Cırıq şalvar “5-ci kolon”un layihəsidir” – Professordan şok açıqlama

Gələn ildən orta məktəblərdə yeni şagird davranış qaydaları tətbiq ediləcək. Bu məqsədlə “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” layihələri hazırlanıb.
Yeni qaydalara əsasən, şagirdlər şəxsi gigiyena qaydalarına riayət etməli, dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket və s.) çıxarmalı, ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara riayət etməli (məktəbli forması, ayaqqabı və s.), geyim səliqəli və təmiz olmalı, uzunluğu çiyindən aşağı olan saçları səliqəli şəkildə arxadan toplamalı, fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət etməlidirlər.
Qaydalarda eyni zamanda, şagirdlərə qadağan olunan məsələlər də əksini tapıb. Belə ki, şagirdlərə çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal qadağan olunacaq.
Yeni məktəbli qaydaları təhsil ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Hətta buna qarşı çıxanlar da var ki, onlardan biri professor Şahlar Əsgərovdur.

Professor Modern.az-a açıqlamasında bildirib ki, qadağalar təhsilin səviyyəsinə mənfi təsir göstərə bilər. O, fikirlərini belə izah edib:
“İstənilən qadağalar məkanı cazibədar etməz. Cəmiyyətin, nazirliyin borcu savadlı gənc nəsil yetişdirməkdir. Gəncləri qadağa ilə yox, düşüncə ilə öyrətmək lazımdır. Qadağa primitiv yoldur, keçmişdə də belə olub. Təhsil və elm qadağalarla inkişaf edə bilməz. Bu, mənim fikrim deyil, bəşəri təcrübənin nəticəsidir. Bəşəriyyət qadağaları qıra- qıra bugünkü səviyyəsinə çatıb. Qadağalar hərbidə faydalı ola bilər, amma təhsilə azadlıq lazımdır ki, şüur, düşüncə inkişaf etsin. Qadağa pis nəticəni ləğv etmək üçün tətbiq edilir, biz nəticə ilə mübarizə yox, səbəbi aradan qaldırmağa çalışmalıyıq.
Misal üçün, cırıq cins şalvar geyinməyi qızlara qadağan edə bilmərik. Onları başa salmalıyıq ki, bu “5-ci kolon”un bizə tətbiq etdiyi qlobal bir proyekdir. Beynimizi zədəliyir, bizə biganəlik psixologiyası yeridirlər. Bizə həm də aşılayırlar ki, şalvar çırıqdı fikir vermə, qonşun əyyaşdı və ya əxlaqsızdı fikir vermə, milli dəyərlər əldən gedir. Bütün bunlar uzun illərə hesablanıb”.
Professor təhsil həllini gözləyən daha vacib məsələlərin olduğunu söyləyib:
“Təhsildə vacib problemlər çoxdur. Yeni süni problemlərə ehtiyac yoxdur. Təhsili idarəedənlərin sırasında hüquqşünaslarla, iqtisadçılarla bərabər pedoqoji sahənin mütəxəsisləri də olmalıdır. Yoxsa yeni qadağalarla qarşılaşacayıq”.
Bugün, 13:31
BMT: Dünya Bankı ölkələrində yüksək urbanizasiya və aşağı iqlim dayanıqlılığı var
Bugün, 11:11
Rok Xaokas: Fransa Yeni Kaledoniyaya münasibətdə siyasətinin müstəmləkə mahiyyətini gizlətmir
Bugün, 09:54
WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur
Bugün, 09:24
Xəzər dənizində zəlzələ olub
Dün, 18:16
Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm
Dün, 17:33
Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib
Dün, 16:56
WUF13-ə onlayn qeydiyyat uzadıldı
Dün, 16:11
Şəhərlər bizi nəzərə almadan qurulur – BMT rəsmisindən mesaj
Dün, 15:25
Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
Dün, 14:53
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Dün, 14:08
"Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər
Dün, 12:52
Avtobusdan istifadə edən sərnişinlərin sayı artıb
Dün, 11:53
CAR naziri Bakıda danışdı: Sakinlər təhlükəsiz ərazilərə köçürülür
Dün, 11:08
Məcburi köçkünlərlə bağlı mühüm qərar - parlament komitələri toplaşır
Dün, 10:36
"Energetika Memarlığı" filmi təqdim olunub
Dün, 10:01
Azərbaycanla Keniya arasında anlaşma memorandumu imzalanıb
Dün, 09:32
Esvatini Kralı Bakı Ali Neft Məktəbində olub
Dün, 09:06
Azərbaycan nefti ucuzlaşıb
19-05-2026, 18:30
Ermənistanda Rusiya casus şəbəkəsi: Siyahıda "Rus Evi" də var
19-05-2026, 17:51
102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb
19-05-2026, 17:31
Bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
19-05-2026, 17:15
İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək
19-05-2026, 16:06
Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib
19-05-2026, 15:39
Modupe Uilyams: Fritaun kanat yolunu şəhərin nəqliyyat problemlərinin həlli kimi nəzərdən keçirir
19-05-2026, 14:55
Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb
19-05-2026, 14:25
Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir
19-05-2026, 13:35
UN-Habitat: Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub