Rəşad Cəbrayılov: Azərbaycan mühüm tranzit mərkəzinə çevrilir
Gündəm / Cəmiyyət
Oxunub: 0
17 Ekm 2022 | 10:19
Rəşad Cəbrayılov: Azərbaycan mühüm tranzit mərkəzinə çevrilir

Rəşad Cəbrayılov
Salyan Rayon İcra Hakimiyyətinin Başçısının müavini


Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edərək plenar iclasda çıxış edib.

Qeyd edilməlidir ki, bu beynəlxalq plarformanın inteqrasiyası üçün rəsmi Bakı mühüm logistika və qovşaq yaratmağı bacarıb. Hazırda isə yeni reallıqlar kontekstində nəqliyyat-kommunikasiya əlaqələrinin dərinləşməsi və optimallaşması üzrə tamamilə yeni bir dəhliz təklif edir. Bu, Zəngəzur dəhlizidir.
Zəngəzur dəhlizi orta vektor üzrə bütün növ kommunikasiyaların məsəfəsini 300 km qısaltmaqla operativ əlaqələr və inteqrasiya təmin etmək imkanlarına sahibdir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev AQEM zirvəsindəki çıxışında bir daha bu məsələyə toxunub. Eyni zamanda, erməni vandalizmini yenidən konfrans iştirakçılarının diqqətinə çatdırmaqla Prezidentimiz Ermənistanın yenə də regional sülhü təhdid etdiyini bildirib. Azərbaycan ərazisində bir milyondan çox mina basdıran bir ölkənin indi də kommunikasiyaların açılmasına mane olması, şübhəsiz ki, AQEM ölkələrinin qarşılıqlı inteqrasiyasına da mənfi təsir göstərir. Zirvə toplantısında regional təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə bağlı Azərbaycan Prezidenti bir sıra ikitərəfli görüşlər də keçirib ki, bunların hər biri milli təhlükəsizliyimizin və regional təhlükəsizliyin gələcək strateji arxitekturası baxımından olduqca əhəmiyyətlidir.
Bildirilib ki, Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb. Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir.
Ölkə başçısı öz çıxışında xüsusi vurğulayıb ki, hazırda Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal etdiyi ərazilərə bu illər ərzində bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.
Bildirilib ki, Azərbaycanda “Böyük Qayıdış” adlanan proqram uğurla həyata keçirilir. Minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış prosesi başlanıb və sürətlə davam edir.
Bugün, 17:32
Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü
Bugün, 16:55
Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Bugün, 16:09
Zelenski: Ukrayna Rusiya FTX-nın qərargahına zərbə endirib
Bugün, 15:10
Fələstinli mütəxəssis: Yaşıl məkanlar şəhərləri daha yaşana bilən edir
Bugün, 13:31
BMT: Dünya Bankı ölkələrində yüksək urbanizasiya və aşağı iqlim dayanıqlılığı var
Bugün, 11:11
Rok Xaokas: Fransa Yeni Kaledoniyaya münasibətdə siyasətinin müstəmləkə mahiyyətini gizlətmir
Bugün, 09:54
WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur
Bugün, 09:24
Xəzər dənizində zəlzələ olub
Dün, 18:16
Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm
Dün, 17:33
Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib
Dün, 16:56
WUF13-ə onlayn qeydiyyat uzadıldı
Dün, 16:11
Şəhərlər bizi nəzərə almadan qurulur – BMT rəsmisindən mesaj
Dün, 15:25
Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
Dün, 14:53
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Dün, 14:08
"Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər
Dün, 12:52
Avtobusdan istifadə edən sərnişinlərin sayı artıb
Dün, 11:53
CAR naziri Bakıda danışdı: Sakinlər təhlükəsiz ərazilərə köçürülür
Dün, 11:08
Məcburi köçkünlərlə bağlı mühüm qərar - parlament komitələri toplaşır
Dün, 10:36
"Energetika Memarlığı" filmi təqdim olunub
Dün, 10:01
Azərbaycanla Keniya arasında anlaşma memorandumu imzalanıb
Dün, 09:32
Esvatini Kralı Bakı Ali Neft Məktəbində olub
Dün, 09:06
Azərbaycan nefti ucuzlaşıb
19-05-2026, 18:30
Ermənistanda Rusiya casus şəbəkəsi: Siyahıda "Rus Evi" də var
19-05-2026, 17:51
102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb
19-05-2026, 17:31
Bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
19-05-2026, 17:15
İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək
19-05-2026, 16:06
Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib